Beynəlxalq Ailə Festivali keçiriləcək
12.03.2009 15:21
Uşaq ili çərçivəsində Bakıda I Beynəlxalq Ailə Festivali keçiriləcək. Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçısı olan şirkətindən bildiriblər ki, bu il oktyabrın 13-dən 15-dək Heydər Əliyev adına İdman -Konsert Kompleksində Azərbaycanda ilk dəfə "BabyTime - Analıq və uşaqlıq dövrü" adlı I Bakı Beynəlxalq Ailə Festivalı keçiriləcək.
"Uşaq ili" çərçivəsində keçiriləcək tədbir ekspozisiyaların mövzusu, təklif olunan mal və xidmətlər baxımından iki hissədən ibarət olacaq. Məktəb yaşına qədər uşaqlar üçün nəzərdə tutulmuş bölmələrdə paltar və ayaqqabılar, oyun meydançaları, oyun otaqları və kompleksləri üçün avadanlıq, hava ilə doldurulan attraksionlar, uşaq tibb mərkəzləri, əczaçılıq preparatları, oyuncaqlar, ədəbiyyat, kompyuter oyunları, mebel və aksessuarlar, uşaq yaradıcılığı üçün mallar və s. nümayiş etdiriləcək.
Valideynlər üçün tibbi məhsullar və diaqnostik cihazlar, ana və uşaqlar üçün kosmetika, şəxsi gigiyena vasitələri, hamilə qadınlar üçün paltar və qida, gələcək ana və uşaqlar üçün mağazalar, internet mağazalar və pərakəndə ticarət şəbəkələri, uşaq və ailə portreti üçün fotostudiyalar, ev xidmətçilərinin seçilməsi üçün agentliklər və s. bölmələr yaradılacaq.
Sərgi uşaqlar üçün mal və xidmətlərin aparıcı beynəlxalq istehsalçı və distribüterləri ilə görüşmək, həmçinin artıq mövcud işgüzar əməkdaşlığı genişləndirmək, yeni əlaqələr qurmaqdan ötrü əlverişli yer olacaq. Festival-sərgidə şirkətlərə istirahət zonası, oyun seansları və ya "Master-klas"lar vasitəsilə müxtəlif yaş kateqoriyalı uşaqlar üçün oyun zonaları təchiz etmək imkanı da veriləcək.