Əmizdirmə zamani südün tərkibi
10.09.2009 14:30
Uşaqlar onlara nə lazım olduğunu bilirlər. Böyüklərin əksəriyyətində olduğu kimi, uşaqlar əvvəlcə susuzluğu yatırdır, sonra isə ağır qidanı qəbul edirlər. Əmizdirmənin əvvəlində ifraz olunan ilkin süd çox duru, yağı az və tərkibində laktoza (süd şəkəri) daha çox olur. Əmizdirmənin sonunda isə süd daha yağlı olur (axırıncı süd payı adlanır). Əgər uşaq, özü istədiyindən tez bir döşdən ayrılıb ikinci döşə qoyularsa, o zaman uşaq hər dəfə ilkin südün payını alar. Belə tənzimlənməmiş qidalanma uşağı qane etməz və onda narahatlıq hissi doğurar, qarnında köpə və sancıya səbəb olar.
Həmişə uşağın özünə əmməni başa çatdırmağa imkan verin
Mən elə fikirləşirdim ki, uşağı hər iki döşlə əmizdirmək lazımdır?
Belə bir ciddi qayda yoxdur. Sizə və sizin uşağınıza necə xeyirlidirsə elə edin. Uşağa ikinci döşünüzü verin və imtina etdikdə narahat olmayın. Bəzi uşaqlar ikinci döşü əmməyə cəhd göstərir, bəziləri isə yox. Bəzi uşaqlar bir əmizdirmə zamanı bir döşü, o biri dəfə isə hər iki döşü götürmək istəyirlər. Bəzi uşaqlar inkişaf edib böyüdükcə öz adətlərini dəyişirlər. Sizin uşağınız tələbatından asılı olaraq öz iştahı istiqamətləndirir. Uşağın nə vaxt və necə istədiyi zaman əmizdirilməsi -"uşağın tələbatına uyğun əmizdirmə" (və ya "uşaqla idarə olunan əmizdirmə") adlanır. Uşağın tələbatına uyğun əmizdirilməsi onu tam olaraq qane edir və o az ağlayır və yaxşı böyüyür.
Uşaqlar onlara nə lazım olduğunu özləri hamıdan yaxşı bilirlər, ona görə də imkan verin onlar sizi istiqamətləndirsin.
