Döş gilələrinin iltihabına qarşı məlhəmlər barədə nə demək olar?
11.09.2009 09:13
Onlardan istifadə etməyin. Onlar areolada olan müdafiə edici təbii piyləri parçalayaraq iltihabı dərinləşdirir. Əgər uşaq lazımi qaydada döşü götürübsə, uşağın döşü əmməsi gilənin iltihabını ağırlaşdıra bilməz. Uşağın döşə düzgün qoyulmasından 24 saat sonra döş giləsində olan iltihab və çatlar sağalmağa başlayır. İltihab ağırlaşarsa, demək uşaq döşə tam düzgün qoyulmur. Bəzi qadınlar döş giləsinə bir əmmənin sonundakı qədər gecikmiş süddən sürtürlər. Bu ağrını götürür və sağalmağa kömək edir. Döş giləsinin iltihabı çatların əmələ gəlməsinə gətirə bilər. Bu çatlar İnfeksiya və mastitin mənbəyi ola bilər. Ona görə də onlara əhəmiyyət verməmək olmaz və uşağı döşə düzgün qoymağa çalışmaq lazımdır. Siz və sizin uşağınız daima öyrənməkdəsiniz. Uşaqda anadangəlmə düzgün qidalanmaya istedad var və onunla bir yerdə siz bir neçə gün ərzində hər şeyi qaydasına sala bilərsiniz.
Uşağın tələbatına uyğun əmizdirərək üçün mən öz şəxsi gigiyenama necə əməl edim və döşümün gilələrini necə yuyum?
Əmizdirmədən əvvəl və sonra döş gilələrini yuyulması bir çox İl bun-dan əvvəl tibb dərsliklərinə daxil olmuş yanlış fikirlərdən biridir. Döş giləsini və onun ətraflarını yumaq üçün heç vaxt sabundan istifadə etməyin. Sabun döşü yoluxmadan qoruyan təbii piyləri yuyub aparır. Döş giləsini gündə bir dəfə yumaq kifayətdir və əgər siz lazımi miqdar-da suyu əldə edə bilmirsinizsə narahat olmayın.
Gigiyenik əsas qayda - tualetə getdikdən sonra, bələk əskisini və körpənin oturacağını yuduqdan sonra əllərinizi təmiz yuyun. Tualetə getdikdən sonra əllərin təmiz yuyulması hamıya aid olan əsas qaydadır, lakin döş gilələrinin yuyulması lazım deyil və zərər verə bilər.
Bütün çətinliklərə baxmayaraq ən əsas məqsəd südün əmələ gəlməsini qorumaqdır. Döşünüzə heç vaxt "dincəlməyə" imkan verməyin. Bu döş vəzisinin bərkiməsinə və ya döş gilələrinin iltihabına, mastitə, mastitin isə İrinləməsinə gətirə bilər. Döşünüzdən südü uşaq yaxşı azad edə bilər, əgər siz bir və ya iki gün döşlə əmizdirə bilmədiyinizi hiss etsəniz, südün əmələ gəlməsini ehtiyatla sağmaqla saxlaya bilərsiniz.
