SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

Partnyorlar

Netty2009 Winner
 
Banner

Beynəlxalq ana südü həftəsi başlayır

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Həftə çərçivəsində dünyanın 20 ölkəsində ana südünün qiymətli olduğunu təbliğ edən bir sıra tədbirlər keçiriləcək
Ümunmdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin uşaq fondunun dəstəyi ilə avqustun 1-dən 7-ə kimi uşaqların ana südü ilə qidalanmasına həsr olunan həftə keçiriləcək. ANS PRESS-in BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, həftə çərçivəsində dünyanın 20 ölkəsində ana südünün qiymətli olduğunu təbliğ edən bir sıra tədbirlər keçiriləcək. 
Uşaqların ana südü ilə qidalanma həftəsi YUNİSEF və BMT-nin 1990-cı ilin avqust ayında qəbul olunmuş bəyannamə əsasında həyata keçirilir.

Qeyd edək ki, bütün səylərə baxmayaraq dünyanın inkişaf etməkdə olan ölkələrində ancaq 39 faiz uşaq həyatının ilk yarım ilini ana südü ilə qidalanır. ÜST valideynlərin uşaqların qatışıqlarla yedizdirməsini onların səhhətlərində müəyyən fəsadlara yol aça biləcək amillərdən biri hesab edir. Təşkilat uşaqları altı aylarına qədər ana südü ilə qidalandırmağı tövsiyyə edir. 
Ana südündə uşağın intensiv inkişafı və immunitetinin möhkəmlənməsi üçün qidalı maddələr, anticisimlər, hormonlar, antioksidantlar mövcuddur. Bundan başqa bu süd uşaqların kəskin repirativ infeksiyalarından müdafiə edir və immun sistemlərini möhkəmlədir. /ANS PRESS/