SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Kesar kəsiyi
    Bir sıra əsirlər boyunca kesar kəsiyi ancaq ananı xilas etmək mümkün olmadıqda, körpəni qurtarmaq üçün aparılmışdır. X1X əsrdən başlayaraq, uşaqlığa tikiş qoymaq mümkün olmuşdur və 50-ci illərdən etibarən, kesar...
  • Первая помощь при ранении головы
    Bu məqalə üçün tərçümə mövcud deyil.Никогда не надавливайте сильно на раны головы. Это может привести к повреждению тканей, окружающих мозг....
  • Прорезание зубов или Дентация
    Bu məqalə üçün tərçümə mövcud deyil.Первые, молочные зубы у здорового ребенка обычно начинают прорезываться с возраста 6-8 месяцев. Обычным...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Yarımçıq doğulmuş və az çəkili uşaqlar barədə nə demək olar?

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Uşaq nə qədər zəif olarsa, bir o qədər onu döş südü ilə bəsləmək vacibdir. Döşlə əmizdirilən, əmə bilən yarımçıq doğulmuş və az çəkili uşaqlar, şüşə qabdan qidalanan uşaqlara nisbətən stressə daha az məruz qalırlar.

Əgər uşaq, əmmə üçün çox zəifdirsə və ya çox yarımçıq doğulubsa, onda onu borucuq vasitəsi ilə sizin sağılmış döş südünüzlə qidalandır-maq olar. Hamiləliyin təxminən 32 həftəsindən sağlam yarımçıq doğulmuş uşağı yedizdirmək üçün fincandan istifadə etmək olar. Borucuqlara nisbətən fincanların bir neçə üstünlüyü var. Uşaq qəbul etdiyi qidanın miqdarını özü tənzim edir və sağılmış südlə təmas ağızda olan həzm fermentlərin təsirini stimulə edir. Yedizdirmə zamanı uşağın bədəninizə yaxın tutulması da uşağın inkişafı üçün xeyirlidir.

Borucuq vasitəsi ilə qidalandıqda, uşağın burnunun sizin döşünüzə toxunması da xeyirlidir. Siz südünüzü bir başa onun ağzına sağa bilərsiniz. Uşağınızın yanında mümkün olduğu qədər çox olun. Doğuş-dan sonra mümkün olduğu qədər döşünüzü tez sağın. Döş südünüzün miqdarı nə qədər az olsa da xeyirlidir. Yarımçıq və azçəkili uşaqların analarının bəziləri lazımi miqdarda süd verə bilərlər, başqaları isə əlavə qidadan, yaxşı olardı ki, başqa ananın sağılmış südündən istifadə edə bilər.

Döş!ə əmizdirmə zamanı uşağın axırıncı, yağlı südün almasına fikir vermək vacibdir. Daha yağlı süd qida borucuğunun divarlarına tez yapışır, fincandan yedizdirdikdə yağın itkisi daha az olur.