Mən necə əmin ola bilərəm ki süd kifayət qədərdir?
10.09.2009 14:25
Uşağın döşü əmməsi sizin baş beyninizə ona nə qədər süd !azım olması haqda xəbər verir. Uşaq nə qədər çox acarsa, o qədər çox əmər. Buna cavab olaraq, sizin baş beyninizə döşünüzdə daha çox süd əmələ gəlməsi üçün hormonların daha çox miqdarda ifrazını stimulə edir ki, bu da südün ifrazmı artırır. Bu tələbat və təklif sistemi üzrə işləyən sistemdir. Əgər sizin uşağınız sizdən ayrıdırsa və ya siz onu çox erkən döşdən ayırmısızsa, ya da o döşə pis qoyulmuşdursa, onda o özünə lazımi miqdarda südün əmələ gəlməsini stimulə edə bilməz. Əgər sizin uşağınızın mədəsi başqa bir maye ilə doludursa, o döşü o qədər qüvvəti əmə bilməz. Əgər sizin uşağınıza əmzik verilərsə, bu uşağın sizin döşünüzü lazımi qədər stimulə etməyinə mane olacaq.
Əgər südünüz döşünüzdən xaric olmursa, sizin orqanizminizdə südün əmələ gəlməsi azalır. Uşaq döş əmmirsə, onda südün əmələ gəlmə sistemi sönür. Buna görə də siz özünüz başa düşürsünüz ki, döşlə əmizdirmənin həcmini azaltsanız və döşü süddən azad etməsəniz, "tək-lif" azalar. Bir çox qadınlar güman edirlər ki, onların orqanizmi lazım olan qədər süd əmələ gətirə bilməz və bəzi tibb işçiləri bilmədiklərinə görə onlara bunu deyirlər. Əslində isə, qadınların bədəni elə qurulubdur ki, onlar uşağına lazım olandan qat-qat çox süd əmələ gətirə bilər. Qadınların bədən quruluşu onlara əkizləri əmizdirməyə imkan verir və buna görə uşağın tələblərinə cavab olaraq bir uşaq üçün süd əmələ gətirmək çətin deyil. Südü əmməklə uşaq südün əmələgəlmə sisteminə sanki südün ifrazını artırmağı əmr edir və bu əmr sonrakı günlərdə yerinə yetirilir. Əgər uşağa döş südü ilə yanaşı başqa hər hansı bir qida verilərsə, uşağın anasının beyninə göndərdiyi dəqiq və aydın məlumat pozulur,zəifləyir.
