SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Lobya fisincanı
    Qırmızı lobya – 100 q, baş soğan – 30 q, ərinmiş yağ – 20 q, qoz ləpəsi – 30 q, sirkə - 20 q və ya nar şirəsi – 15 q, keşniş göyərtisi – 20 q, istiot, duz.  
  • Döşlə əmizdirmə və əlavə qidalandırma
    Yaşı 6 aydan çox olan və tək döş südü yox, başqa bir qidaya ehtiyacı olan uşaqlarla nə etməli? Təxminən 6 aydan sonra özünüz yediyiniz yeməklərdən uşağa verməyə başlayın. Döşlə əmizdirməni əvəz etmək lazım...
  • Сулу Хингал
    Bu məqalə üçün tərçümə mövcud deyil.Баранина – 163 г, мука пшеничная 1-го сорта – 40 г, яйцо- 1/6 шт., горох нут – 25 г, топленое масло-25 г, репчатый лук – 25...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Doğuşa hazırlıq. 1-ci hissə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Doquş-vaxt etibarilə çox uzun müddət davam etməyən, amma qadının həyatında vacib və murəkkəb bir mərhələdir. Elə buna görə də doğuşa hazırlığa sərf olunan vaxt heç vaxt çox sayıla bilməz. Qadın doğuşa nə qədər yaxşı hazırlıqdı olarsa onun doğuşu bir o qədər yüngül, çox az bir çətinliklə keçər və ananın uşağa qovuşması bir o qədər sevincli olar.Doğuşa hazırlıq hamiləliyə hazırlıq kimi fiziki və psixoloji cəhətdən çox vacibdir.



Təəssüflər olsun ki, indiyə kimi doğum evlərinin və qadın məsləhətxanalarının həkimləri doguşu yalnız həkimin vəzifəsi hesab edirdilər və qadına yalnız həkimin apardığı manipulyasiyalara qarışmaması qalırdı. Bununla belə, kim isə doğum prosesini ağlaqəlməyən proses hesab edir və ona hazırlığı mümkünsüz sayır. Digərləri isə doğuş vaxtı qadın orqanizminin özünün instinktiv səviyyədə nə edə biləcəyini bilməsini bildirirlər. Təbii ki, bu və ya digər yanaşma hətta tənqidə dözmür. Xoşbəxtlikdən indi qadının doquşunun necə keçməsi həkim və mamaçalarla yanaşı onun özünün bilavasitə rolu yüksək qiymətləndirilir.

Doğuşa hazırlıqla əlaqədar gələcək analara nə tövsiyə etmək olar?

Əvvəla qadın öz bədənini və qəlbini həyatının bu vacib anına hazırlamalıdır.

Həqiqətən qadın orqanizminin təbiət tərəfindən doğuş üçün təyin olunması, uşağı bətnində qəzdirməsi və onu əmizdirmək üçün təyin olunması fikri ilə mübahisə etmək çətindir. Buradan belə çıxır ki, uzun qadın ayaqları uzun muddət, yüngül və tez qaçış üçün nəzərdə tutulub-amma bizim müasir qadınlarımızın, hətta top modellərimizin uzun kilometrlik məsafəni qət etməyə nə qədər cürəti çatar?

Buna görə də təbiətin niyyəti – bir şey, amma yaxşı məşq olunmuş əzələlər və real bir şeyin öhdəsindən gəlmək elə də asan başa gəlmir. Hansı ki, bizim halda söhbət qadın üçün çətin olan fiziki bir prosesdən gedir və qadının orqanları çox böyük hətta kosmik bir gərginlik altında olur. Elə buna görə də orqanizmi doğuşa hazırlamaq lazımdır. Xüsusi qimnastik hərəkətləri, bir qrup lazımlı əzələlərin möhkəmləndirilməsinə yönəltmək zəruri olardı. Bunun üçün hamilə qadınlar üçün nəzərdə tutulmuş və hazırlanmış xüsusi hovuzlarda tənəffüsün necə idarə olunması və həmçinin doğuşda iştirak edən vacib əzələlərin dartılması və boşaldılması üçün xüsusi məşqlər keçirilir. Hətta ilk baxışda lazımsız görünən tənəffüsə də xüsusi önəm verilməlidir. Əgər doğan qadın tənəffüsü düzgün idarə edirsə, o, ağrının öhdəsindən gəlib bir az sakitləşə bilər və bu qadına uşağı gücənib ana bətnindən çölə itələməyə kömək edə bilər. Lakin fiziki olaraq hazırlıq hələ hər şey demək deyil.

