SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

Partnyorlar

Netty2009 Winner
 
Banner

Гендерные проблеммы

Модельное Законодательство О Насилии В Семье

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 23:26

Bu məqalə üçün tərçümə mövcud deyil.

Рекомендации ООН

Модельный закон был разработан, чтобы преодолеть несовершенство существующего уголовного и гражданского законодательства и/или усовершенствовать имеющиеся законы о насилии в семье. Он предназначен для законодательных органов и организаций, выступающих за принятие гендерно специфического и всеобъемлющего (comprehensive) законодательства в области насилия в семье.

Ətraflı: Модельное Законодательство О Насилии В Семье

   

Analığın mühafizəsi haqqında Konvensiya

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 23:17

Analığın mühafizəsi haqqında Konvensiya

(1952-ci ildə yenidən baxılmış)

(Qüvvəyə mindiyi tarix: 7 sentyabr 1955-ci il,

103 №-li Konvensiya)


Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası tərəfindən Cenevrədə çağırılmış və 1952-ci il iyunun 4-də özünün özünün otuz beşinci sessiyasına toplanmış Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı,

sessiyanın gündəliyinin yeddinci bəndi olan, analığın mühafizəsi haqqında bir sıra təklifləri qəbul etməyi qərara alaraq,

bu təkliflərə beynəlxalq konvensiya forması verməyi qət edərək,

analığın mühafizəsi haqqında (yenidən baxılmış) 1952-ci il Konvensiyası adlandırılacaq aşağıdakı Konvensiyanı min doqquz yüz əlli ikinci il iyun ayının iyirmi səkkizinci günündə qəbul edir:

Maddə 1

1. Bu Konvensiya həm sənaye müəssisələrində çalışan qadınlara, həm də evdə işləyən qadınlar da daxil edilməkə, qeyri-sənaye və kənd təsərrüfatı işlərində çalışan qadınlara tətbiq olunur.

2. Bu Konvensiyanın məqsədləri üçün «sənaye müəssisələri» termininə dövlət və xüsusi müəssisələr, eləcə də onların şöbələri aid edilir və xüsusilə:

a) şaxtalar, karxanalar və çıxarma sənayesinin digər müəssisələri;

b) istehsal əşyalarının hazırlanması, düzəldilməsi, təmizlənməsi, təmir edilməsi, bəzədilməsi, naxışlanması, satışa hazırlanması, sındırılması və ya məhv edilməsi üzrə müəssisələri və ya gəmiqayırma müəssisələri və elektrik enerjisinin və ümumiyyətlə hərəkətverici qüvvələrin istehsalı, transformasiyası və ötürülməsi üzrə müəssisələr də daxil edilməklə, materialların emalı üzrə müəssisələri;

c) inşaat, bərpa, təmir, yenidən tikmə və dağıtma ilə məşğul olan tikinti müəssisələri;

d) yüklərin doklarda, körpülərdə, platformalarda, anbarlarda və ya aeroportlarda işlənməsi də daxil edilməklə, sərnişlərin və ya malların yollarla, dəmir yolları ilə, dəniz və ya çay yolları, yaxud hava ilə daşınması üzrə nəqliyyat müəssisələri daxil edilir.

3. Bu konvensiyanın məqsədləri üçün «qeyri-sənaye işləri» termininə aşağıdakı dövlət və ya xüsusi müəssisələrdə, yaxud xidmətlərdə və ya onların fəaliyyətləri ilə əlaqədar yerinə yetirilən bütün işlər;

a) ticarət müəssisələri;

b) poçt və elektrik rabitə xidməti;

c) heyəti əsasən dəftərxana işi ilə məşğul olan idarə və inzibati orqanlar;

d) qəzet müəssisələri;

e) mehmanxanalar, pansionlar, restoranlar, klublar, kafelər və başqa ictimai iaşə müəssisələri;

f) xəstələrə, alillərə, yoxsullara və yetimlərə müalicə və qulluq üzrə müəssisələrə;

g) teatrlar və mədəni kütləvi idarələr;

h) xüsusi təsərrüfatlarda yerinə yetirilən muzdlu ev əməyi; eləcə də səlahiyyətli hökumət orqanının bu Konvensiyanın müddəalarını tətbiq etmək qərarına gəldiyi bütün qeyri-sənaye işləri aid edilir.

4. Bu Konvensiyanın məqsədləri üçün «kənd təsərrüfatı işləri» termininə, tarlalar və sənayeləşdirilmiş iri kənd təsərrüfatı müəssisələri də daxil edilməklə, kənd təsərrüfatı müəssisələrində yerinə yetirilən bütün işlər aid edilir.

5. Bu Konvensiyanın müəyyən müəssisəyə, müəssisənin şöbəsinə və ya iş növünə tətbiqinin mümkünlüyünə şübhə olduğu bütün hallarda, bu məsələ səlahiyyətli hökumət orqanı tərəfindən, harada sahibkarların və əməkçilərin nümayəndəli müvafiq təşkilatları varsa, onlarla məsləhətləşdikdən sonra həll edilir.

