SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Hamiləliyin ağırlaşmaları hamiləliyin erkən toksikozu
    Bu hal qadın orqanizminin hamiləliyə öyrəşmə mexanizmi  pozulduqda yaranır. Maddələr mübadiləsində, daxili sekresiya vəzlərinin funksiyasında, ürək-damar sistemi, böyrəklərdə, digər orqan və sistemlərdə, elektrolit və...
  • Мужская косметика
    Bu məqalə üçün tərçümə mövcud deyil.Мужская косметика Почему-то повелось, что вполне нормальное желание мужчины следить за собой наталкивается...
  • Mən necə əmin ola bilərəm ki süd kifayət qədərdir?
    Uşağın döşü əmməsi sizin baş beyninizə ona nə qədər süd !azım olması haqda xəbər verir. Uşaq nə qədər çox acarsa, o qədər çox əmər. Buna cavab olaraq, sizin baş beyninizə döşünüzdə daha çox süd əmələ gəlməsi...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Возможные проблемы

Ana südü əvəzediciləri ilə qidalandırma

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

14.09.2009 12:52

Hər yedizdirmədən əvvəl bütün qabları steriüzasiya edin. Fincandan istifadə etmək şüşə qabdan istifadə etməkdən daha təh-lükəsizdir.

Bundan əlavə hər yedizdirmədən əvvəl su qaynatmaq lazımdır. Bankanın üzərində olan təlimata əməl edin. Uşaqlar üçün məhsullar istehsal edən kompaniyalar bu təlimatı sizin öz dilinizdə çap etməlidirlər. Əgər bunlar başqa dildə çap olunubsa, onda siz səhiyyə müəssisələrinə və ya humanitar yardım göstərən cəmiyyətlərə müraciət edin. Belə etiketlər ÜST/YUNİSEF tərəfindən qəbul olunmuş "Döş südünün əvəzedicilərinin satılması barədə beynəlxalq qaydalar"ın pozulmasıdır.

Tibb işçiləri və ya humanitar cəmiyyətlərin əməkdaşlarından sizə bu təlimatların dəqiq tərcüməsini verməyi və ya başa salmaği xahiş edin. Cürbəcür ərzaqlar quru südün və suyun müəyyən münasibətini tələb edirlər. Heç vaxt artıq qalmış südü gələn dəfəyə saxlamayın. Ərzaq çatışmaması təqdirdə artıq qalmış südü yaşca böyük uşağa verin ya da özünüz için.

4) Əgər heç bir qarışıq tapa bilmirsinizsə, siz inək südündən aşağıda göstərilən kimi istifadə edə bilərsiniz:

- Fincanın 1/3 qədər suyu qaynadın və

- fincanın 2/3 qədər olan qaynanmış inək südü ilə qanşdırın. Sizdə

1 fincan (200 ml ) uşaq üçün yemək alınacaq;

- bir çay qaşığı (axıra qədər dolmamış, 5ml) şəkər əlavə edin.

Bu reseptdən siz konservləşdirilmiş quru süd üçün istifadə edə bilərsiniz. Əvvəlcə südü təlimatda göstərilən kimi hazırlayın, sonra isə reseptdən istifadə edin.

Heç vaxt yuxanda göstərilən kimi hazırlanmamış inək südünü (təzə və ya konservləşdirilmiş) yaşı 6 aydan az olan uşağa ver-məyin. Bu südü yuxanda göstərilən reseptə əsasən durulaşdır-dıqdan sonra uşağa vermək olar.

5) Süni qidalanan uşaq, döşlə qidalandırılan uşağa nisbətən, ideal

tarazlaşdırılmış qida maddələrini qəbul etməyəcək. Ona görə belə

uşaqlara bərk yeməkləri 6 aydan tez vermək lazım gəlir. Bu uşağın

mənimsədiyi qida maddələrin sayını artıra bilər. Əgər siz belə etməyi

qərara alsanız, yeməyi gigiyena qaydalarına maksimum diqqət yetirin.

