Hamiləlik zamanı Kandidoz
03.02.2009 00:09
Həkim-ginekoloqlar süd yarasını ciddi bir xəstəlik kimi qəbul edirlər – bu xəstəliyi tanınmış kandida göbələyi yaradır. Ancaq ifraz olma, yanma, qaşınma tək bu səbəbə görə olmur. Vaginal iltihab (kolpit) honoreya, trixomoniaz, bakterial vaginoz (qardnerellez), herpes, xlamidioz, mikoplazmoz, ureaplazmoz və digər infeksiyalardan da ola bilər. Ona görə yuxarıda sadalanan narahatlıq olanda özünü müalicə etmək olmaz.
Həkimə gedib xəstəliyin törədicisini tapmaq məsləhət görülür, çünki preparat törədiciyə görə seçilməlidir.
Hamilə vaxtı kandidoz bütün digər infeksiyalar kimi potensial təhlükə daşıyır. Bu infeksiya hamiləliyin problemsiz keçməyinə mane olur, dölün və yenidoğulmuşun yoluxma ehtimalı böyüdür. Bəzi qadınların analarının və rəfiqələrinin dediyinə görə hamiləlik zamanı «süd yarası» normal və adi hal deyil. Xəstəliyi müayinə və müalicə etmək lazımdır.
Diaqnostikası
İfraz olma olan halda ilk tədqiqatı artıq aparmaq lazımdır – bu bakterioskopiyadır. Mikroskop altında rənglənmiş yaxmanın florasına baxılır.
NORMAL VAGİNAL MİKROFLORA:
Dederlyayna çöpləri (süd bakteriyaları). Yaxmada çöplər epitel hüceyrələrlə (vaginanın divar qatı) birgə və çox olmayan leykositlərlə (mikroskop altında 20-ədək) olmalıdır.
Leykositlər – müdafiə hüceyrələridir, törədici infeksiyalar qarşı mübarizə aparır. İltihab vaxtı onların sayı artır və bu da infeksiya olduğu barədə deyir.
Yaxmada spor və ya göbələk aşkarlanarsa, xəstəyə kandidoz diaqnozu qoyulur – əsl «süd yarası». Belə Ki, bu göbələklər normada sağlam qadının vaginasında da ola bilər və hərdən yaxmasında tək-tük sporlara rast gəlinə bilər, bu zaman müalicəyə ehtiyac olmur.
Şikayətlər olan zaman müalicəyə ehtiyac olur: ağ rəngdə ifraz olma, daha tez-tez rast gələn kəsmik kimi ifraz, hissəli ifraz, turşumuş iylə, qaşınma, cinsi əlaqədən və su prosedurlarından sonra, gecə artan qaşınmalar. Bu şikayətlər periodik qeyri hamilə vaxtı pəhrizin pozulması, aclıq, soyuqdəymə, stress, xəstəlik və menstrual siklin müəyyən olma periodu, hormonal preparatların (mayalanmaya qarşı) qəbulu ilə törənir.
Hamilə vaxtı kandidoz daha kəskinləşir. Bu zamanı qadın hormonlarının çoxalması vaginal mikrofloranı dəyişir və göbələklərin artması üçün əlverişli şərait yaradır.
Bəzən simptomlar özü özünə yaxud özünü müalicə (müxtəlif şamlar) ilə keçir, lakin müəyyən vaxtdan sonra yenidən baş qaldırır.
Bu cür ifraz olmalar olduqda və yaxmada göbələk olmadıqda xəstə daha həssas müayinə metodları keçir – bakterioloji və PZR (polimer zəncirvari reaksiya).
Bakterioloji (kultural) üsul – qidalandırıcı mühitin əkməsi – Saburo mühiti. Göbələklərin bəzi hüceyrələri əlverişli şəraitə düşür yaxmanın içində lazımi miqdarda olmadıqda belə sonralar çoxalır və koloniya şəklinə gəlirlər. Beləliklə materialda belə yaşama qabiliyyətlərini təsdiqləyirlər.
Polimer zəncirvari reaksiya (PZR) – öyrənilən materialda dezoksiribonukleyin turşusu hüceyrələrinin tapılması ilə aparılır. Bu infeksiyaların ən həssas müayinə olunma metodudur, adi yaxmada və yaxşı qidalanmayan mühitdə pis artan, görünməyən törədiciləri də aşkara çıxardır. Kandidozun aşkarlanması üçün PZR üsulundan istifadə çox bahalı və çox əmək tələb edəndir. Həm də çox vaxt bu üsul saxta müsbət cavab (törədicinin olmadığı halda olduğunu göstərir, yəni müsbət cavab verir) nəticə verir. Məhz buna görə müalicənin əsas meyarı – spesifik şikayət və/və ya əkmənin bakterioskopik nəticəsidir.
