Döşlə əmizdirmə anaya ağrı yetirməməlidir
10.09.2009 14:44
Mənim anam mənə deyirdi ki, döş gilələrinin iltihabı həmişə baş verir və bununla yalnız barışmaq lazımdır.
Bir çox qadınların əksəriyyəti kimi sizin ananız da əbəs yerə əziyyət çəkib. Döş gilələrinin iltihabının qarşısını almaq olar və lazımdır. Əksər hallarda gilənin iltihabı uşağın döşə düzgün qoyulmamasının nəticəsidir. Dalğavarı hərəkətlə zərər yetirmədən döşün areolasının əvəzində uşaq giləni əmir, sürtünməyə gətirir və giləni zədələyir.
Problemlərin 90%-i uşaq döşə düzgün qoyulmadıqda mey-dana gəlir.
Bəzən uşağın döşə qoyulması sanki düzgün olduğu görünə bilər: əgər sizə rahat deyilsə uşağı yenidən döşə qoymağa çalışın. Bəzən körpənin vəziyyətinin az da olsa dəyişdirilməsi onun sizin bədəninizə yaxın olmasına və ağzını daha geniş açmasına kömək edir. Cürbəcür vəziyyətlərdən istifadə edin. Uşağın dodaqlarım öz döş gilələrinizə toxundurun, bu uşağı ağzını geniş açmağa məcbur edər. Əgər əmizdirmə sizdə narahatçılıq yaradırsa, barmağınızı ehtiyatla uşağın ağzına qoyun və onu döşdən ayırın və sonra əmizdirməyə yenidən başlayın. Öncə şüşə qabdan əmizdirilən uşağa döşü əmməyə öyrənmək üçün vaxt lazım ola bilər. Səbirli olun, həvəsdən düşməyin. Həm sizdə həm də onda hər şey alınacaqdır. Uşaqlar öz ana südünün iyini hiss edən kimi döşə tərəf dartınırlar. Əgər uşağın ağlaması sizi əsəbləşdirirsə, onda kənar səbirli bir adamdan onu qucağında özünə yaxın saxlamasını xahiş edin və özünüz uşağı sakitləşdirib yenidən əmizdirməyə çalışın.
Sizə lazım olan kömək üçün müraciət edin, uşağa lazım olan köməyi göstərin.
