Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edək!
26.02.2010 10:59
![]() |
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri SSRİ-nin 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalı şəhərində dinc və silahsız əhaliyə genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 487 əlil oldu 1275 nəfər əsir düşdü və müxtəlif ağlabatmayan işgəncələrə məruz qaldı və ən iyrənc yollarla alçaldıldı. 150 nəfər barədə hələ də heç bir məlumat yoxdur. |
Qətlə yetirilmiş 613 nəfərdən 106 nəfəri qadın, 63 azyaşlı uşaq, 70 qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bu soyqırımda 56 nəfər xüsusi amansızlıqla və işgəncələrlə qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, dəriləri soyulmuş, körpələrin gözləri çıxarılmış, hamilə qadınların dölləri çıxarılmış qarın nahiyələri şişlə yırtılmışdır.
Azərbaycan və onun xalqı heç bir zaman Xocalı soyqırımının dəhşətli nəticələrini unutmayacaqdır. Allah Sizə rəhmət etsin!
ARDNŞ-də donor günü
23.10.2009 14:44
|
ARDNŞ-də “Talassemiyasız həyat naminə” devizi altında keçirilən qanvermə kampaniyasının davamı olaraq 04 noyabr 2009-cu il tarixində saat 10-00-da ARDNŞ-nin Baş ofisinin inzibati binasında talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə donor günü keçiriləcəkdir. |
“Hər uşağın ailəyə ehtiyacı var!”
23.10.2009 10:08

Azercell Telekom MMC və BMT-nin Uşaq Fondu (UNICEF) bir araya gələrək, uşaqların ailə mühitində böyüməsinə yardım etmək məqsədilə “Hər Uşağın Ailəyə Ehtiyacı Var!” kampaniyasına başlamışdır.
Televiziya kanallarında efirə veriləcək ictimai elan çarxları, küçə elanları, plakatlar, eləcə də digər ictimai məlumat materialları vasitəsilə aparılan “Hər Uşağın Ailəyə Ehtiyacı Var!” kampaniyasının məqsədi uşaqların ailə mühitində böyümək hüququ, onların bioloji və ya himayədar ailələrlə qovuşması, övladlığa götürmə hallarının və himayədar ailələrin sayının artırılması, eləcə də yerli səviyyədə uşaq üçün vahid sosial xidmətlərinin yaradılmasında hökumətin səylərinə dəstək verilməsi kimi məlumatların təşviq edilməsindən ibarətdir.
15-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi
09.10.2009 11:55

Əlavə məqalələr...
Səhifə 1 dən 8

