Ana südü əvəzediciləri ilə qidalandırma
14.09.2009 12:52
Hər yedizdirmədən əvvəl bütün qabları steriüzasiya edin. Fincandan istifadə etmək şüşə qabdan istifadə etməkdən daha təh-lükəsizdir.
Bundan əlavə hər yedizdirmədən əvvəl su qaynatmaq lazımdır. Bankanın üzərində olan təlimata əməl edin. Uşaqlar üçün məhsullar istehsal edən kompaniyalar bu təlimatı sizin öz dilinizdə çap etməlidirlər. Əgər bunlar başqa dildə çap olunubsa, onda siz səhiyyə müəssisələrinə və ya humanitar yardım göstərən cəmiyyətlərə müraciət edin. Belə etiketlər ÜST/YUNİSEF tərəfindən qəbul olunmuş "Döş südünün əvəzedicilərinin satılması barədə beynəlxalq qaydalar"ın pozulmasıdır.
Tibb işçiləri və ya humanitar cəmiyyətlərin əməkdaşlarından sizə bu təlimatların dəqiq tərcüməsini verməyi və ya başa salmaği xahiş edin. Cürbəcür ərzaqlar quru südün və suyun müəyyən münasibətini tələb edirlər. Heç vaxt artıq qalmış südü gələn dəfəyə saxlamayın. Ərzaq çatışmaması təqdirdə artıq qalmış südü yaşca böyük uşağa verin ya da özünüz için.
4) Əgər heç bir qarışıq tapa bilmirsinizsə, siz inək südündən aşağıda göstərilən kimi istifadə edə bilərsiniz:
- Fincanın 1/3 qədər suyu qaynadın və
- fincanın 2/3 qədər olan qaynanmış inək südü ilə qanşdırın. Sizdə
1 fincan (200 ml ) uşaq üçün yemək alınacaq;
- bir çay qaşığı (axıra qədər dolmamış, 5ml) şəkər əlavə edin.
Bu reseptdən siz konservləşdirilmiş quru süd üçün istifadə edə bilərsiniz. Əvvəlcə südü təlimatda göstərilən kimi hazırlayın, sonra isə reseptdən istifadə edin.
Heç vaxt yuxanda göstərilən kimi hazırlanmamış inək südünü (təzə və ya konservləşdirilmiş) yaşı 6 aydan az olan uşağa ver-məyin. Bu südü yuxanda göstərilən reseptə əsasən durulaşdır-dıqdan sonra uşağa vermək olar.
5) Süni qidalanan uşaq, döşlə qidalandırılan uşağa nisbətən, ideal
tarazlaşdırılmış qida maddələrini qəbul etməyəcək. Ona görə belə
uşaqlara bərk yeməkləri 6 aydan tez vermək lazım gəlir. Bu uşağın
mənimsədiyi qida maddələrin sayını artıra bilər. Əgər siz belə etməyi
qərara alsanız, yeməyi gigiyena qaydalarına maksimum diqqət yetirin.
Döş südü verdiyi infeksiyaya qarşı müdafiəni uşaq almayıb və ona
görə də o, bərk yeməklərdə olan mikroblara daha həssasdır.
6) Hər hansı süni qidalanmada sterilizasiya vacibdir. Yeməyi hazır-
lamaqdan əvvəl hər dəfə əllərinizi sabunla yuyun. Yanacaq varsa qab-
lan 20 dəqiqə ərzində qaynadın. Bunu siz hər yedizdirmədən əvvəl
etməlisiniz
VƏ YA
Siz hipoxlorid (xlor əhəngi) əldə edə bilərsiniz. Bütün qabları bağlı konteynerə və ya qazana qoyun. 1litr suya 1 xörək qaşığı (10 ml) xlor əhəngi əlavə edin. Təsərrüfat xlor əhəngi başqa qatılıqda ola bilər. Etiketin üzərində 0.5% yazılıbsa, 2 xörək qaşığı (20 ml) əlavə edin.
Bunların hamısını uşaqların əli çatmadığı yerdə saxlayın. Siz bu məhlulu hər gün dəyişməlisiniz, köhnə mayeləri isə parçadan olan bələkləri islatmaq üçün və ya ayaqyolunun dezinfeksiyası üçün istifadə etmək olar.
Fincandan və ya başqa qabdan istifadə etməzdən əvvəl hipoxloridin yuyulması üçün onu ilıq su ilə yuyun.
Əgər yanacaq azdır və hipxloridi tapmaq mümkün deyil, onda qabları sabun və ya yuyucu toz ilə yuyun. Hər dəfə sterilizasiya etmək imkanınız olmasına əmin deyilsinizsə, relaktasiya üçün borucuqlardan və şüşə qablardan heç vaxt istifadə etməyin.
Fincandan istifadə etmək şüşə qabdan istifadə etməkdən daha təhlükəsizdir.
UŞAĞI SÜNI, IAKIN BUTULKASI/ QIDALANDIRNIAQ OLARMI?
Bəli. Fincanlar butulkalardan daha təhlükəsizdir, çünki butulkanın ağzına bağlanan əmzik və qapaqlar öz üzərinə çoxlu miqdarda mikrob toplayır, bu mikroblar südlə bir yerdə uşağın bədəninə keçib xəstəlik törədə bilər. Doğulduğu gündən uşaqlar fincandan içməyə qadirdirlər. Bəzi adamlar narahat olurlar ki, uşaq əmzik əmməlidir. Lakin uşaqlar üçün öz barmaqlarını sormaq daha təhlükəsizdir. Həm də fincandan yedizdirmək üçün uşağı qucaqda saxlamaq lazımdır, bu isə yetimlər üçün çox vacibdir, çünki onlar böyüklər tərəftndən qayğıya ehtiyac duyurlar. Həmişə (xüsusən fövqəladə vəziyyət şəraitində) uşaqları tək qoyub butulkaları onların özünə vermək fikiri yarana bilər. Bu çox təh-lükəlidirvə üşaqları bədən təmasındən məhrum edir.
UŞAĞI FINCANDAN NECƏ YEDIZDIRNIƏK LAZIMDIR?
Uşağın başını yüngülcə qaldırıb fincanı alt dodağına yaxınlaşdırmaq lazımdır.
Yarımçıq doğulmuş uşaqlar pişik balası kimi südü içirlər. Normal doğulmuş uşaqlar isə südün hamısını içib qurtarırlar. Heç vaxt südü uşağın boğazına tökməyin. İmkan verin uşaq südü özü içib udsun.