6. Milli qanunvericilik bu Konvensiyanın tətbiqi dairəsindən, həmin ölkənin qanunvericiliyinin müəyyən etdiyinə görə, sahibkarın yalnız ailə üzvlərinin məşğul olduqları müssisələri çıxara bilər.

Maddə 2

Bu Konvensiyanın məqsədləri üçün «qadın» termini, yaşından, milliyyətindən, irqindən və ya dinindən asılı olmayaraq, nikahda olan və ya olmayan, qadın cinsindən olan hər hansı şəxsi, «uşaq» termini isə, uşağın valideynlərinin nikahda olub-olmamasından asılı olmayaraq, hər hansı uşağı ifadə edir.

Maddə 3

1. Bu Konvensiyanın tətbiq edildiyi qadın, onun güman edilən doğum vaxtını təsdiq edən tibbi şəhadətnamə təqdim etdikdə, hamiləliyə və doğuma görə məzuniyyət hüququna malikdir.

2. Hamiləlik və doğuma görə məzuniyyət müddəti ən azı 12 həftə təşkil edir və doğumdan sonrakı məcburi məzuniyyət müddətini də əhatə edir.

3. Doğumdan sonrakı məcburi məzuniyyətin müddəti hər bir ölkənin qanunvericiliyi ilə müəyyən olunur və heç bir halda 6 həftədən az ola bilməz; ölkənin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydadan asılı olaraq hamiləlik və doğma görə bütün məzuniyyətin qalan hissəsi güman olunan doğum tarixindən əvvəl və ya doğumdan sonrakı məcburi məzuniyyət başa çatdıqdan sonra istifadə edilə bilər, yaxud onun bir hissəsi güman olunan doğum tarixinə qədər, qalan hissəsi doğumdan sonrakı məcburi məzuniyyət başa çatdıqdan sonra götürülə bilər.

4. Əgər doğum güman edilən tarixdən sonra baş verərsə, bu tarixədək götürülmüş məzuniyyət hər halda faktik doğum tarixinədək uzadılır, həm də doğumdan sonrakı məcburi məzuniyyət müddəti bunun nəticəsində qısaldılır.

5. Tibbi şəhadətnamə ilə müəyyən edildiyi kimi, hamiləlik səbəbindən xəstəlik halında milli qanunvericilik doğumadək məzuniyyətlə, maksimum müddəti səlahiyyətli hökumət orqanı tərəfindən müəyyən olunan əlavə müddəti nəzərdə tutur.

6. Tibbi şəhadətnamə ilə müəyyən olunduğu kimi, doğumla əlaqədar xəstələnmə halında qadın, maksimum müddəti səlahiyyətli hökumət orqanı tərəfindən müəyyən olunan, doğumdan sonrakı məzuniyyətin uzadılması hüququna malikdir.

Maddə 4

1. 3-cü maddənin müddəaları ilə müəyyən edilmiş qaydada həmiləliyə və doğuma görə məzuniyyətdə olan qadın pul müavinəti və tibbi köməklik almaq hüququna malikdir.

2. Pul müavinətinin həcmi ölkənin qanunvericiliyi ilə elə müəyyən edilir ki, qadının özü və onun uşağı üçün gigiyena nöqteyi-nəzərincə yaxşı həyat şəraiti və lazımi həyat səviyyəsi təmin edilsin.

3. Tibbi köməklik ixtisaslı mama və ya həkimlər tərəfindən doğumdan əvvəl, doğum vaxtı və doğumdan sonra göstərilən xidməti və nəzarəti, eləcə də zəruri hallarda, qospitalda yerləşdirilməsini nəzərdə tutur; həm də mümkün qədər həm həkimin seçilməsində, həm də dövlət və xüsusi tibb müəssisəsinin seçilməsində tam sərbəstlik verilir.

4. Pul müavinətləri və tibbi köməklik ya məcburi sosial sığorta sisteminin vəasaiti hesabına, ya da dövlət fondları hesabına verilir; hər iki halda onlar, bir qayda olaraq, nəzərdə tutulmuş şərtlərə cavab verən bütün qadınlara verilir.

5. Göstərilən pul müavinətlərinə və tibbi köməkliyə iddia hüququ olmayan qadınlara ictimai yardım qaydasında köməklik göstərilməsi üçün, onların gəlirlərinin tələb olunan yoxlanması şərtilə, ictimai maddi yardım fondlarının vəsaiti hesabına müvafiq köməklik göstərilir.

6. Məcburi sosial sığorta vəsaiti hesabına verilən pul müavinətinin məbləği əvvəlki əmək haqqı əsasında hesablandıqda, o, qadının bu məqsəd üçün nəzərdə tutulan əvvəlki əmək haqqının üçdə iki hissəsindən az olmayan məbləği təşkil edir.

