Преимущества грудного вскармливания
Döşlə Əmizdirmə və bizim sağlamlığımız
10.09.2009 13:56
Döşlə əmizdirmə qadınların sağlamlığını aşağıdakılardan qoruyur:
Qan azlığı
Erkən döş xərçəngi
Yumurtalıqlarm xərçəngi
Sümük xəstəlikləri və qocalıq
Birinci altı ay ərzində hamiləlik riskini azaldır
Şəkərli diabetdən əziyyət çəkən qadınlara az insulin təfəb olunur.
Döşlə əmizdirmə hamiləlikdən qorunmaq üsulu kimi
10.09.2009 13:54
Yalnız döşlə əmizdirməklə, siz hamilə olmaq riskini azalda bilərsiniz. Birinci altı ay ərzində, nə qədər ki sizdə menstruasiya başlamayıb və siz uşağınızı gecə-gündüz tam döşlə əmizdirirsinizsə, siz hamilə olmaqdan qorunmuş olursunuz. Bu mayalanmaya qarşı müasir vasitələrə bərabərdir. Gələcək bölmədən ("Döşlə əmizdirmə necə baş verir") sizə məlum olacaq ki, sizin uşağınızın ağızı sizin döşünüzə stimulə edici təsir göstərir və bu da sizin mayalanma qabiliyyətinizi müəyyən edən hormonlara müvafiq əks təsir edir. Əgər sizin uşağınız şüşə qabdan, hətta sizin sağılmış südünüzü alarsa və ya ona əmzik verilərsə: bu zaman döşlə əmizdirmənin mayalanmaya qarşı təsiri zəifləyəcək. Sizin uşağınızın 6 ayı tamam olduqdan sonra hamiləlikdən qorunmanın bu üsuluna ümid etmək olmaz.
Demək ana südü dərmana bərabərdir?
10.09.2009 13:35
Bəli və bununla yanaşı o uzun illər boyu sağlamlığı qoruyur. Döşlə əmizdirmə uşağın diabet ilə xəstələnmə riskini azaldır. Yalnız döşlə əmizdirmə asma və ekzema kimi allergik xəstəliklərin inkişafını dayandırır. Müayinələr göstərir ki, daima döşlə əmizdirilən uşaqlarda zehni inkişaf daha yaxşı olur, xüsusən yarımçıq doğulmuş uşaqlarda. Döşlə əmizdirilən uşaqlarla peyvəndlər daha yaxşı nəticə verir.
Müayinələr güman etməyə İmkan yaradır ki, döşlə əmizdirmə gələcəkdə uşaqlarda dişlərin düzgün formalaşmasına kömək edir görmə zəifliyinin, uşaq xərçənginin bəzi formalarının, yüksək qan təzyiqinin və daha böyük yaşlarda ürəyin işemik xəstəliyinin əmələgəlmə riskini azaldır.
Bir neçə müayinələr göstərir ki, nə qədər uzun müddət qadın uşağını döşlə əmizdirərsə, o qədər o qadında yumurtalıqların xərçəngi və klimaks qabağı döş xərçənginin və bunlarla yanaşı osteoporozun (sümüklərin xəstəliyi) və qocalıqda bud sümüyünün sınıqlarının əmələgəlmə riskini azaldır. Diabetdən əziyyət çəkən qadınlar, uşağı döşlə əmizdirdikdə, insulinin daha az miqdarına ehtiyac duyurlar.
Döşlə əmizdirmə
mədə-bağırsaq xəstəliklərindən,
respirator sisteminin yoluxucu xəstəliklərindən,
sidik yollarının infeksiyasından,
qulağın infeksiyasından (orta qulağın iltihabı),
şəkərli diabetdən
asma və stertoroz tənəffüsdən qoruyur.
Döşlə əmizdirilən uşaqlar azmı xəstələnirlər?
10.09.2009 13:32
Bəli, xəstə uşaq döşlə qidalanmanı davam etməlidir, çünki döş südü xəstəliyə qarşı aktiv mübarizə aparır. Döş südü xəstəliklərlə mübarizə aparan çoxsaylı maddələrə malikdir. Məsələn, əgər sizi əhatə edən mühitdə mədə-bağırsaq xəstəliyi törədən mikroorqanizmlər varsa, sizin bədəninizdə yaranan antitellər uşağı müdəfiə etmək üçün döş südünüz vasitəsi ilə uşağa verilir. Döş südü asan həzm olduğuna görə, xəstə uşaqda qusmaq ehtimalı az olur.
Döşlə əmizdirilən uşaqlar azmı xəstələnirlər?
Bəli, şübhəsiz. Döş südü uşaqlan yayılmış yoluxucu xəstəliklərdən, xüsusən mədə-bağırsaq və respirator xəstəliklərdən qoruyur. Hətta ən yaxşı və gigiyenik şəraitdə süni qidalandırılan uşaqlar beş dəfə artıq mədə-bağırsaq pozğunluqları ehtimalına malikdirlər. Su və istilik təchizatı pozulduqda yoluxucu xəstəliklər tez yayılır. Döşlə əmizdirilən uşaqlara nisbətən, süni qidalandırılan uşaqlarda ölmə ehtimalı mədə-bağırsaq xəstəliklərindən 14, respirator xəstəliklərdən isə 3 dəfə artıq olur. Döş südü ilə qidalandırma böyrək xəstəliyinə gətirən sidik yollarının infeksiyasının və karlığa gətirən qulaq infeksiyası təhlükəsini azaldır.
