Novruz yazın müşdəgahıdır
17.03.2010 12:29
![]() |
Novruz yazın müşdəgahıdır. Bu bayram təbiətin oyanması deməkdir. Novruza qədər 4 çərşənbə qeyd edirlər. Çərşənbələr bunlardır Su, od, hava və torpaq. Bu çərşənbələri hər zona bir cürə qeyd edir. Bu günə qədər çərşənbələrin növbələnməsi dəqiq deyil. Alimlər bunu dəqiqləşdirirlər. Məsələn, bizim tanınmış alimimiz Ə.Cəfərzadə onları belə sıralayır: su, od, torpaq və hava.
|
İndiyədək çərşənbələrin sıralanması sual altındadır. Buna baxmayaraq hər evdə çərşənbə günü süfrə düzülür, ailə bir yerdə Novruzun gəlişini qeyd edir. Axırıncı çərşənbədə (axır və ya ilaxır) tonqal qalanır, hamı növbə ilə tonqalın üstündən tullanır və bu zaman tonqalda ağırlıqlarının, xəstəliklərinin yanması üçün sözləri deyirlər. Uşaqlar qapıya papaq atırlar. Bu papaqları cürbəcür Novruz şirniyyatlarıyla doldurmaq lazımdır. Bayram gecəsi qızlar qismətlərini görmək üçün fala baxırlar. Məsələn, yatmamışdan öncə duzlu kökə yeyirlər və su içmədən yatırlar. Yuxuda onlara su verən qismətləri olacaq. Fala baxmağın başqa növü də qulaq falıdır. Onlar qapı pusub və eşitdikləri ilk sözü yozurlar.
Novruz – bayram günü. Novruza əvvəlcədən səməni cücərdirlər. Bu günlərdə evdə təmizliklə məşğul olurlar. Xonça bəzəyirlər – məcməyini şirniyyatla, quru meyvələrlə, qozla, çərəzlərlə və rəngli yumurtalarla doldururlar. Plov bişirirlər. Bütün ailə süfrə ətrafında oturur. Bayramı qeyd edirlər. Bundan sonra böyükləri – valideynləri, nənə və babaları ziyarət etmək lazımdır. Həmçinin bu bayram günlərində yaxınların məzarlarını ziyarət edirlər. Beləliklə bayram 7 gün qeyd olunur. Bu günlərdə əzizləri və yaxınları ziyarət edib bayramlaşmaq olar.