7. Hamiləliyə və doğuma görə müavinət verilməsini nəzərdə tutan məcburi sığorta sisteminə alınan hər cür haqq və ödənilən əmək haqqının ümumi məbləğinə əsaslanan və bu cür müavinətlərin verilməsi məqsədi ilə yığılan hər cür vergilər, cins fərqi qoyulmadan və onların sahibkarlar və əməkçilər və ya yalnız sahibkarlar tərəfindən verilməsindən asılı olmayaraq, həmin müəssisədə məşğul olan kişilərin və qadınların ümumi sayı əsasında ödənilir.

8. Heç bir halda sahibkar onda işləyən qadınlara verilən bu cür müavinətlərin ödənilməsi üzrə xərclərə şəxsi məsuliyyət daşımır.

Maddə 5

1. Əgər ana uşağı əmizdirirsə, o bu məqsəd üçün ölkənin qanunvericiliyi ilə müəyyən olunan müddətə, gündə işi bir və ya bir neçə dəfə dayandıra bilər.

2. Uşağı yedirtmək üçün işdə fasilə iş saatı hesab olunur və bu qanunvericiliklə və ya ona müvafiq olaraq tənzimləndiyi hallarda ödənilir; bu məsələ kollektiv müqavilə ilə tənzimləndiyi hallarda, vəziyyət müvafiq müqavilə ilə müəyyən edilir.

Maddə 6

3-cü maddənin müddəalarına uyğun olaraq qadın hamiləliyə və doğuma görə məzuniyyətdə olduqda, onun işdən azad edilməsi barədə sahibkarın verdiyi əmr, onun olmadığı və ya icra müddəti işdə olmadığı vaxta təsadüf edərsə, qeyri-qanunidir.

Maddə 7

1. Beynəlxalq Əmək Təşkilatının bu Konvensiyanı ratifikasiya edən hər bir Üzvü, ratifikasiya barədə sənədlərə əlavə olunan bəyanatın köməkliyi ilə bu Konvensiyanın tətbiqindən:

a) qeyri-sənaye işlərinin bəzi kateqoriyalarının;

b) kənd təsərrüfatı müəssisələrində yerinə yetirilən (tarlalardan başqa) işlərin;

c) xüsusi təsərrüfatlarda yerinə yetirilən muzdlu ev əməyinin;

d) evdə işləyən qadınların;

e) dənizdə sərnişinlərin və ya yüklərin daşınması üzrə nəqliyyat müəssisələrinin çıxarılmasını nəzərdə tuta bilər.

2. Bu maddənin 1-ci bəndinin müddəalarının istifadə edildiyi iş və ya müəssisə kateqoriyaları təsdiq edilmə sənədləri ilə birlikdə yola salınmış bəyanatda göstərilir.

3. Təşkilatın bu cür bəyanat qəbul edən hər bir Üzvü onu istənilən vaxt yeni bəyanatla tam və ya qismən ləğv edə bilər.

4. Təşkilatın, bu maddənin 1-ci bəndinə müvafiq olaraq verdiyi bəyanatın qüvvəyə minməsinin aid edildiyi hər bir Üzvü bu Konvensiyanın tətbiqi haqqında özünün illik məruzəsində özünün qanunvericiliyinin və bu maddənin 1-ci bəndinin qəbul edilmiş bəyanata görə aid olduğu işlər və müəssisələr barədə əməli vəziyyəti və Konvensiyanın həmin işlərdə və müəssisələrdə hansı dərəcədə həyata keçirilməsi və ya həyata keçirilməməsinin nəzərdə tutulması haqqında məlumat verir.

5. Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası bu Konvensiyanın qüvvəyə mindiyi ilk andan beşillik müddət başa çatdıqdan sonra Konfransa bu istisnaların tətbiqi haqqında, onun fikrincə, bu barədə görülməli tədbirləri əhatə edən təkliflərdən ibarət xüsusi məruzə təqdim edir.

Maddə 8

Bu Konvensiyanın ratifikasiyası haqqında rəsmi sənədlər qeydə alınmaq üçün Beynəlxalq Əmək Bürosunun Baş Direktoruna göndərilir.

Maddə 9

1. Bu Konvensiya, Təşkilatın yalnız ratifikasiya haqqında sənədləri Baş Direktor tərəfindən qeydə alınmış Üzvlərini əlaqələndirir.

2. O, Təşkilatın iki Üzvünün ratifikasiya haqqında sənədləri Baş Direktor tərəfindən qeydə alındıqdan on iki ay sonra qüvvəyə minir.

3. Sonralar, bu Konvensiya Təşkilatın hər bir Üzvü üçün onun ratifikasiya haqqında sənədləri qeydə alındığı tarixdən on iki ay sonra qüvvəyə minir.

