Hamiləlik dövründə bel ağrıları
17.02.2009 23:54
Hamiləlik zamanı demək olar ki, qadınların yrası bel ağrısından əziyyət çəkirlər. Əksər hallarda bu ağrılar onurğa sümüyünə düşən yük və qarın əzələlərinin dartılması nəticəsində olur. Ağrılar hamiləliyin 5-ci ayından başlayıb doğuşa kimi davam edir. Çox ayaqüstə olmaq, fiziki iş, qeyri rahat pozada oturmaq bunlar hamısı bel ağrısının ayaqlara «vurması»na da gətirib çıxara bilər. Hamilələrdə hormonal dəyişikliyə və relaksin hormonu yarandığına görə omba-bud və omba üstü birləşmələrdə ağrılar olur.
Bel ağrıları ilə bol kalsiumu olan süd məhsulları, qoz, balıq, ət, göyərti qəbul etməklə mübarizə aparmaq olar. Əgər ağrılar müntəzəm halda bel və ombada olarsa karbonat və kalsium laktat qəbul etmək lazımdır. Hamilələr həmçinin belə ağırlıq salan fiziki işlərdən uzaq olmalıdırlar. Yerdən bir şey götürdükdə sallağı oturub ağırlığı isə belə yox, çiyin əzələlərinə salmaq lazımdır. Oturanda qəfil hərəkətlər etmək qətiyyən olmaz, bu onurğada fəqərə arası disklərə ziyan vurur, oturduqda stulun söykənəcəyinə söykənmək düzgün olardı. Yatmağa yarımbərk və elastik ortopedik döşək seçməli. Yastığın ölçüsü orta və yaxşı olardı ki onurğanın təbii büküşlərini nəzərə alan anatomik formada olsun. Rahat bərk və hündür olmayan dabanı olan ayaqqabı geymək lazımdır. Və əlbəttə ki, qarın, bel, omba və yan əzələlərini bərkidən, fiziki təlimlər: aerobika, akva-aerobika, üzgüçülük əvəz olunmazdır.
Fəqərəarası diskin yırtığı, bel radikuliti kimi neroloji xəstəliklər də bel ağrısına səbəb ola bilər. Bunların müalicəsi yorğan-döşək rejimi, yumşaq korset və ya bandaj, müalicəvi bədən tərbiyəsi və hərdən ağrıkəsici istifadəsi tələb edir. Ağrılar uzunmüddətli olduqda və yerişin dəyişilməsinə səbəb olarsa, bu simfizopatiya və irsən keçən xəstəlik əlamətləridir. Bu hala müalicə stasionar şəkildə və sürəkli həkim nəzarəti altında keçir.
Əgər ağrı yüksək temperatur və şişlər, baş ağrısı və arterial təzyiq, tez-tez sidik ifrazı, bu zaman sidik rəngini dəyişir və bulanıq olur, onda mütləq həkimə müraciət etmək lazımdır. Bu hamiləliyin axarına mənfi təsir göstərən, stasionar müalicə tələb edən, böyrək xəstəliklərinə xas olan əlamətlərdir. Dölün vəziyyəti, ananın sağlamlığı təhlükə altındadır. Əksər hallarda belə əlamət zamanı pielonefrit aşkara çıxarılır – infeksiya ilə yaranan böyrək toxuması iltihabı və sidik ifrazı sistemi.
Beldə qəfil, intensiv ağrılar sidik ifrazı pozğunluğu böyrək daşı haqqında xəbər verə bilər. Sidik yollarından keçərən daş spazm və ağrı yaradır. Məhz buna görə böyrəkdaşı olanlara spazmolitik və ağrıkəsici preparatlar təyin edirlər. Müalicəni həkim aparır. Gələcəkdə daşın tərkibini diaqnostika etmək lazımdır və nəticədən asılı olaraq pəhriz və müalicə yazılmalıdır.
Periodik baş verən uşaqlığın gərginliyi hiss olunan bel ağrılarında (uşaqlığın bərkiməsi kimi hiss olunur) Brekston-Xiks saxta tutmaları olur. Bu «təlim tutmalar» orqanizmi doğuşa hazırlayır. Ancaq 37 həftəlikdən az hamiləlikdə cinsiyyət yollarında ifrazın olması, qarının aşağı hissəsində ağrı və tutmaların arasında intervalın azalması hamiləliyin pozulmasını göstərir. Belə hallarda təcili tibbi yardıma müraciət etmək lazımdır.
Tərcümə: Həqiqət Əbülfəz qızı Həmzə-İsmayılova