Döş südü verdiyi infeksiyaya qarşı müdafiəni uşaq almayıb və ona

görə də o, bərk yeməklərdə olan mikroblara daha həssasdır.

6) Hər hansı süni qidalanmada sterilizasiya vacibdir. Yeməyi hazır-

lamaqdan əvvəl hər dəfə əllərinizi sabunla yuyun. Yanacaq varsa qab-

lan 20 dəqiqə ərzində qaynadın. Bunu siz hər yedizdirmədən əvvəl

etməlisiniz

VƏ YA

Siz hipoxlorid (xlor əhəngi) əldə edə bilərsiniz. Bütün qabları bağlı konteynerə və ya qazana qoyun. 1litr suya 1 xörək qaşığı (10 ml) xlor əhəngi əlavə edin. Təsərrüfat xlor əhəngi başqa qatılıqda ola bilər. Etiketin üzərində 0.5% yazılıbsa, 2 xörək qaşığı (20 ml) əlavə edin.

Bunların hamısını uşaqların əli çatmadığı yerdə saxlayın. Siz bu məhlulu hər gün dəyişməlisiniz, köhnə mayeləri isə parçadan olan bələkləri islatmaq üçün və ya ayaqyolunun dezinfeksiyası üçün istifadə etmək olar.

Fincandan və ya başqa qabdan istifadə etməzdən əvvəl hipoxloridin yuyulması üçün onu ilıq su ilə yuyun.

Əgər yanacaq azdır və hipxloridi tapmaq mümkün deyil, onda qabları sabun və ya yuyucu toz ilə yuyun. Hər dəfə sterilizasiya etmək imkanınız olmasına əmin deyilsinizsə, relaktasiya üçün borucuqlardan və şüşə qablardan heç vaxt istifadə etməyin.

Fincandan istifadə etmək şüşə qabdan istifadə etməkdən daha təhlükəsizdir.

UŞAĞI SÜNI, IAKIN BUTULKASI/ QIDALANDIRNIAQ OLARMI?

Bəli. Fincanlar butulkalardan daha təhlükəsizdir, çünki butulkanın ağzına bağlanan əmzik və qapaqlar öz üzərinə çoxlu miqdarda mikrob toplayır, bu mikroblar südlə bir yerdə uşağın bədəninə keçib xəstəlik törədə bilər. Doğulduğu gündən uşaqlar fincandan içməyə qadirdirlər. Bəzi adamlar narahat olurlar ki, uşaq əmzik əmməlidir. Lakin uşaqlar üçün öz barmaqlarını sormaq daha təhlükəsizdir. Həm də fincandan yedizdirmək üçün uşağı qucaqda saxlamaq lazımdır, bu isə yetimlər üçün çox vacibdir, çünki onlar böyüklər tərəftndən qayğıya ehtiyac duyurlar. Həmişə (xüsusən fövqəladə vəziyyət şəraitində) uşaqları tək qoyub butulkaları onların özünə vermək fikiri yarana bilər. Bu çox təh-lükəlidirvə üşaqları bədən təmasındən məhrum edir.

UŞAĞI FINCANDAN NECƏ YEDIZDIRNIƏK LAZIMDIR?

Uşağın başını yüngülcə qaldırıb fincanı alt dodağına yaxınlaşdırmaq lazımdır.

Yarımçıq doğulmuş uşaqlar pişik balası kimi südü içirlər. Normal doğulmuş uşaqlar isə südün hamısını içib qurtarırlar. Heç vaxt südü uşağın boğazına tökməyin. İmkan verin uşaq südü özü içib udsun.

 

Döşdə irinləmə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

14.09.2009 12:06

İrinləmə - müalicə olunmamış mastit nəticəsində əmələ gələn, irinlə dolu, bərk ağrılı şişdir.

