SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

Partnyorlar

Netty2009 Winner
 
Banner

Начало кормления, организация

Südü doğru necə sağmalı?

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

14.09.2009 12:45

Əgər sizin uşaq əmmək üçün çox zəif və ya xəstədirsə, onun həyatını sizin südünüz xilas edə bilər. Əgər siz bir başa uşağınızın ağzına azacıq süd sağarsınızsa, bu onun döşü əmməyə meylini artırar.Əgər sizin döşünüz nə vaxtsa həddən artıq dolmuş və ya bərkimişdirsə, uşağı döşə qoymaqla siz təzyiqi azalda bilərsiniz. Əgər siz uşağımızdan hər hansı səbəbə görə ayrılmısızsa, siz südünüzü sağıb uşaq üçün saxlaya bilərsiniz. Döş südünü otaq temperaturunda 6-8 saat, soyuducuda 24-48 saat, buzluqda~3 ay ərzində saxlamaq olar. Əgər soyuducu və ya buzluq enerji olmadığına görə işləməzsə, donu açılmış süd, 8 saat müddətində istifadə olunmazsa atılmalıdır. Heç vaxt donu açılmış südü təkrar dondurmayın.

MƏN SÜDÜ NECƏ SAĞMALIYAM?

 Südsağandan istifadə etməyə imkanı olan qadmların əksəriyyəti əllə sağmağa daha üstünlük verirlər. Əllə sağma uşağın əmmə hərəkətinə daha yaxındır. Bundan əlavə fövqəladə vəziyyət şəraiti zamanı südsağanları sterilizə etmək çətin olur.

* Əllərinizi təmiz yuyun.

* Təmiz fincan və ya geniş boğazlı qab hazırlayın.

* Rahat yerləşin

Aşağıda göstərilənlər ümumi qaydalardır. Özünüz üçün daha asan üsul seçin.

* Döşünüzü dörd barmaqla altdan, böyük barmaqla döş giləsinin

gerisində saxlayın. Giləni sıxmayın.

* Areolanın altında qalınlaşmaları ehtiyatla barmaqlarınızla hiss

edin. Bu süd yığılan boşluqlardır.

* Ritmik olaraq barmaqlarınızı sıxın.

* Əllərinizi hərəkət etdirərək südü boşluqlardan sağın.

* Həmin hərəkəti o biri döşünüzdə təkrar edin.

* Əgər istəyirsinizsə hər döşünüzü iki əllə sağın.

Siz uşağınızın yanında olanda südünüzün daha tez sağıldığını aşkar edəcəksiniz. Uşağınız barədə fikirləşməyə başlayın. Əgər varsa onun şəkilinə baxın və ya paltarlarından birini iyləyin. Kimdən isə kürəyinizi massaj etməyi xahiş edin. Belə hallarda qadınlar bir birinə kömək edib dayaq ola bilərlər. Əgər siz əvvəllər öz döşünü sağmış qadını tanıyırsınızsa, ondan sizi öyrətməyi xahiş edin.

Başqa bir qadını öyrətməyin iki xeyirli üsulu:

* Əgər sizin südünüz varsa, ona döşünüzü sağmağınıza baxmağa

izn verin.

VƏ YA

* Ona rahat olduğuna əmin olduğunuzdan sonra, onun arxa

tərəfində durun və onun əlini döşü üzərində hərəkət etdirin.

 

Yarımçıq doğulmuş və az çəkili uşaqlar barədə nə demək olar?

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

14.09.2009 12:35

Uşaq nə qədər zəif olarsa, bir o qədər onu döş südü ilə bəsləmək vacibdir. Döşlə əmizdirilən, əmə bilən yarımçıq doğulmuş və az çəkili uşaqlar, şüşə qabdan qidalanan uşaqlara nisbətən stressə daha az məruz qalırlar.

Əgər uşaq, əmmə üçün çox zəifdirsə və ya çox yarımçıq doğulubsa, onda onu borucuq vasitəsi ilə sizin sağılmış döş südünüzlə qidalandır-maq olar. Hamiləliyin təxminən 32 həftəsindən sağlam yarımçıq doğulmuş uşağı yedizdirmək üçün fincandan istifadə etmək olar. Borucuqlara nisbətən fincanların bir neçə üstünlüyü var. Uşaq qəbul etdiyi qidanın miqdarını özü tənzim edir və sağılmış südlə təmas ağızda olan həzm fermentlərin təsirini stimulə edir. Yedizdirmə zamanı uşağın bədəninizə yaxın tutulması da uşağın inkişafı üçün xeyirlidir.

Borucuq vasitəsi ilə qidalandıqda, uşağın burnunun sizin döşünüzə toxunması da xeyirlidir. Siz südünüzü bir başa onun ağzına sağa bilərsiniz. Uşağınızın yanında mümkün olduğu qədər çox olun. Doğuş-dan sonra mümkün olduğu qədər döşünüzü tez sağın. Döş südünüzün miqdarı nə qədər az olsa da xeyirlidir. Yarımçıq və azçəkili uşaqların analarının bəziləri lazımi miqdarda süd verə bilərlər, başqaları isə əlavə qidadan, yaxşı olardı ki, başqa ananın sağılmış südündən istifadə edə bilər.