Maddə 10

1. Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 35-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq Beynəlxalq Əmək Bürosunun Baş Direktoruna göndərilən bəyanatda:

a) Təşkilatın həmin Üzvünün Konvensiyanın müddəalarını dəyişiklik etmədən tətbiq etməyi öhdəyə götürdüyü ərazilərə;

b) onun Konvensiyanın müddəalarına dəyişikliklər etməklə tətbiq etməyi öhdəyə götürdüyü ərazilərə və bu dəyişikliklərin təfsilatına;

c) Konvensiyanın tətbiq edilməyəcəyi ərazilərə və bu halda onun tətbiq edilməməsinin səbəblərinə;

d) onun, müddəaların gələcəkdə baxılmasınadək öz qərarını ehtiyatda saxladığı ərazilərə aid göstərişlər olmalıdır.

2. Bu maddənin 1-ci bəndinin (a) və (b) yarımbəndlərində göstərilən öhdəliklər ratifikasiyanın ayrılmaz hissəsi hesab edilir və onunla eyni nəticələrə səbəb olur.

3. Təşkilatın hər hansı bir Üzvü yeni bəyanat vasitəsilə bu maddənin 1-ci bəndinin (b), (c) və (d) yarımbəndlərinə görə özünün əvvəlki bəyanatındakı qeyd-şərtlərin hamısından və ya bir hissəsindən imtina edə bilər.

4. Təşkilatın hər hansı bir Üzvü 12-ci maddənin müddəalarına uyğun olaraq, bu Konvensiyanın ləğv edilə biləcəyi dövr ərzində, Baş Direktor əvvəlki hər hansı bəyanatın hər hansı şərtini dəyişdirən və müəyyən ərazilərdəki mövcud vəziyyət haqqında məlumat verən yeni bəyanat göndərə bilər.

Maddə 11

1. Beynəlxalq Əmək Təşkilatı Nizamnaməsinin 35-ci maddəsinin 4-cü və 5-ci bəndlərində müvafiq olaraq, Beynəlxalq Əmək Bürosunun Baş Direktoruna göndərilən bəyanatda Konvensiyanın müddəalarının həmin ərazidə dəyişiklik etmədən və ya dəyişiklik etməklə tətbiq ediləcəyi göstərilir; əgər bəyanatda Konvensiyanın müddəalarının dəyişiklik edilməklə tətbiq ediləcəyi göstərilirsə, bu dəyişikliklərin nədən ibarət olması orada dəqiqləşdirilir.

2. Təşkilatın müvafiq Üzvü və ya Üzvləri, yaxud beynəlxalq hakimiyyət orqanı yeni bəyanat vasitəsilə, əvvəlki hər hansı bəyanatında qeyd-şərt kimi göstərilmiş dəyişikliklərdən istifadə hüququndan tam, yaxud qismən imtina edə bilər.

3. Təşkilatın müvafiq Üzvü və ya Üzvləri, yaxud beynəlxalq hakimiyyət orqanı 12-ci maddənin müddəalarına müvafiq olaraq Konvensiyanın ləğv edilə biləcəyi dövrlərdə, Baş Direktora əvvəlki hər hansı bəyanatın hər hansı şərtini dəyişdirən və bu Konvensiyanın tətbiqinə aid mövcud vəziyyət haqqında məlumat verən yeni bəyanat göndərə bilər.

Maddə 12

1. Təşkilatın bu Konvensiyanı ratifikasiya etmiş hər hansı bir Üzvü, onun qüvvəyə mindiyi ilk andan onillik müddət keçdikdən sonra onu Beynəlxalq Əmək Bürosunun Baş Direktoruna göndərilmiş və onun tərəfindən qeydə alınmış ləğvetmə aktı vasitəsilə ləğv edə bilər. Ləğv etmə, ləğvetmə aktı qeydə alındıqdan bir il sonra qüvvəyə minir.

2. Təşkilatın bu Konvensiyanı ratifikasiya etmiş hər hansı bir Üzvü, əvvəlki bənddə qeyd edilmiş onillik müddət keçdikdən sonrakı bir il ərzində, bu maddədə nəzərdə tutulmuş ləğvetmə hüququndan istifadə etmədikdə növbəti onillik müddətə onunla bağlı olur və sonralar bu Konvensiyanı hər onillik müddət keçdikdən sonra, bu maddədə təsbit olunmuş qaydada ləğv edə bilər.

Maddə 13

1. Beynəlxalq Əmək Bürosunun Baş Direktoru Beynəlxalq Əmək Təşkilatının bütün Üzvlərini, Təşkilatın Üzvlərindən aldığı ratifikasiya haqqında bütün sənədlərin, bəyanatların və ləğvetmə aktlarının qeydə alınması barədə xəbərdar edir.

2. Baş Direktor, ratifikasiya haqqında aldığı ikinci sənədin qeydə alınmasının Təşkilatın Üzvlərinə xəbər verərək, onların diqqətini bu Konvensiyanın qüvvəyə mindiyi tarixə cəlb edir.

Maddə 14

Beynəlxalq Əmək Bürosunun Baş Direktoru, onun tərəfindən əvvəlki maddələrin müddəalarına müvafiq olaraq qeydə alınmış ratifikasiya haqqında bütün sənədlərə, bəyanatlara və ləğvetmə aktlarına aid müfəssəl məlumatları Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq, qeydə alınmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə göndərir.

