SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Zəhərlənmədə ilk yardım
    Zəhər orqanizmə mədə, dəri və ağ ciyərlər vasitəsilə daxil ola bilər. Çalışın zərərçəkmişin nə ilə zəhərləndiyini müəyyən edəsiniz ki, təcili tibbi yardım zamanı dərhal xüsusi antizəhər terapiyaları aparıla...
  • Həkimə baş çəkmə vaxtları
    Ilk baş çəkmə mümkün qədər tez – hamiləliyin ilk əlamətləri (aybaşının gecikməsi, ürəkbulanma, ağız suyunun ifrazının artması, qoxulara reaksiya, yuxululuq və s.) yaranan zaman olmalıdır. Bu vacibdir, beləki,...
  • Диета для ЭКО
    Bu məqalə üçün tərçümə mövcud deyil.Диета для ЭКО

Partnyorlar

Netty2009 Winner
 
Banner

SÜDƏMƏR UŞAQLARA ÇAY VƏ SU LAZIMDIRMI?

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Döş südü, eləcə də ağız südü, körpələr üçün ideal tarazlaşdırılmış qida və sudur. Birincİ altı ay ərzində onlara heç bir başqa əlavə qida və maye lazım deyil. Uşağın qəbul etdiyi döş südünün miqdarını adi su, qlyukozalı və ya adi şərbət, çay, ot dəmləmələri, şirələr, qarın sancısını kəsən maye, süd və ya başqa mayelər azalda bilər. Nadir hallar istisna olmaqla, bütün bu mayelər uşağa lazım deyil və ona zərər gətirə bilər. Onlar uşağa yoluxucu xəstəliklərin törədicisini keçirə bilər, allergiyaya və bağırsaqların qıcıqlanmasına gətirə bilər. Əgər onlar uşaq doğulduq-dan dərhal sonra verilərsə, onda onlar uşağa ilk döş verilməsinin gecikməsinə və döş südünün miqdarının azalmasına səbəb ola bilərlər. Döşlə əmizdirmə idealdır, hər hansı başqa bir mayelər bu prosesə mane olur. Müvəffəqiyyətlə döşlə əmizdirmənin on əsas prinsipi (addım)

 

Hamiləliyə nəzarət edən, doğuşa kömək edən, yenidoğulmuşlara xidmət göstərən tibbi müəssisələrin borcudur:

1. Döşlə əmizdirmə haqqında olan siyasətin yazılı şəkildə olması və onun mütəmadi olaraq tibb işçilərinin nəzərinə çatdırılması.

2. Bu siyasətin praktiki olaraq həyata keçirilməsi üçün vacib

olan vərdişlərin tibb işçilərinə öyrədilməsi.

3. Döşlə əmizdirmənin üstünlükləri və onun aparılması

haqqında bütün hamilə qadınlara məlumat verilməsi.

4. Uşaq anadan olandan sonra yarım saat ərzində uşağı

əmizdirməyə kömək edilməsi.

5. Anaların uşaqları necə əmizdirmək və hətta uşaqlardan

ayrı olduqları hallarda laktastyanı necə saxlamağın göstərilməsi.

6. Tibbi göstəriş istisna olmaqla yenidoğulmuşlara döş

südündən başqa hər hansı bir başqa yemək və içməyin verilməməsi.

7. Ana və uşağın gecə və gündüz bir otaqda olmasının tətbiq edilməsi.

8. Uşağın tələbatına uyğun otaraq əmizdirmənin təşviq edilməsi.

9. Südəmər uşaqlara əmziklərin verilməməsi.

10. Döşlə əmizdirmənin tərəfdarları qruplarının yaradılmasının təşviq edilməsi və anaların xəstəxanadan və ya

klinikadan yazıldıqlarından sonra bu qruplara göndərilməsi.

 

Hətta isti və quru iqlim şəraitində döş südü uşağın suya olan tələbatını ödəyir. Döş südünün tərkibində olan maye, uşağa verilən hər hansı bir başqa mayedən, onun tərəfindən daha yaxşı mənimsənilir.

NƏ VAXT UŞAQLARA YALNIZ DÖŞ SIIDÜ AZLIQ EDIR?

Təxminən altı aydan başlayaraq uşağa bərk yeməklər verməyə başlayın (ailədə olan və işlənən hər hansı bir qida), lakin ideal olaraq döşlə əmizdtrməni iki yaşına qədər və daha artıq davam edin. Sizin uşağınız bərk qida qəbul etməyə başladığı zaman döş südü uşağın suya olan tələbatını ödəməyinə baxmayaraq, təmiz su tapmaq imkanı olmadıqda, siz ona qaynanmış soyudulmuş su verə bilərsiniz. Südəmər uşaqlara çay və şirinləşdirilmiş içkiləri vermək olmaz. Belə içkilər heç bir xeyirli qida maddələrinə malik deyil və yalnız dişlərə zərər yetirir. Çay süddəki dəmirin mənimsənilməsini azaldır və nəticədə dəmir çatma-mazlığı qan azlığma gətirir. İki yaşına qədər uşağın döşlə əmizdirilməsi ona lazım enerji və zülala olan tələbatını təxminən ödəyir, qiymətli A və C vitaminlərinin gözəl mənbəyi olaraq onu yoluxmadan müdafiə edir. Gəzməyə başlayan xəstə körpələr başqa qidadan imtina etdikdə döş əmə bilərlər. Bu qidalanmanı saxlayır, sağalmanı tezləşdirir və uşağı sakitləşdirir.