Döşün bu hissəsini yarmaq və irindən təmizləmək (drenaj qoymaq) üçün sizə tibb işçisinin köməyi lazım ola bilər, lakin siz döşlə əmizdirməni davam edin. Əgər zədələnmiş döşlə əmizdirmə dözülməz dərəcədə ağrılı olarsa, sağlam döşlə əmizdirməni davam edin, zədələnmiş döşdən isə südü ehtiyatla 2-3 gün müddətində sağın. Sonra yenidən həmin döşlə əmizdirməni bərpa edin.

Bütün bu hadisələrin hamisi döşlə əmizdirmənin çox çətin olması haqqında təsəvvür yaradır?

Döşlə əmizdirmə barəsində məlumatın verilməsinin dilemması bundadır. Bu xəstəliklərin qarşısını almaq olar, ancaq onlar tez-tez baş verir, ona görə də onları müalicə etmək lazımdır. Bütün bunların hamısı qadınlara lazımi miqdarda kömək olmadığını göstərir. Fövqəladə vəziyyət şəraitində qadınların öz-özünə kömək və başqasına özünə lazım olan kömək üçün müraciət etmək imkanının olması həyati vacib əhəmiyyət kəsb edir. Döşlə əmizdirilən cəmiyyətdə belə xəstəliklərə nadir hallarda təsadüf etmək olar. Bu kitabçadan alınmış bilik vasitəsi ilə siz özünüzə və başqa analara kömək edib belə çətinliklərdən uzaqlaşa bilərsiniz. Bu biliklərlə siz tibb işçilərinə söyləyə bilərsiniz.

 

Mastit - necə qorunmalı və necə müalicə etməli

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

14.09.2009 11:58

Nə dərəcədə yayılıb və necə müalicə etməli? O uşağın döşə düzgün qoyulmaması, döşün tez-tez verilməməsi yaxud döş vəzlərinin bərkiməsi nəticəsində əmələ gəlir. "On addıma" əməl edilərsə, bu xəstəliklərə nadir hallarda təsadüf edilər. Bütün bunların hamısı təxirəsalınmaz kömək tələb edir.

Axarları tutulmuş döş vəzisi qırmızı yumağa bənzəyir. Bu döşün yarısının boş olmadığı təqdirdə baş verir.

* Uşağın döşə qoyulmasını yaxşılaşdırmağa çalışın. Bəlkə də bunun

üçün əmizdirmə zamanı vəziyyəti dəyişmək lazımdır.

* Büsthalterin və ya başqa paltarın sizi sıxmadığını yoxlayın. Büsthalterdə olan tikişlər döşün bir tərəfini sıxıb südün axmasına mane olur. Əgər sizin başqa büsthalter tapmağa imkanınız yoxdursa, onda döşü sıxan yeri

kəsib atın. Əgər sizə büsthaltersiz olmaq rahatdırsa, o zaman geyinməyin.

* Əgər sizə rahatdırsa, döşü altdan saxlayın.

* Uşaq döşü əmən zaman ağrılı olan sahəni ehtiyatla massaj edin.

* Əgər imkanınız varsa, əmizdirmələr arası fasilələrdə döşünüzü qızdırın.

Mastit olduqda döş qızarır, şişir və ağrılı olur. Bərkimədən fərqli olaraq, mastit olduqda, döşün yalnız biri və ya bir hissəsi zədələnə bilər. Siz özünüzü pis hiss edə bilərsiniz, hərarətiniz yüksələ bilər. Mastit döşdən südün tam çıxarılmaması nəticəsində əmələ gəlir. Hərdən südün döşdə qalması nəticəsində infeksion mastitin törədicisi inkişaf edib çoxalır. Bunu dərhal təyin etmək çətin olur və əgər qripə oxşar ağrılı vəziyyət və hərarətin yüksəlməsi davam edirsə, bu infeksion mastitin olmasını göstərir. Əgər bacarırsınızsa, tibb işçilərindən xahiş edin sizə aşağıdakı antibiotikləri versinlər və siz müalicə kursunu axıra çatdırın. Aşağıdakı təlimata bax. Bu antibiotiklər uşağa zərər gətirməz.

