Nə üçün uşaq süd qarışıqları keyfiyyətcə pisdirlər?
10.09.2009 13:00
Uşaq süd qarışıqları təkmilləşdirilmiş və elmi əsaslandırılmış üsullarla hazırlanmasına baxmayaraq, ana südü ilə müqayisə edilə bilməz. Onlarda infeksiyaya qarşı faktorlar yoxdur. Əgər, hər hansı istehsalçı firma süni yolla döş südünü əldə etməyə nail olacaqdırsa, o, hər bir uşaq üçün tam uyğun ola bilməz, çünki ana südü hər bir uşağın orqanizminin tələbatına uyğun olaraq dəyişir. Ağız südü ilk peyvənd kimi təsir göstərərək uşağı antitellərin və vitaminlərin yüksək dozası ilə təmin edir. Ağız südü uşağın bədənindən ilk tünd rəngli nəcisin (mekoniy) xaric edilməsinə kömək edir. Ağız südündən yetişmiş südə keçid uşağın tələbatına uyğundur. Bununla yanaşı döş südünün tərkibi əmizdirmə zamanı və uşağın yaşına görə dəyişir.
