Nə üçün döşlə əmizdirmə belə vacibdir?
10.09.2009 12:58
Hər yerdə və hər yanda döşlə əmizdirmə böyük əhəmiyyətə malikdir, belə ki o, uşağın tam sağlam olması, yaxşı böyüməsi və inkişafı üçün ən yaxşı şərait yaradır. Öz keyfiyyətinə görə ana südü uşağa verilən bütün məhsullardan üstündür. O, sanki sifarişlə ayrılıqda hər bir uşaq üçün hesablanmış qida maddələrinin və infeksiyaya qarşı faktor-larının ideal münasibətlərini özündə cəmləyib.
Döşlə əmizdirilən uşaq nə vaxtsa məlum olan qidalardan onun üçün ən qidalandırıcı, yüksək qiymətli və uşağın orqanizmi üçün ən uyğun olan maddələri alır. Milyoner ailəsindən olub süd qarışıqları ilə süni qidalanan uşaq kasıb ailəsindən olub ana südü ilə qidalanan uşağa nisbətən qidalılığı aşağı keyfiyyətli rasionu qəbul edir.
Uşaq süd qarışıqları keyfiyyətinə görə ana südü ilə eynidirmi?
Kompaniyalar gəlir əldə etmək məqsədi İlə uşaq süd qarışıqları və şüşə qablardan istifadə etməklə süni qidalanmanı təbliğ edirlər. Lakin süni qidalandırma hətta stabil şəraitdə sağlamlıqla əlaqədər problemlər yarada bilər. Fövqəladə vəziyyət zamanı risk daha böyükdür.