Hamilə qadının keçirdiyi sağlam həyat tərzi də onun sağlam hamiləlik və müvəffəqiyyətli doğuşuna dəlalət edəcəkdir. Düzgün qidalanma – yalnız çox miqdarda və kalorili yeməklərin yeyilməsi kimi başa düşülməməlidir. Hansı ərzaqları yemək və hansından imtina etmək də vacib şərtlərdən biridir. Misal üçün hamiləliyin axırıncı həftələrində hamilə qadının rasionuna çox miqdarda bitki yağlarının əlavə edilməsi tövsiyə olunur ki, buda əzələ kütləsinin elastik olmasını təmin edir. Lakin ət, duz və turşuya qoyulmuş ərzaqlardan imtina etmək məsləhət görülür.

Əlbəttə alkohol və hamiləlik bir arada ola bilməz, bu uşağın sağlam doğulmasını risk altına qoyur. Çoxlu gəzinti, aktiv həyat tərzi-bütün bunlar yüngül və rahat doğuşun təminatıdır. Lakin buda son deyil. Ətraf mühitdəkilərin, qadının ətrafında olan yaxın insanların, ailədə olan digər böyük uşaqların və bilavasitə atanın da gələcək anaya olan münasibəti mühüm rol oynayır.

İnsanlar tərəfindən hamilə qadına qarşı göstərilən bu münasiıbət nə qədər incə və qayğıyla olsa, hamilə qadın özünü bir o qədər komfort və gümrah hiss edər, sakit vəziyyətdə gününü keçirən ananın uşaqlığı qanla yaxşı təmin olar və onun bətnindəki körpə bir o qədər yaxşı inkişaf edər. Yaddan çıxarmaq olmaz ki, hamilə qadının orqanizmində hər şey qarşılıqlı olaraq biri biri ilə sıx bağlıdır. Hamilə qadının doğuşa olan münasibəti, onun doğuşunun müvəffəqiyyətlə keçməsi üçün ananın gələcək körpəyə olan münasibəti də müsbət olmalıdır, və o bununla uşağın dünyaya gəlmə prosesində uşağa daha çox kömək edər.

Bütün bunlarla yanaşı, doğuş prosesi gələcək ananı gözlənilməz, qeyri məlum olması ilə qorxudur. Bu zaman qadının orqanizmində nə baş verir.? Nə üçün həkim sancı vaxtı, dogan qadını dərindən nəfəs almağa, gücənmə vaxtı isə səthi nəfəs almağa məcbur edir? Ümumiyyətlə doğuş prosesi necə baş verir? Nə qədər vaxt qalıb? İndi o hansı mərhələdədir? Dogan qadın özünə və gələcək körpəsinə necə kömək edə bilər? Təbii ki, qadın nə qədər çox bilərsə - bir o qədər az qorxar. İndi mütəxəssislər doğuş prosesinin yalnız ozlərinin işi olduğunu saymırlar. Bu işdə qadının özünün böyük əməyi olduğunu qeyd edirlər, və hamilə olarkən qadınlara doğum vaxtı öz bədənlərinin və tənəffüslərinin necə idarə etməyi öyrədirlər.

Bütün bu müdrikliyə necə yiyələnmək olar?