Maddə 15

Beynəlxalq Əmək Bürosunun İnzibati Şurası zəruri hesab etdiyi hər dəfə, o Baş Konfransa bu Konvensiyanın tətbiqi haqqında məruzə təqdim edir və bu Konvensiyaya tam və ya qismən yenidən baxılması barədə məsələnin Konfransın gündəliyinə daxil edilməsinin lazım olub-olmamasını həll edir.

Maddə 16

1. Əgər Konfrans bu Konvensiyanı tam, yaxud qismən dəyişdirən yeni Konvensiya qəbul edərsə və yeni konvensiyada əkslik nəzərdə tutulmayıbsa, onda:

a) yeni, dəyişdirilmiş konvensiyanın Təşkilatın hər hansı bir Üzvü tərəfindən ratifikasiya edilməsi, 12-ci maddənin müddəalarından asılı olmayaraq, yeni, dəyişdirilmiş konvensiyanın qüvvəyə minməsi şərtilə, bu Konvensiyanın təxirə salınmadan avtomatik ləğv edilməsinə səbəb olur;

b) yeni, dəyişdirilmiş konvensiyanın qüvvəyə mindiyi tarixdən başlayaraq bu Konvensiya Təşkilatın Üzvlərinin onu ratifikasiya etməsi üçün bağlıdır.

2. Bu Konvensiya, Təşkilatın onu ratifikasiya etmiş, lakin yerini, dəyişdirilmiş konvensiyanı ratifikasiya etməmiş Üzvləri üçün hər halda forma və məzmununa görə qüvvədə qalır.

Maddə 17

Bu Konvensiyanın ingilis və fransız mətnləri eyni qüvvəyə malikdir.

Ətraflı: Analığın mühafizəsi haqqında Konvensiya

   

Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında Konvensiya

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 23:11

Открыта для подписания и ратификации резолюцией 1763 А (XVII) Генеральной Ассамблеи от 7 ноября 1962 года.

Вступление в силу: 9 декабря 1964 года в соответствии со статьей 6.

Договаривавшиеся Государства,

желая в соответствии с Уставом Организации Объединенных Наций поощрять всеобщее уважение и соблюдение прав человека и основных свобод для всех, без различия расы, пола, языка и религии,

имея в виду, что в статье 16 Всеобщей декларации прав человека предусматривается следующее:

Ətraflı: Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında Konvensiya

   

Qadınların siyasi hüquqları haqqında Konvensiya

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 23:06

Qadınların siyasi hüquqları haqqlnda Konvensiya

Baş Məclisin 20 dekabr 1952-ci il tarixli 640 (VII) saylı Qətnaməsi ilə qəbul edilib

 

Sazişə gələn tərəflər kişilərin və qadınların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən hüquqbərabərliyi prinsipini həyata keçirmək istəyərək,


hər bir insanın öz ölkəsinin idarə olunmasında biləvasitə və ya azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ və öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər hüququ malik olduğunu etiraf edərək,

həmçinin siyasi hüquqlara malik olmaq və onlardan istifadə etməkdə kişilərin və qadınların vəziyyətini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və insan hüquqları haqqında ümumi bəyannamənin qərarlarına müvafiq olaraq eyniləsdirmək istəyərək,

bu məqsədlə konvensiya bağlamağı qərara alaraq, bununla aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Qadınlar bütün seçkilərdə heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə səs vermək hüququna malikdirlər.

 

Maddə 2

 

Qadınlar heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə milli qanunla müəyyən olunmuş açıq seçkilər keçirilməsini tələb edən bütün idarələrə seçilə bilərlər.

 

Maddə 3

 

Qadınların heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə ictimai dövlət qulluğunda vəzifə tutmaq və milli qanunla müəyyən edilən bütün ictimai-dövlət funksiyalarını yerinə yetirmək hüququ var.

 

Maddə 4

 

1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının istənilən üzvləri, həmçinin Baş Məclisdən dəvət almış istənilən dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlamaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.

 

Maddə 5

 

1. Bu Konvensiya IV maddənin 1-ci bəndində göstərilən bütün dövlətlərin qoşulması üçün açıqdır.

2. Qoşulma bu haqqında bəyannamənin saxlanmaq üçün Birləşmiş MillətlərTəşkilatının Baş katibinə təhvil verilməsi ilə yerinə yetirilir.

 

Maddə 6

 

1. Bu Konvensiya altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında bəyannamə saxlanmaq üçün təhvil verilən gündən sayılmaqla doxsanıncı gün qüvvəyə minir.

2. Bu Konvensiyanı altıncı təsdiqetmə fərmanı və ya qoşulma haqqında bəyannamə saxlamağa təhvil verildikdən sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün konvensiya həmin dövlətin təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında bəyannaməsi saxlanılmağa təhvil veriləndən sonra doxsanıncı gün qüvvəyə minir.