Lakin mənim rəfiqələrimin uşaqları döşlə əmizdirilməsinə baxmayaraq xəstələnirlər?
Əlbəttə, bəzi döşlə əmizdirilən uşaqlar xəstəliyə yoluxurlar, lakin onların əksəriyyətində xəstəlik daha yüngül formada keçir. Süni qidalanan uşaqlara nisbətən belə uşaqlar tez sağalır, üzülmür və onlar-da ölmə ehtimalı az olur. Uşaq nə qədər zəif olarsa, bir o qədər onun döş südünə ehtiyacı çox olur.
Nə üçün uşaq süd qarışıqları keyfiyyətcə pisdirlər?
10.09.2009 13:00
Uşaq süd qarışıqları təkmilləşdirilmiş və elmi əsaslandırılmış üsullarla hazırlanmasına baxmayaraq, ana südü ilə müqayisə edilə bilməz. Onlarda infeksiyaya qarşı faktorlar yoxdur. Əgər, hər hansı istehsalçı firma süni yolla döş südünü əldə etməyə nail olacaqdırsa, o, hər bir uşaq üçün tam uyğun ola bilməz, çünki ana südü hər bir uşağın orqanizminin tələbatına uyğun olaraq dəyişir. Ağız südü ilk peyvənd kimi təsir göstərərək uşağı antitellərin və vitaminlərin yüksək dozası ilə təmin edir. Ağız südü uşağın bədənindən ilk tünd rəngli nəcisin (mekoniy) xaric edilməsinə kömək edir. Ağız südündən yetişmiş südə keçid uşağın tələbatına uyğundur. Bununla yanaşı döş südünün tərkibi əmizdirmə zamanı və uşağın yaşına görə dəyişir.
Nə üçün döşlə əmizdirmə belə vacibdir?
10.09.2009 12:58
Hər yerdə və hər yanda döşlə əmizdirmə böyük əhəmiyyətə malikdir, belə ki o, uşağın tam sağlam olması, yaxşı böyüməsi və inkişafı üçün ən yaxşı şərait yaradır. Öz keyfiyyətinə görə ana südü uşağa verilən bütün məhsullardan üstündür. O, sanki sifarişlə ayrılıqda hər bir uşaq üçün hesablanmış qida maddələrinin və infeksiyaya qarşı faktor-larının ideal münasibətlərini özündə cəmləyib.
Döşlə əmizdirilən uşaq nə vaxtsa məlum olan qidalardan onun üçün ən qidalandırıcı, yüksək qiymətli və uşağın orqanizmi üçün ən uyğun olan maddələri alır. Milyoner ailəsindən olub süd qarışıqları ilə süni qidalanan uşaq kasıb ailəsindən olub ana südü ilə qidalanan uşağa nisbətən qidalılığı aşağı keyfiyyətli rasionu qəbul edir.
Uşaq süd qarışıqları keyfiyyətinə görə ana südü ilə eynidirmi?
Kompaniyalar gəlir əldə etmək məqsədi İlə uşaq süd qarışıqları və şüşə qablardan istifadə etməklə süni qidalanmanı təbliğ edirlər. Lakin süni qidalandırma hətta stabil şəraitdə sağlamlıqla əlaqədər problemlər yarada bilər. Fövqəladə vəziyyət zamanı risk daha böyükdür.
Aile.az saytının əsas fəaliyyət istiqməti və strategiyası ana südü ilə qidalandırmanın dəstəyidir.
09.05.2009 21:03
Əziz Aile.az saytının istifadəçiləri!
Siz körpənizin dünyaya gəlməsiniz gözləyirsiniz. Onun doğulması ilə Sizin həyatınız dəyişəcək – xoş qayğılar, hədsiz sevinc hissləri sizi bürüyəcək, körpənin sağlamlığına və gələcəyinə görə məsuliyətiniz birə min artacaq. Körpənizin sağlamlığı və inkişafı ilk növbədə Sizin özünüzdən asılıdır. Ümid edirik ki, heç bir ana körpəsindən ana südünü əsirgəməyəcək!
Biz öz təcrübəmizdən, gənc anaların nəylə üzləşdiklərini, ilk çətinliklərlə və depressiya ilə necə mübarizə apardıqlarını, yanınızda körpəylə bağlı yardımın olmamasının nə olduğunu və bunun necə çətin olduğunu bilirik.
Analara çox vaxt ana südü ilə qidalandırmanın düzgün təşkil olunmasında köməklik tələb olunur.
Biz Sizə bununla bağlı, laktasiyanın düzgün nizamlanması, saxlanılması və ana südü ilə qidalandımanın düzgün təşkil edilməsi istiqamətində maksimal yararlı məlumat verməyə çalışırıq və çalışacayıq.
Səmimi qəlbdən Sizə səbr, möhkəm can sağlığı və yüngül doğuş arzulayırıq!
Aile.az saytının administrasiyası