Döş!ə əmizdirmə zamanı uşağın axırıncı, yağlı südün almasına fikir vermək vacibdir. Daha yağlı süd qida borucuğunun divarlarına tez yapışır, fincandan yedizdirdikdə yağın itkisi daha az olur.

 

Döşlə əmizdirmə və əlavə qidalandırma

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

14.09.2009 12:33

Yaşı 6 aydan çox olan və tək döş südü yox, başqa bir qidaya ehtiyacı olan uşaqlarla nə etməli?

Təxminən 6 aydan sonra özünüz yediyiniz yeməklərdən uşağa verməyə başlayın. Döşlə əmizdirməni əvəz etmək lazım deyil və döşlə əmizdirməyə əlavə kimi bərk yeməkləri verin. Altı aydan böyük uşaqlar hər qidanı qəbul edə bilərlər, lakin onların rasionu duz ilə zəngin olma-malıdır. Ailə üçün yeməyi hazırlayanda, uşağa verəcək yeməyi duz tökməzdən əvvəl ayırın, imkan olanda yodlu duzdan istifadə edin, çünki əksər ölkələrdə yodun çatışmamazlığı müşahidə olunur. Altı aydan sonra, dişlərinin olub olmamasından asılı olmayaraq uşaqda çeynəmə refleksi yaranır. Yeməyi püre şəkilinə gətirmək lazım deyil, sadəcə qa-şıq ilə bir balaca əzin. Əgər yeməyiniz boldursa, siz isə döşlə əmizdirməyə davam edirsinizsə və uşağınız yaxşı böyüyürsə, onda şəkərin miqdarını azaldın. şəkər lazımi qida maddəsi deyil, sadəcə enerji mən-bəyidir. Başqa ərzaqların əksəriyyəti daha qidalıdır. Ancaq ərzağın kəskin çatışmamazlığı olanda heç nədən isə şəkər vermək yaxşıdır.

Uşağınızı başqa yeməklə qidalandırmaq üçün qaşıq və fincandan istifadə edin. Əgər uşaq bacarırsa, qoyun öz əli ilə yesin.

   

Döşlə əmizdirməni necə bərpa etmək olar?

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

14.09.2009 12:20

Əgər siz bir neçə ay bundan əvvəl döşlə əmizdirməni kəsmişdinizsə, çox güman ki, döşünüzdən az da olsa maye sıxıb çıxara bilərsiniz. Sizin süd əmələ gətirmə mexanizminiz tam dayandırılmayıb. Döşlə əmizdirməni kəsib yenidən bərpa edilməsi relaktasiya adlanır. Heç doğmamış qadınlar öz himayəsinə götürdükləri uşaqları döşlə əmizdiriblər və bu məcburi və ya induksiya edilmiş laktasiya adlanır. Birinci ikincidən daha asandır. Döşlə əmizdirmənin 3 asan prinsipi burada tətbiq edilə bilər.

* Uşağın döşə düzgün qoyulması.

* Tələb və təkliflər.

* İnam.

Məqsəd sizin uşağınızı vəzifəsini yerinə yetirmək üçün razı salmaq-dadır. Əgər indi tamamilə şüşə qabdan içirsə və müvəqqəti olaraq təbii döşü əmmə vərdişini unudubsa, bu vərdişi onun yadına salmaq lazımdır. Bəzi körpələr bu vərdişləri asan bərpa edirlər, o birilərini isə incəliklə yola gətirmək lazımdır. Ən çətin dövr onda başlanır ki, siz, südün əmələ gəlməsini stimulə etmək üçün uşağın döşünüzü çox əmməsini istəyirsiniz, uşağa isə əvvəlki kimi tox olmaq üçün çoxlu yemək lazımdır. Çox əmmək üçün o ac olmalıdır, lakin o qədər ac yox ki, süd az olanda əsəbləşsin.

Uşaqlar müxtəlifdirlər. Şüşə qabdan yeyən bəzi uşaqlar döşü yaxşı götürürlər. Bəziləri isə şüşə qaba öyrənib, döşü alıb özlərini çətinliyə salmaq istəmirlər. Birinci günlər mənəvi və praktiki olaraq sizə kömək etməyi kimdən isə xahiş edin. Məsələn, rəfiqənizdən və ya qonşunuz-dan biri sizin evdə başqa uşaqlara nəzarət etsin. İlk vaxtlar siz bu uşağa çox vaxt sərf edəcəksiniz.

* Uşağı gün ərzində 10 dəfədən az olmayaraq döşə qoyun.

* Tələb etdiyi zaman uşağa döş verin. Heç vaxt döşü məcburi olaraq verməyin. Uşağa döş əmmənin xoş olduğunu hiss etdirin

* Döşlə əmizdirmə zamanı hər ikinizin vəziyyətinin düz olmasına nəzarət edin.

* Mümkün olduqca hətta uşağınız yatdığı zaman çalışın uşağı bədəninizə toxundurun.

