Piti
07.09.2009 10:52
Xamalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Yay vaxtı zə`fəran 50 q pomidorla əvəz edilir.
Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof, iri doğranmış soğan, alça, duz və zə`fəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.