Maddə 7

 

Hər hansı bir dövlət imzalama, təsdiqetmə və ya qoşulma zamanı bu Konvensiyanın hər hansı maddəsinə qeyd-şərt irəli sürərsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin qeyd-şərtin mətnini bu Konvensiyanın iştirakçısı olan, yaxud iştirakçısı ola bilən bütün dövlətlərə xəbər verir.

Bu qeyd-şərtə etiraz edən istənilən dövlət göstərilən xəbərin tarixindən (yaxud onun konvensiyanın iştirakçısı olduğu gündən) hesablamaqla doxsan günlük müddət ərzində bu qeyd-şərti qəbul etmədiyini bildirə bilər. Bu halda konvensiya həmin dövlətlə qeyd-şərt qoymuş dövlət arasında qüvvəyə minmir.

 

Maddə 8

 

1. İstənilən dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildirişlə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katibin həmin bildirişi aldığı gündən bir il sonra qüvvəyə minir.

2. Denonsasiya qüvvəyə minəndən sonra Konvensiyada iştirak edən ölkələrin sayı altıdan az olduğu gündən bu Konvensiya qüvvədən düşür.

 

Maddə 9

 

Bu Konvensiyanın yozulmasına və ya tətbiqinə dair hər hansı iki, yaxud bir neçə sazişə gələn dövlət arasında meydana çıxan və danışıqlar qaydasında həll edilməyən hər hansı mübahisə onlar bu mübahisənin digər qaydada tənzimlənməsi barədə razılığa gəlməzlərsə, həmin mübahisənın istənilən tərəfinin tələbi ilə həll edilmək üçün Beynəlxalq Məhkəməyə verilir.

 

Maddə10

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və Təşkilatın bu Konvensiyanın IV maddəsinin 1-ci bəndində xatırlanan üzv olmayan dövlətlərə aşağıdakılar barədə xəbər verir:

 

a) IV maddəyə müvafiq olaraq imzalamalar və alınmış təsdiqetmə fərmanları;

b) V maddəyə müvafiq olaraq qoşulma haqqında bəyannamələr;

c) VI maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi tarix;

d) VII maddəyə müvafiq olaraq alınmış məlumatlar və bildirişlər;

e) VIII maddənin 1-ci bəndinə müvafiq olaraq alınmış denonsasiyalar;

f) VIII maddənin 2-ci bəndinə müvafiq olaraq Konvensiyanın qüvvədən düşməsi.

 

Maddə 11.

 

1. İngilis, ispan, çin rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiyaya Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılır.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi təsdiq olunmuş surətləri Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və təşkilatın IV maddənin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə göndərir.

Ətraflı: Qadınların siyasi hüquqları haqqında Konvensiya

   

Ərdə olan qadının vətəndaşlığı haqqında

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 22:57

Ərdə olan qadının vətəndaşlığı haqqında

Konvensiya

Razılığa gələn Dövlətlər,

vətəndaşlığa dair hüquq və praktikadakı kolliziyaların qadınların nikaha daxil olmasına, nikahın pozulmasına və ya nikah müddətində ərinin vətəndaşlığını dəyişməsinə görə vətəndaşlığını itirməsi, yaxud vətəndaşlıq əldə etməsi haqqında müddəalardan irəli gəldiyini nəzərdə tutaraq,

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin 15-ci maddəsində «hər bir kəsin vətəndaşlıq hüququ olduğunun» və «kiminsə zorakılıqla vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilməsinin yolverilməzliyi»nin göstərildiyini nəzərdə tutaraq,


cinsindən asılı olmayaraq hər kəs üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət edilməsinə və riayət olunmasına yardım göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etmək istəyərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Razılığa gələn hər bir dövlət razılaşır ki, nə onun vətəndaşlarından hər hansı birinin əcnəbi ilə nikaha daxil olması, nə belə nikahının pozulması, nə də nikah müddətində ərin vətəndaşlığını dəyişməsi arvadın vətəndaşlığına avtomatik təsir göstərməməlidir.

Maddə 2

Razılığa gələn hər bir dövlət razılaşır ki, nə onun hər hansı bir vətəndaşının könüllü surətdə hansısa dövlətin vətəndaşlığını qəbul etməsi, nə də vətəndaşlarından hansısa birinin öz vətəndaşlığından imtina etməsi bu vətəndaşın arvadının öz vətəndaşlığını saxlamasına mane olmamalıdır.

Maddə 3

1. Razılığa gələn hər bir dövlət razılaşır ki, onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbi, öz xahişi ilə, xüsusi sadələşdirilmiş naturalizasiya qaydasında ərinin vətəndaşlığını qəbul edə bilər. Belə vətəndaşlığın verilməsinə dövlət təhlükəsizliyi və ictimai asayiş naminə qoyulmuş məhdudiyyət tətbiq edilə bilər.