Geniş yayılmış ampisillin antibiotiki adətən effektsizdir.

Əgər siz ağrıya qarşı parasetamol əldə edə bilsəniz, qəbul edin. Əmizdirmə zamanı da qəbul edə bilərsiniz.

Antibiotiki əldə edib, və ya edə bilmədiyinizdən asılı olmayaraq, südün ixrac olmasını qoruyub saxlamağınız vacibdir. Südü boşaltmaq-da uşağın əmməsi əsas olmalıdır.

İnfeksion mastiti törədən mikroorqanizmlər sizin uşağa zərər yetirmir, onları uşağın həzm fermentfəri məhv edir.

Əmizdirmənin dayandırılması həm sizin üçün, həm də uşağınız üçün təhlükəlidir.

Yəqin ki, bərk və şişmiş döşlə uşağı əmizdirmək çətindir, ona görə də əvvəlcə ehtiyatla südü sağın.

Bunu tibb işçisinə göstərin:

İnfeksiyalaşmış mastitin antibiotikiəriə müalicəsi

Döşün irinləməsi zamanı rast gələn ən geniş yaytlmış bakteriya stafilokokkdur (Staphylococcus aureus). Ona görə də döşü infeksiya zamanı penisilinazaya rezistent olan antibiotikləriə, fluklok-sasilin və ya eritromisin kimi antibiotiklərlə müaiicə edin.Preparat                Doza       Qəbul qaydası

flukloksasilin        250 mq peroral      hər 6 saatdan bir yeməkdən 30 dəqiqə əvvəl 7-10 gün müddətində

Eritromisin            250-500 mq            hər 6 saatdan7-10 gün müddətində

Bəzi qadınlar mastit olduqda döşlə əmizdirmək istəmirlər. Gündə bir neçə dəfə ehtiyatla döşü əllə sağıb, onlara südün əmələ gəlməsini saxlamağa kömək etmək lazımdır. Uşağı isə fincandan, sağılmış südlə yedizdirmək lazımdır, bu onun üçün ən yaxşı qidadır. Döşlə .əmizdirməni mümkün qədər tez bərpa etmək lazımdır.

   

Gilələrin şişkinliyi və soyuqlamasının digər səbəbləri

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

11.09.2009 09:22

Xüsusilə antibiotik qəbul etdikdən sonra, süd yarası adlanan, göbələk xəstəliyi baş verə bilər. Süd yarası xəstəliyinə tutulan qadınlar döşlə əmizdirdikdə döşdə yandırıcı ağrı hiss edirlər. Dəri bu zaman parıltılı olur, qızarır və qabıq verir. Uşaqda isə (həmişə yox) ağızda ağ ləkələr və ya yanlarında səpkilər ola bilər. Qensianviolet ya nistatin tapmağa çalışın.

Uşağın müalicəyə ehtiyacı olur, əks təqdirdə o ananın döş giləsini yenidən yoluxdura bilər. Uşağın ağız boşluğunu (və oturacaqlarını) və ananın döş giləsinin müalicəsi üçün eyni preparatdan istifadə etmək olar. Belə halda, xoşagəlməz hal olduğuna baxmayaraq, uşağı döşlə əmizdirməyə davam edin. Əmizdirmənin birdən dayandırılması xəstəliyi kəskinləşdirə bilər. Əgər əmizdirmə dözülməz ağrı verərsə, südü ehtiyatla təmiz fincana sağın və uşağa verin. Mastitin əmələ gəlməməsi üçün isə siz südün axmasını təmin etməlisiniz.

Bunu tibb işçisinə göstərin

Döş giləsinin müalicəsi.

Rəng şəkilində olan qensianviolet:

Uşağın ağzını: 5 gün ərzində hər gün və ya günaşırı, yaxud zədələnmədən sonra 3 gün ərzində 0.25% məhlulla təmizləyin. Ananın döş gilələrini: 5 gün ərzində hər gün 0.5% məhlulla təmizləyin.

