Döşlə əmizdirmənin üçüncü prinsipi - inam
10.09.2009 14:32
Yaşlı adamların, kasıb və əməkdən əziyyət çəkmiş qadınların öz uşaqlarını döşlə asanlıqla əmizdirmələri yadlarında olar. Özləri bunu dərk etmədən bu qadınlar döşlə əmizdirmənin əsas prinsiplərini bilirdilər və onlarda şüdün olacağına əvvəlcədən əmin idilər. Başqa müasir qadınlarda olduğu kimi, sizdə də uşağı döşlə əmizdirməyə qadir olduğunuza inam olmaya bilər. Ola bilsin ki, sizin ananızdakı problemlərə tibb müəssisələrində düzgün olmayan əmizdirmə üsullarının tətbiqi səbəb olmuşdur. Bəlkə də ola bilsin ki, siz öz uşağını yalnız döşlə əmizdirən ana görməmisiniz və ona görə də bu işin öhdəsindən gəlmək sizə çətin gəlir. Bu kitabçadan, siz bir sıra xeyirli faktlar götürə bilərsiniz, lakin yenə də sizin ürəyinizdə şübhə qalacaq. Əgər siz öz ərinizdən, qohum-larınızdan, rəfiqələrinizdən və ya sizə yaxın olan bir adamdan kömək istəsəniz, siz ilk günlərdə, döşlə əmizdirməni qaydaya salmaqla özünüzə və uşağınıza kömək etmiş olarsınız. Onlardan siz bütün bu kitabçanı, xüsusi ilə sizin üçün lazımlı olan bölmələrini oxumaqlarını xahiş edin. Sizin köməkçiniz idmançıya kömək edən məşqçiyə bənzəyir. Lakin məşqçidən fərqli olaraq, o sərt yox, həmişə yumşaq və mülayim olmalıdır. Keçmişdə gənc analara uşağı əmizdirməyə qohum-ları kömək edərdi. Çətin vaxtlarda kimliyindən asılı olmayaraq biz bir-birimizə kömək etməliyik.
Döş əmizdirən analar bir-birinə dayaq ola bilərlər. Əgər siz başqa bir anaya kömək edirsinizsə, yadda saxlayın ki, mülayimlik düzgün və dəqiq məlumat kimi vacibdir. Onun döşlə əmizdirmə qabiliyyətinə malik olmasına sizin inamınız həyati vacib əhəmiyyət kəsb edir. Heç vaxt onu mühakimə etməyin, şəfqətlə ona qulaq asın və öz məsləhətlərinizlə onu yormayın.
