Uşağı döşə düzgün qoyma
10.09.2009 14:21
Niyə döşə qoyulma uşaqda təbii olaraq həmişə alınmır?
Uşağın düzgün vəziyyəti döşə düzgün qoyulmasına gətirir.
Siz artıq uşağın necə əmizdirdiyini bilirsiniz - sizin giləniz uşağın dodağına toxunması onu ağzını geniş açıb ağız dolusu döşdən yapışmağa məcbur edir.
Nə üçün uşaqda bu həmişə düzgün alınmır?
Bunun əsas səbəbi - ananın uşağı döşə düzgün qoymaq üçün onu düzgün vəziyyətdə saxlamamasıdır. Məsələn, ana uşağı lap yüksək və ya yan vəziyyətdə saxladığı üçün uşaq öz ağzını lazım olan istiqamət-də apara bilməz. Ən çox bu ilk dəfə döşlə əmizdirən və ya birinci uşağını şüşə qabdan yedizdirən analarda baş verir. Bununla yanaşı bütün uşaqlar bir-birindən fərqlənir və hətta təcrübəli analara yeni uşağı əmizdirmək üçün kömək lazım ola bilər. Düzgün vəziyyətin əsas qaydaları bunlardır:
Sizə rahat olan yerdə oturun və ya uzanın
1) Uşağın bədəni və başı bir düz xətt üzrə yerləşdirilməlidir. Siz
uşağı yan tərəfdən, vertikal və ya qoltuğunuzun altında tutduğunuza baxmayaraq, uşağın üzü sizin bədəniniz tərəfə yönəldilməlidir. Uşaq döşü əmən zaman əgər əli üzünə tərəf olarsa və ya başını yan tərəfə tutarsa, rahat əmib uda bilməz. Özünüz başınızı yan tərəfə əyərək su içsəniz, onda bunun nə qədər çətin olduğunu hiss edərsiniz. 2) Uşağın üzü döşünüzə tərəf, burnu isə döş giləsi səviyyəsində tutulmalıdır. Bu vəziyyət uşağa areolanın yuxarı hissəsini yox, daha çox aşağı hissəsini ağzına almağa imkan yaradır. Döş giləsinin uşağın dodağına toxunması uşağın ağzını geniş açmağa məcbur edir
3) Uşağınızı bədəninizə yaxın tutun ki, uşaq döşü yaxşı götürə bilsin. Döşü uşağa yox, uşağı döşə yaxınlaşdırın. Qabağa əyilməyin, yoxsa beliniz ağrıyar.
4) Əgər sizin uşaq yeni doğulmuşdursa, onun tək başını və çiynini
yox. bütün bədənini saxlayın. Bu uşağa sizə daha yaxın olmaqla yanaşı, başı və boynu ilə sərbəst hərəkət etməyə imkan verir.
5) Əgər siz hiss edirsiniz ki, döşünüzü saxlamaq lazımdır, onda siz
onun alt hissəsindən sərbəst əlinizlə tutun. Öz barmaqlarınızı qayçı kimi
(döşünüzü "siqaret" kimi) saxlamayın, çünki buna görə siz döşünüzü uşağın ağzından çıxarıb, döşə düzgün qoyma vəziyyətindən çıxara
bilərsiniz. Belə geniş yayılmış döş saxlama üsulu, guya ki, əmmə zamanı uşağın nəfəs almasının çətinləşməməsi kimi səhv fikirdən irəli gəlir. Əslində isə təbiət uşağın burun dəliklərini burnunun yan tərəfində yaradaraq, əmmə zamanı ona asanlıqla nəfəs almağa şərait yaradıb. Hərdən elə görünür ki, uşağın sifəti döşə basılıb və uşaq boğulur.
Ancaq bu təhlükəli deyil. Əgər uşaq başını asanlıqla tərpədirsə, onda
özü uyğunlaşıb nəfəs alacaq.
Əgər siz uşağınızı yalnız döşlə əmizdirirsinizsə, sizin uşaq sağlam və normal inkişaf edirsə, onda siz tutduğunuz vəziyyətdən asılı olmayaraq əmizdirməni düzgün aparırsınız
Hərdən uşaq sıx bələndiyi və paltar ona mane oldıığu üçün uşağı bədənə yaxın tutmaq mümkün olmur.
Belə hallarda uşağın bələyini açmaq lazımdır ki. əmizdirmə asan olsun. Soyuq olanda uşağınızı özünüzlə birlikdə bükün. Sizin bədəninizin istisi uşağınızı isindirəcək. Uşaqlarm sıx bələnməsi onlara boynunu uzadıb döşə düzgün qoyulmasına mane olur. Sıx bələnən uşaqlar respirator xəstəliklərə tez-tez tutulur. Əl və ayaqların sərbəst olması qan dövranını gücləndirərək bədəni qızdırır və uşağın fiziki inkişafına müsbət təsir göstərir. Uşağı isti, lakin boş bələyin. Sərbəst geyindirilmiş paltarın qatları daha çox hava saxlayır və sizin uşağınızı daha çox isindirir. Sıx bələmə döşlə əmizdirməni çətinləşdirir.