YAXUD

Nistatin məlhəmi (100 000 v/q) gündə 4 dəfə əmizdirmədən sonra döş giləsinə sürtmək. Zədələnmənin sağalmasından sonra 7 gün sürtün.

Nistatin suspenziyası (100 000 v/ml). Pipetka vasitəsi ilə 1 ml uşağın ağzını yemləmədən sonra 7 gün ərzində təmizləyin və yaxud ananın müalicəsi ərzində.

Yalançı əmzik və butulkaya taxılmış əmziklər kondidoz infeksiyasının (süd yarası) mənbəyi ola bilərlər.

 

Döş gilələrinin iltihabına qarşı məlhəmlər barədə nə demək olar?

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

11.09.2009 09:13

Onlardan istifadə etməyin. Onlar areolada olan müdafiə edici təbii piyləri parçalayaraq iltihabı dərinləşdirir. Əgər uşaq lazımi qaydada döşü götürübsə, uşağın döşü əmməsi gilənin iltihabını ağırlaşdıra bilməz. Uşağın döşə düzgün qoyulmasından 24 saat sonra döş giləsində olan iltihab və çatlar sağalmağa başlayır. İltihab ağırlaşarsa, demək uşaq döşə tam düzgün qoyulmur. Bəzi qadınlar döş giləsinə bir əmmənin sonundakı qədər gecikmiş süddən sürtürlər. Bu ağrını götürür və sağalmağa kömək edir. Döş giləsinin iltihabı çatların əmələ gəlməsinə gətirə bilər. Bu çatlar İnfeksiya və mastitin mənbəyi ola bilər. Ona görə də onlara əhəmiyyət verməmək olmaz və uşağı döşə düzgün qoymağa çalışmaq lazımdır. Siz və sizin uşağınız daima öyrənməkdəsiniz. Uşaqda anadangəlmə düzgün qidalanmaya istedad var və onunla bir yerdə siz bir neçə gün ərzində hər şeyi qaydasına sala bilərsiniz.

Uşağın tələbatına uyğun əmizdirərək üçün mən öz şəxsi gigiyenama necə əməl edim və döşümün gilələrini necə yuyum?

Əmizdirmədən əvvəl və sonra döş gilələrini yuyulması bir çox İl bun-dan əvvəl tibb dərsliklərinə daxil olmuş yanlış fikirlərdən biridir. Döş giləsini və onun ətraflarını yumaq üçün heç vaxt sabundan istifadə etməyin. Sabun döşü yoluxmadan qoruyan təbii piyləri yuyub aparır. Döş giləsini gündə bir dəfə yumaq kifayətdir və əgər siz lazımi miqdar-da suyu əldə edə bilmirsinizsə narahat olmayın.

Gigiyenik əsas qayda - tualetə getdikdən sonra, bələk əskisini və körpənin oturacağını yuduqdan sonra əllərinizi təmiz yuyun. Tualetə getdikdən sonra əllərin təmiz yuyulması hamıya aid olan əsas qaydadır, lakin döş gilələrinin yuyulması lazım deyil və zərər verə bilər.

Bütün çətinliklərə baxmayaraq ən əsas məqsəd südün əmələ gəlməsini qorumaqdır. Döşünüzə heç vaxt "dincəlməyə" imkan verməyin. Bu döş vəzisinin bərkiməsinə və ya döş gilələrinin iltihabına, mastitə, mastitin isə İrinləməsinə gətirə bilər. Döşünüzdən südü uşaq yaxşı azad edə bilər, əgər siz bir və ya iki gün döşlə əmizdirə bilmədiyinizi hiss etsəniz, südün əmələ gəlməsini ehtiyatla sağmaqla saxlaya bilərsiniz.

   

Səhifə 1 dən 3

  • «
  •  «« 
  •  « 
  •  1 
  •  2 
  •  3 
  •  » 
  •  »» 
  • »