Kandidoz cinsi yolla keçən klassik xəstəliklərə aid deyil, o immun sistemin zəifləməsi zamanı yaranır. Ona görə uzunmüddətli xəstəlik və müalicəsi mümkün olmayan zaman orqanizmdə immun defisiti yaradan patologiyanı araşdırmaq lazımdır. Hamiləlik zamanı hormonal dəyişiklik olanda da immun sistemin zəifləməsi nəticəsində göbələklərin əmələ gəlməsi realdır. Hamiləlik zamanı təhlükə törədənləri vaxtında diaqnostika etmək və ciddi dəyişiklikləri uzaqlaşdırmaq lazımdır.
DAVAMLI KANDİDOZLARIN SƏBƏBLƏRİ:
1. Cinsiyyət sisteminin və ya digər orqanizlər sisteminin xroniki infeksiyası olduqda. İmmun sistemi xroniki iltihabla mübarizədə zəifləyir, və çox zaman da bu kandidozla olur.
2. Xroniki xəstəliklər, məs., böyrək, qaraciyər, bununla da əlaqəli ola bilər.
3. Hormonal dəyişiklik olanda: qalxanabənzər vəzin funksiyasının aşağı düşməsi, şəkərli diabet, piylənmə.
4. Hormonal preparatların qəbulu: prednizolon, deksamtazon, metipred (imun çatışmazlığın müalicəsi üçün, hiperandrogeniya)
5. Genital herpes.
6. İmunçatışmazlıq və bağırsaq disbakteriozu yaradan antibiotiklər. Orqanizmdə kandidozun rezervuarı bağırsaqlardı, ordan göbələklər digər hissələrə düşür.
7. Düzgün qidalanmamaq, artıq şirin yemək də disbakterioz və göbələyin artmasına səbəb ola bilər.
8. Bağırsaqların xroniki xəstəlikləri – kolit, disbakterioz.
9. Eubiotiklərin düzgün istifadə olunmaması: vaginal floranın dəyişikliyinin müalicəsi zamanı, məs., bakterial vaginoz, tez-tez süd bakteriyaları tərkibli preparatlar təyin olunur (laktobakteriyalar, asilakt) Normada o bakteriyalar vaginanın türş mühitini saxlamaq üçün yaşamalıdırlar. Onlar lazımi miqdarda olduqda, orqanizmin başqa yerlərində məskunlaşması qeyri mümkündür. Ancaq göbələklər süd bakteriyalarla birgə vaginanın turş mühitində yaşayıb törəyə bilirlər. Ona görə eubiotiklərin təyini zamanı yaxmada, ən yaxşısı əkmədə göbələyin olmadığına əminlik olmalıdır.
Beləliklə kandida orqanizmin problemli markeridir, bundan əlavə göbələkəleyhinə müalicədən əvvəl o, mükəmməl müayinə keçməyi və imunçatışmazlığın ilk səbəblərinin aradan qaldırılmasını tələb edir.
MÜALİCƏ
Daxili vəziyyət kimi olan kandidoz cinsi yolla da keçə bilər. Ona görə müalicəni hər iki partnyor almalıdır və bu zaman prezervativ vasitəsilə qorunmalıdırlar.
Müalicə preparatları sistem və yerli hissələrə ayrılırlar. Sistem – daxilə qəbul olunan həblərdir. İlk öncə bağırsaqlarda fəaliyyət göstərir, sonra isə qan ilə sorulub bütün orqanizm və toxumalara keçir. Qeyri hamiləlik vaxtı bu üsul yerli (şamlar, məlhəmlər) üsuldan yaxşı və effektiv sayılır. Göbələklərin mənbəyi bağırsaqlardan başlayr deyə, müalicəni məhz burdan başlamaq lazımdır. Bundan əlavə, vaginanın divarlarında da göbələklər yaşayır, yerli preparatlar səthdi müalicə edir, törədici özü isə divarın içində qalır, bu vaxt süd yarası nisbətən azalır, lakin tam keçmir. Sistem müalicə isə qandan toxumalar keçərək bütün törədiciləri məhv edir. Hamiləlik zamanı sistem müalicə əks göstərişdir. Hamiləlik zamanı azeffektivliyi olan nistatin və pimafusin qəbul etmək olar. Pimafusin – göbələkəleyhinə hamiləlik və laktasiya vaxtı seçilir. O lazımi qədər effektli və böyük dozalarda belə zəhərsizdir. Digər sistem preparatlar (flükonazol (diflükan), levorin, nizoral və b.) hamiləlik zamanı əks göstərişdir.
Yerli müalicə – bü şamlar, vaginal həblər və məlhəmlərdir. Bu müalicə üsulu sistem müalicə ilə kombinə oluna bilər, hamiləlik zamanı isə məhz yerli müalicəyə daha çox üstünlük verilir. Preparatların öz üelə həminkilərdir – nistatinli şamlar və şam/məlhəm pimafusin. Geniş yayılmış kandidoza müalicə edən tərkib - klotrimazoldur, onu hamiləliyin ilk trimestrində və sonra istifadəsi arzu edilən deyil.