2. Razılığa gələn hər bir dövlət razılaşır ki, bu Konvensiya onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbinin hüquqi əsasda, öz xahişi ilə ərinin vətəndaşlığını qəbul etməsinə icazə verən hər hansı qanunvericiliyə və ya məhkəmə praktikasına toxunan şəkildə yozulmamalıdır.

Maddə 4

1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının üzvü olan istənilən dövlətin, həmçinin Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından hər hansı birinin üzvü olan və ya gələcəkdə üzvü olacaq, yaxud Beynəlxalq Məhkəmə Statutunun iştirakçısı olan və ya gələcəkdə iştirakçısı olacaq, yaxud Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin dəvət göndərəcəyi hər hansı başqa dövlətin adından imzalanmaq və təsdiq edilmək üçün açıqdır.

2. Bu Konvensiya təsdiq edilməlidir və təsdiqnamələr saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilir.

Maddə 5

1. Bu Konvensiya 4-cü maddənin 1-ci bəndində qeyd edilən bütün dövlətlərin ona qoşulması üçün açıqdır.

2. Qoşulma bu haqda sənədin saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilməsi yolu ilə yerinə yetirilir.

Maddə 6

1. Bu Konvensiya altıncı təsdiqnamə və qoşulma haqqında sənəd saxlanmağa təhvil verilən gündən sonra doxsanıncı gün qüvvəyə minir.

2. Bu Konvensiyanı altıncı təsdiqnamə və qoşulma haqqında sənəd saxlanmağa təhvil veriləndən sonra təsdiq etmiş, yaxud ona qoşulmuş hər bir dövlət üçün Konvensiya həmin dövlət öz təsdiqnaməsini, yaxud qoşulma haqqında sənədini saxlanılmağa verdiyi gündən sonrakı doxsanıncı gün qüvvəyə minir.

Maddə 7

1. Bu Konvensiya Razılığa gələn dövlətlərdən hər hansı birinin beynəlxalq əla-qələrinə görə məsuliyyət daşıdığı özünü idarə etməyən, qəyyumluq və ya müstəmləkə altında olan bütün ərazilərə və digər qeyri-metropoliya ərazilərinə tətbiq edilir; Razılığa gələn müvafiq dövlət Konvensiyanı imzalayarkən, təsdiq edərkən və ya ona qoşularkən bu maddənin 2-ci bəndinin müddəalarına riayət olunmaq şərtilə, imzalama, təsdiqetmə və ya qoşulma nəticəsində bu Konvensiyanın metropoliyaya daxil olmayan hansı ərazilərə ipso facto tətbiq edildiyini bəyan edir.

2. Vətəndaşlığa aid məsələdə hər hansı bir qeyri-metropoliya ərazisi ilə metropoliya ərazisi arasında vəhdət olmadığı hallarda və ya Razılığa gələn dövlətin, yaxud müvafiq qeyri-metropoliya ərazisinin konstitusiya qanunlarına, yaxud Praktikasına əsasən bu Konvensiyanın həmin əraziyə tətbiq edilməsi üçün sonuncunun əvvəlcədən razılığını almaq tələb olunduğu hallarda Razılığa gələn həmin dövlət Konvensiyanı imzaladığı gündən sonra on iki ay ərzində bu qeyri-metropoliya ərazisinin lazımi razılığını almaq üçün tədbirlər görməlidir. Bu razılıq alındıqda isə Razılığa gələn dövlət bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərir. Baş katib həmin bildirişi aldığı gündən bu Konvensiya bildirişdə göstərilən ərazidə və ya ərazilərdə qüvvəyə minir.

3. Bu maddənin 2-ci bəndində göstərilən on iki aylıq müddət bitdikdən sonra Razılığa gələn müvafiq dövlət xarici əlaqələrinə görə məsuliyyət daşıdığı və bu Konvensiyanın tətbiqinə razılığı alınmayan qeyri-metropoliya əraziləri ilə məsləhətləşmələrinin nəticələri barədə Baş katibə məlumat verir.

Maddə 8

1. Hər bir dövlət imzalama, təsdiqetmə və ya qoşulma zamanı bu Konvensiyanın 1-ci və 2-ci maddələrindən başqa, bütün maddələrinə qeyd-şərt edə bilər.

