SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Европейская конвенция о защите домашних животных
    Bu məqalə üçün tərçümə mövcud deyil.Закон Азербайджанской Республики Об утверждении Европейской Конвенции «О защите домашних животных» Милли...
  • Şirin plov
    qaysı) – 30 q, şəkər – 40 q, qara gavalı qurusu – 30 q, buğda unu – 10 q, yumurta – 1/6 əd., duz.  
  • Uşağı döşə düzgün qoyma
    Niyə döşə qoyulma uşaqda təbii olaraq həmişə alınmır? Uşağın düzgün vəziyyəti döşə düzgün qoyulmasına gətirir. Siz artıq uşağın necə əmizdirdiyini bilirsiniz - sizin giləniz uşağın dodağına toxunması onu...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Mastit - necə qorunmalı və necə müalicə etməli

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Nə dərəcədə yayılıb və necə müalicə etməli? O uşağın döşə düzgün qoyulmaması, döşün tez-tez verilməməsi yaxud döş vəzlərinin bərkiməsi nəticəsində əmələ gəlir. "On addıma" əməl edilərsə, bu xəstəliklərə nadir hallarda təsadüf edilər. Bütün bunların hamısı təxirəsalınmaz kömək tələb edir.

Axarları tutulmuş döş vəzisi qırmızı yumağa bənzəyir. Bu döşün yarısının boş olmadığı təqdirdə baş verir.

* Uşağın döşə qoyulmasını yaxşılaşdırmağa çalışın. Bəlkə də bunun

üçün əmizdirmə zamanı vəziyyəti dəyişmək lazımdır.

* Büsthalterin və ya başqa paltarın sizi sıxmadığını yoxlayın. Büsthalterdə olan tikişlər döşün bir tərəfini sıxıb südün axmasına mane olur. Əgər sizin başqa büsthalter tapmağa imkanınız yoxdursa, onda döşü sıxan yeri

kəsib atın. Əgər sizə büsthaltersiz olmaq rahatdırsa, o zaman geyinməyin.

* Əgər sizə rahatdırsa, döşü altdan saxlayın.

* Uşaq döşü əmən zaman ağrılı olan sahəni ehtiyatla massaj edin.

* Əgər imkanınız varsa, əmizdirmələr arası fasilələrdə döşünüzü qızdırın.

Mastit olduqda döş qızarır, şişir və ağrılı olur. Bərkimədən fərqli olaraq, mastit olduqda, döşün yalnız biri və ya bir hissəsi zədələnə bilər. Siz özünüzü pis hiss edə bilərsiniz, hərarətiniz yüksələ bilər. Mastit döşdən südün tam çıxarılmaması nəticəsində əmələ gəlir. Hərdən südün döşdə qalması nəticəsində infeksion mastitin törədicisi inkişaf edib çoxalır. Bunu dərhal təyin etmək çətin olur və əgər qripə oxşar ağrılı vəziyyət və hərarətin yüksəlməsi davam edirsə, bu infeksion mastitin olmasını göstərir. Əgər bacarırsınızsa, tibb işçilərindən xahiş edin sizə aşağıdakı antibiotikləri versinlər və siz müalicə kursunu axıra çatdırın. Aşağıdakı təlimata bax. Bu antibiotiklər uşağa zərər gətirməz.

Geniş yayılmış ampisillin antibiotiki adətən effektsizdir.

Əgər siz ağrıya qarşı parasetamol əldə edə bilsəniz, qəbul edin. Əmizdirmə zamanı da qəbul edə bilərsiniz.

Antibiotiki əldə edib, və ya edə bilmədiyinizdən asılı olmayaraq, südün ixrac olmasını qoruyub saxlamağınız vacibdir. Südü boşaltmaq-da uşağın əmməsi əsas olmalıdır.

İnfeksion mastiti törədən mikroorqanizmlər sizin uşağa zərər yetirmir, onları uşağın həzm fermentfəri məhv edir.

Əmizdirmənin dayandırılması həm sizin üçün, həm də uşağınız üçün təhlükəlidir.

Yəqin ki, bərk və şişmiş döşlə uşağı əmizdirmək çətindir, ona görə də əvvəlcə ehtiyatla südü sağın.

Bunu tibb işçisinə göstərin:

İnfeksiyalaşmış mastitin antibiotikiəriə müalicəsi

Döşün irinləməsi zamanı rast gələn ən geniş yaytlmış bakteriya stafilokokkdur (Staphylococcus aureus). Ona görə də döşü infeksiya zamanı penisilinazaya rezistent olan antibiotikləriə, fluklok-sasilin və ya eritromisin kimi antibiotiklərlə müaiicə edin.Preparat                Doza       Qəbul qaydası

flukloksasilin        250 mq peroral      hər 6 saatdan bir yeməkdən 30 dəqiqə əvvəl 7-10 gün müddətində

Eritromisin            250-500 mq            hər 6 saatdan7-10 gün müddətində

Bəzi qadınlar mastit olduqda döşlə əmizdirmək istəmirlər. Gündə bir neçə dəfə ehtiyatla döşü əllə sağıb, onlara südün əmələ gəlməsini saxlamağa kömək etmək lazımdır. Uşağı isə fincandan, sağılmış südlə yedizdirmək lazımdır, bu onun üçün ən yaxşı qidadır. Döşlə .əmizdirməni mümkün qədər tez bərpa etmək lazımdır.