SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

Partnyorlar

Netty2009 Winner
 
Banner

Şəkərbura

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Əla növ buğda unu – 240 q, ərinmiş yağ – 60 q, üzlü süd – 80 q, yumurta – 1əd, maya – 8 q, təmizlənmiş badam və ya fındıq – 200 q, şəkər tozu – 200 q, hil – 0,4 q, duz.

 

Süd 30-350 C –yə qədər qızdırılır, ona maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatılıb bərk xəmir yoğrulur. Xəmir 1-1,5 saat saxlanılır və 30 qramlıq kündələrə bölünür. Kündələr 2 mm qalınlığında kiçik dairələrə yayılır. Bu dairələrin arasına iç qoyulub örtülür və kənarları vintvarı bükülür, üzərinə müxtəlif naxışlar vurulur. Şəkərburanı 160- 180 o C-də 25-30 dəq. bişirirlər.

Iç hazırlamaq üçün qabığı təmizlənmiş badam və ya qovrulmuş fındıq sürtgəcli maşından keçirilib narın üyüdülür, 1:1 nisbətində toz şəkərlə qarışdırılır, ətirli olması üçün döyülmüş hil qatılır.