Göbələkəleyhinə tez-tez istifadə olunan antiseptik və iltihabəleyhinə üsullar da var, bunlar artıq «xalqın» olublar. Bunlara aiddir: qliserində tetraborat natriy məhlulul (boraks qliserində) və adi yaşıl brilliant məhlulu (zelyonka). Bu məhlullar vagina divarlarından törədiciləri məhv edir, onların inkişafını dayandırır, iltihaəleyhi təsir göstərir, şikayətləri aradan götürür. Bu məhlulların heç bir əks göstərişləri yoxdur, ona görə hamiləliyin ilk trimestrində bütün medikamentozlar əks göstəriş olduqda bu məhlullar köməyə yetir. Yatmazdan əvvəl həmin məhlulda isladılmış pambıq tamponla vaginanın divarlarını silirlər.
Hamiləlik zamanı tez-tez yazılan tərkibində yod olan «Betadin», dölün qalzanabənzər vəzinin formalaşmasına və inkişafına mane ola bilər deyə hamiləlik vaxtı əks göstərişdir.
Yenə də qeyd edək ki, göbələklər bağırsaqlarda və vaginada hamıda var, ancaq hamiləlik onlar üçün daha əlverişli şərait yaradır və kandida daha tez inkişaf edir. Kandidoz yenə də imunçatışmazlığın göstəricisidir, əgər onu tez zamanda müalicə etmək mümkün olunmursa, deməli orqanizmdə başqa xroniki patologiya var. Ona görə kandidanın müalicəsi zamanı imunitetin ümumi möhkəmlənməsi üçün və imunmoduləedici preparatlar təyin olunur. Bu zaman polivitaminlərin də qəbulu mütləqdir. Çünki hipovitaminoz imunçatışmazlığın tez-tez rast gəlinən səbəbidir. Hamiləlik zamanı rektal şam - viferonu imunomodulətorlar kimi istifadə etmək olar.
«Normal» bakteriya tərkibi olan probiotik – preparatlardan bifidobaktriyanı göstərmək olar. Kandidoz zamanı laktobaktriyalar sıxışdırılmır, onların əlavə qəbulu lazım gəlmir, bundan əlavə onların qəbulu zamanı göbələklər daha aktiv artır.
Hər qadına on müalicə edən həkimi individual yanaşır, onun allergik olması, böyrək və ciyərini, hamiləliyin xüsusiyyətlərini, patologiyalarını və s. nəzərə almaqla preparat təyin etməlidir. Özünümüalicə heç vaxt qənaətbəxş deyil, hamiləlik zamanı isə bu təhlükəli ola bilər.
Hamiləlik zamanı həyat yoldaşını bütün effektiv preparatlarla flükonazol, nizoral və s. preparatlarla da müalicə etmək mütləq lazımdır, hətta cinsi həyat olmadıqda belə.
NƏTİCƏ:
1. Süd yarası – bu ancaq ifraz olma və qaşınma deyil. Bu göbələklərin yaratdığı konkret xəstəlikdir – kandidoz kalpit.
2. İfraz olma və qaşınma (kolpit) tək süd yarasıya bağlı olmaya da bilər, digər infeksiyalar da bünü törədə bilər. Ona görə özünümualicə etmək olmaz, həkimə gedib əsas törədicini tapmaq lazımdır.
3. Kolpit həmçinin kandidozlu, zərərli göbələkdir, əsasən də hamiləlik vaxtı dölün sağlamlığı üçün böyük təhlükə yaradır. Belə şikayətlər olduqda buna ciddi yanaşmalı və tez bir zamanda həkimə getmək lazımdır.
4. Orqanizmdə kandidanın oluğunu müəyyən etdikdən sonra bütün orqanizmi müayinə etmək lazımdır. İmunçatışmazlığın səbəblərini aradan qaldırıb və imunitetin yaxşılaşması üçün tədbirlər görülməlidir (vitaminlər, imunomodulətorlar).
5. Müalicəni eyni zamanda hər iki partnyor almalıdır, çunki bu xəstəlik imunçatışmazlıq kimi yaransa da, cinsi yolla da keçir. Daha doğurusu: əgər sizdə kandidoz tapılıbsa, bu o demək deyil ki, sizə kimdənsə keçib və ya siz kimisə xəstələndirə bilərsiniz. Müalicə zamanı və nəticələri əldə edənə qədər prezervativlə qorunmaq lazımdır.
6. 7-10 gündən sonra təkrar yaxma və ya bakterioloji (kultural) müayinədən sonra müalicənin effektiv olub olmadığını bilmək olar.
Tərcümə: Həqiqət Əbülfəz qızı Həmzə-İsmayılova