* Yalançı əmziklərdən istifadə etməyin.

* Uşağınızı fincandan yedizdirirsinizsə, südünüzün miqdarı artdıqca, süni qidalanmanı azaldın.

* Döşü stimulə etmək üçün döşünüzü əlinizlə ehtiyatla sağın.

* Uşağınızda maraq oyatmaq üçün uşağınızın dili üzərinə 1 damla süd damızdırın.

* Əmizdirmə zamanı, uşağınızın ağzına axması üçün döşünüzün üzərinə bir qaşıq süd tökün.

* Əgər uşaq, süd əmələ gəlməsi bərpa olana qədər marağını itirərsə, onda əmizdirməknən əlavə qida vermək olar. Bu üsulu o vaxt tətbiq etmək olar ki, siz hər əmizdirmə üçün bütün ləvazimatı sterilizasiya edə biləsiniz. Tibb işçilərindən uşağı yedizdirmək üçün nazik borucuqları alın. Sizə verilmiş sağılmış ana südünü, uşaq süd qarışıqlarını və ya duruldulmış inək südünü əlinizin altında olan fincana və ya hər hansı bir başqa qaba tökün. Borucuqları döşünüzə elə yaxın tutun ki, uşaq döşünüzlə bir yerdə borucuğu da əmsin. Ən yaxşısı borucuğu döşünüzə cərrahi yapışqanla yapışdınn. Sizə rahat deyilsə, fincanı saxlamağı kimdən isə xahiş edin. Yedizdirməni başlamaq üçün fincanı öz döşünüzün və uşağın səviyyəsindən yuxarı tutun. Borucuqda süd axan kimi fincanı aşağı tutun. Əsas məqsəd, uşağı tam əmməyə, sizin döş südünüzü stimulə etməyə məcbur etməkdir, ona görə də borucuqdan süd nazik şırnaq ilə axmalıdır. Döş südü artdıqda, hər dəfə fincandakı südün miqdarmı bir çay qaşığı (ya da ona ekvivalent olan, həcmi 5 ml. qədər olan bir qabla, məsələn, spirtsiz içki şüşəsinin qapağı ilə) azaldın.

İnamı itirməyin. Bir çox qadınlar, həmçinin nənələr, döşlə əmizdirməni qurtardıqdan bir neçə il sonra südün yenidən əmələ gəlməsini bərpa etməyə nail olublar.  

 

Döşlə əmizdirmənin üçüncü prinsipi - inam

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

10.09.2009 14:32

Yaşlı adamların, kasıb və əməkdən əziyyət çəkmiş qadınların öz uşaqlarını döşlə asanlıqla əmizdirmələri yadlarında olar. Özləri bunu dərk etmədən bu qadınlar döşlə əmizdirmənin əsas prinsiplərini bilirdilər və onlarda şüdün olacağına əvvəlcədən əmin idilər. Başqa müasir qadınlarda olduğu kimi, sizdə də uşağı döşlə əmizdirməyə qadir olduğunuza inam olmaya bilər. Ola bilsin ki, sizin ananızdakı problemlərə tibb müəssisələrində düzgün olmayan əmizdirmə üsullarının tətbiqi səbəb olmuşdur. Bəlkə də ola bilsin ki, siz öz uşağını yalnız döşlə əmizdirən ana görməmisiniz və ona görə də bu işin öhdəsindən gəlmək sizə çətin gəlir. Bu kitabçadan, siz bir sıra xeyirli faktlar götürə bilərsiniz, lakin yenə də sizin ürəyinizdə şübhə qalacaq. Əgər siz öz ərinizdən, qohum-larınızdan, rəfiqələrinizdən və ya sizə yaxın olan bir adamdan kömək istəsəniz, siz ilk günlərdə, döşlə əmizdirməni qaydaya salmaqla özünüzə və uşağınıza kömək etmiş olarsınız. Onlardan siz bütün bu kitabçanı, xüsusi ilə sizin üçün lazımlı olan bölmələrini oxumaqlarını xahiş edin. Sizin köməkçiniz idmançıya kömək edən məşqçiyə bənzəyir. Lakin məşqçidən fərqli olaraq, o sərt yox, həmişə yumşaq və mülayim olmalıdır. Keçmişdə gənc analara uşağı əmizdirməyə qohum-ları kömək edərdi. Çətin vaxtlarda kimliyindən asılı olmayaraq biz bir-birimizə kömək etməliyik.

Döş əmizdirən analar bir-birinə dayaq ola bilərlər. Əgər siz başqa bir anaya kömək edirsinizsə, yadda saxlayın ki, mülayimlik düzgün və dəqiq məlumat kimi vacibdir. Onun döşlə əmizdirmə qabiliyyətinə malik olmasına sizin inamınız həyati vacib əhəmiyyət kəsb edir. Heç vaxt onu mühakimə etməyin, şəfqətlə ona qulaq asın və öz məsləhətlərinizlə onu yormayın.

   

Səhifə 1 dən 4

  • «
  •  «« 
  •  « 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  » 
  •  »» 
  • »