SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Döşlə əmizdirməni necə bərpa etmək olar?
    Əgər siz bir neçə ay bundan əvvəl döşlə əmizdirməni kəsmişdinizsə, çox güman ki, döşünüzdən az da olsa maye sıxıb çıxara bilərsiniz. Sizin süd əmələ gətirmə mexanizminiz tam dayandırılmayıb. Döşlə əmizdirməni...
  • Hamilələr üçün qimnastika
    Hamilə qadına gimnastika nə üçün lazımdır? Məşğələləri yerinə yetirərkən, müxtəlif orqanların qan dövranı yaxşılaşır. Doğuş – qadın fiziologiyası üçün bir sınaqdır. Hazırlıqsız qadınlarda çox vaxt...
  • Hamiləlik dövründə bel ağrıları
    Hamiləlik zamanı demək olar ki, qadınların yrası bel ağrısından əziyyət çəkirlər. Əksər hallarda bu ağrılar onurğa sümüyünə düşən yük və qarın əzələlərinin dartılması nəticəsində olur. Ağrılar hamiləliyin...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Döşdə irinləmə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

İrinləmə - müalicə olunmamış mastit nəticəsində əmələ gələn, irinlə dolu, bərk ağrılı şişdir.

Döşün bu hissəsini yarmaq və irindən təmizləmək (drenaj qoymaq) üçün sizə tibb işçisinin köməyi lazım ola bilər, lakin siz döşlə əmizdirməni davam edin. Əgər zədələnmiş döşlə əmizdirmə dözülməz dərəcədə ağrılı olarsa, sağlam döşlə əmizdirməni davam edin, zədələnmiş döşdən isə südü ehtiyatla 2-3 gün müddətində sağın. Sonra yenidən həmin döşlə əmizdirməni bərpa edin.

Bütün bu hadisələrin hamisi döşlə əmizdirmənin çox çətin olması haqqında təsəvvür yaradır?

Döşlə əmizdirmə barəsində məlumatın verilməsinin dilemması bundadır. Bu xəstəliklərin qarşısını almaq olar, ancaq onlar tez-tez baş verir, ona görə də onları müalicə etmək lazımdır. Bütün bunların hamısı qadınlara lazımi miqdarda kömək olmadığını göstərir. Fövqəladə vəziyyət şəraitində qadınların öz-özünə kömək və başqasına özünə lazım olan kömək üçün müraciət etmək imkanının olması həyati vacib əhəmiyyət kəsb edir. Döşlə əmizdirilən cəmiyyətdə belə xəstəliklərə nadir hallarda təsadüf etmək olar. Bu kitabçadan alınmış bilik vasitəsi ilə siz özünüzə və başqa analara kömək edib belə çətinliklərdən uzaqlaşa bilərsiniz. Bu biliklərlə siz tibb işçilərinə söyləyə bilərsiniz.