2. Hər hansı bir dövlət bu maddənin 1-ci bəndinə müvafiq olaraq qeyd-şərt edərsə, bu qeyd-şərt onu etmiş dövlətlə Konvensiyanın digər iştirakçıları arasındakı münasibətlərdə həmin qeyd-şərtin aid olduğu müddəa, yaxud müddəalar istisna olmaqla, bu Konvensiyanın icbari xarakterinə toxunmur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmin qeyd-şərtin mətnini bu Konvensiyanın iştirakçıları olan və ya olacaq bütün dövlətlərə göndərir. Bu Konvensiyanın iştirakçısı olan və ya gələcəkdə iştirakçısı olacaq istənilən dövlət həmin qeyd-şərti irəli sürmüş dövlətə münasibətdə bu Konvensiyanın məcburiliyinə razılaşmadığını Baş katibə bildirə bilər. Belə bildiriş bu Konvensiyanın iştirakçısı olan dövlətlərə münasibətdə Baş katibin məlumat verdiyi tarixdən hesablanmaqla və sonralar bu Konvensiyanın iştirakçısı olmuş dövlətlərə münasibətdə onların təsdiqnamələrinin, yaxud qoşulma haqqında sənədlərinin depozitə qoyulduğu tarixdən hesablanmaqla doxsan gün ərzində edilməlidir. Belə bildiriş edildiyi halda Konvensiya bu bildirişi vermiş dövlətlə qeyd-şərt irəli sürmüş dövlət arasında qüvvədə olmayacaqdır.

3. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qeyd-şərt irəli sürmüş hər bir dövlət həmin qeyd-şərt qəbul edildikdən sonra istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına bildiriş göndərməklə, onu tamamilə və ya qismən geri götürə bilər. Belə bildiriş alındığı gündən qüvvəyə minir.

Maddə 9

1. Razılığa gələn istənilən dövlət bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı bildiriş göndərməklə denonsasiya edə bilər. Denonsasiya Baş katib bu bildirişi aldığı gündən bir il sonra qüvvəyə minir.

2. Denonsasiyanın qüvvəyə minməsi nəticəsində bu Konvensiyanın iştirakçılarının sayı altıdan az olduğu gün bu Konvensiya qüvvəsini itirir.

Maddə 10

Razılığa gələn iki, yaxud daha çox dövlət arasında bu Konvensiyanın təfsirinə və ya tətbiqinə dair danışıqlar yolu ilə həll edilməyən mübahisə, Tərəflər başqa həll üsulu barədə Razılığa gəlmədikdə, mübahisə edən Tərəflərdən hər hansı birinin tələbi ilə həll edilmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə verilir.

Maddə 11

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərə, həmçinin onun bu Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə aşağıdakılar barədə xəbər verir:

a) 4-cü maddəyə müvafiq olaraq imzalamalar və alınmış təsdiqnamələr;

b) 5-ci maddəyə müvafiq olaraq qoşulma haqqında alınmış sənədləri;

c) 6-cı maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi tarix;

d) 8-ci maddəyə müvafiq olaraq alınmış məlumatlar və bildirişlər;

e) 9-cu maddənin 1-ci bəndinə müvafiq olaraq denonsasiyalara dair alınmış bildirişlər;

f) 9-cu maddənin 2-ci bəndinə müvafiq olaraq Konvensiyanın qüvvədən düşməsi.

Maddə 12

1. Bu Konvensiyanın Çin, fransız, ingilis, ispan və rus dillərindəki eyni qüvvəyə malik olan mətnləri saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq edilmiş surətlərini Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərə, həmçinin 4-cü maddənin 1-ci bəndində xatırlanan üzvü olmayan dövlətlərə göndərir.

Ətraflı: Ərdə olan qadının vətəndaşlığı haqqında

   

Декларация об участии женщин в содействии международному миру и сотрудничеству

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 17:26

Резолюция 37/63 Генеральной Ассамблеи ООН*

3 декабря 1982 г.

Принята без голосования.

Генеральная Ассамблея,

учитывая, что в Уставе Организации Объединенных Наций выражается решимость народов Объединенных Наций вновь утвердить веру в равноправие мужчин и женщин и проявлять терпимость и жить вместе, в мире друг с другом, как добрые соседи,

Ətraflı: Декларация об участии женщин в содействии международному миру и сотрудничеству

   

Декларация о ликвидации дискриминации в отношении женщин

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 17:21

Bu məqalə üçün tərçümə mövcud deyil.

Резолюция 2263 (XXII) Генеральной Ассамблеи ООН

7 ноября 1967 г.

Принята единогласно.

Генеральная Ассамблея,

Учитывая, что народы Объединенных Наций вновь утвердили в Уставе свою веру в основные права человека, в достоинство и ценность человеческой личности и в равноправие мужчин и женщин,

Ətraflı: Декларация о ликвидации дискриминации в отношении женщин

   

Фрагменты из Конституции Азербайджанской Республики

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

17.02.2009 17:15

Bu məqalə üçün tərçümə mövcud deyil.

С учётом изменений, внесённых на Всенародном Референдуме от 24 августа 2002 года

Раздел первый.

Общие положения

Глава I. Власть народа

Статья 17. Семья и государство

I. Семья как основная ячейка общества находится под особой опекой государства.

II. Забота о детях и их воспитание являются долгом родителей. Государство осуществляет контроль за выполнением этого долга.

Ətraflı: Фрагменты из Конституции Азербайджанской Республики

   

Səhifə 1 dən 2

  • «
  •  «« 
  •  « 
  •  1 
  •  2 
  •  » 
  •  »» 
  • »