Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edək!
26.02.2010 10:59
![]() |
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri SSRİ-nin 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalı şəhərində dinc və silahsız əhaliyə genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 487 əlil oldu 1275 nəfər əsir düşdü və müxtəlif ağlabatmayan işgəncələrə məruz qaldı və ən iyrənc yollarla alçaldıldı. 150 nəfər barədə hələ də heç bir məlumat yoxdur. |
Qətlə yetirilmiş 613 nəfərdən 106 nəfəri qadın, 63 azyaşlı uşaq, 70 qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bu soyqırımda 56 nəfər xüsusi amansızlıqla və işgəncələrlə qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, dəriləri soyulmuş, körpələrin gözləri çıxarılmış, hamilə qadınların dölləri çıxarılmış qarın nahiyələri şişlə yırtılmışdır.
Azərbaycan və onun xalqı heç bir zaman Xocalı soyqırımının dəhşətli nəticələrini unutmayacaqdır. Allah Sizə rəhmət etsin!