Müasir zamanda bu artıq problem deyil. İndi çoxlu sayda məşğələlər və hamilə qadınlar üçün nəzərdə tutulmuş doğuşa hazırlıq məktəbləri fəaliyyət göstərir. Bunun üzərində bir az dayansaq yaxşı olar. Bu məşğələlərin nəyə lazım olduğu artıq məlumdur. Burada hamilə qadınlar nəzəri biliklərə yiyələnirlər, kompleks gimnastik hərəkətlər öyrənib, hovuzda məşğələlər keçirlər, düzgün tənəffüs almaq və səslə necə işləməyi öyrənirlər. Lakin bu hələ hamısı deyil. Bir çox bu kimi məşğələlərdə yalnız hamilə qadınla deyil həmçinin gələcək ata ilə də məşğələlər keçirilir, nəticədə: uşağın dünyaya gəlməsini gözləmək ata ilə ananın ümumi marağına səbəb olur, və bu da ər-arvad münasibətlərinə müsbət hal gətirir. Burada daha vacib bir amil vardır. Hamilə qadın çox vaxt özünü anlaşılmaz, tək və atılmış kimi hiss edir. Bu ona görə baş verir ki, qadının qız yoldaşlarının «hamiləliksiz» həyatı var və toksikoz (ürəkbulanma) və gələcək uşağın cehizi haqqında aparılan söhbətlər onları maraqlandırmır, gələcək ananın yaşca böyük olan valideyn və qohumları ona həyatı başa salmağa, necə geyinmək, nə yemək və ümumiyyətlə həyata gələcək körpəni necə gözləməyi haqqında məsləhət verməyi oz borcları sayırlar. Aydındır ki, gələcək ananın baxışları ilə gələcək nənənin baxışları üst üstə düşə bilməz, hansı ki, nənə müqəddəs olaraq inanır ki, hamilə qadın daha çox vaxtını uzanmaqla keçirməlidir ki, uşağa və özünə ani ağırlıq belə verməməlidir. Amma hamilə qadınlar üçün nəzərdə tutulan məşğələlərdə və məktəblərdə onun kimi cütlər çoxdur və qadın qarnının hədsiz böyüməsi ilə bağlı olan qorxularını, yeni hamiləlik paltarını və verdiyi analizlərin nəticələrini rahatlıqla orada olan digər hamilə qadınlarla bölüşür. Bu məşğələlərin bir üstün cəhəti ondan ibarətdir ki, burada instruktorlar tərəfindən hamilə qadınlar üçün psixoloji olaraq rahat, isti şərait yaradılır, harada ki, hamilə qadınlar oz vəziyyətlərini xəstəlik kimi deyil, həyatlarıının ən gözəl anları kimi hiss edirlər və bu da gələcək ananın əhval ruhiyyəsinə olduqca müsbət təsir göstərir. Bir detalı da nəzərdən keçirək. Artıq praktiki olaraq hes kim şübhə etmir ki, birinci dəfə ana olan hamilələr üçün bu məktəblər zəruridir. Lakin 2-ci və 3-cü uşağın doğulması zamanı da ana eyni qorxu hisslərini keçirir. Yaxın qohumları isə onun hamiləliyini artıq adi hal hesab kimi, və ona diqqəti o qədər də vacib saymırlar, hətta bəzi hallarda bu hamiləliyi yersiz hesab edirlər, ələlxüsus bu hamiləlik üçüncü və yaxud dördüncüdürsə. Evdə olan digər uşaqlar isə anadan ozlərinə qarşı daha çox diqqət gözləyirlər və ananın gələcək körpəsinə diqqət ayırmasına çox az vaxt qalır.

Elə burada qadının köməyinə doğuşa hazırlıq məktəbləri gəlir. Həmçinin təkrar doğan qadınların bədənlərinin əzələlərinin məşqi, birinci doğuşu olan qadınlardan az lazım olmur.

Beləliklə müstəsnasız bu məktəblər bütün cütlərə lazımdır. Təkrar edirik ki, bu məktəblər çoxdır və hər bir cütlük ozünə yaxın olanını seçə bilər. Yaxşı olardı ki, məşğələlərdə olan instruktorlar təcrübəli mamaçalar olsunlar, və həmçinin ozlərinin övladları olsun. Hazırlanmış proqram məqsədyönlü və hamiləliyin bütün dövrlərinin əhatə etməlidir: yalnız fiziki olaraq doğuşa hazırlıq deyil, həmçinin hamiləliyin psixoloqiyası, düzgün qidalanma, ailədə olan qarşılıqlı münasibətlər, ümumi olaraq həyat tərzi, qimnastika və hovuzda olan məşqləri də əhatə etməlidir.

Bəzi məktəblər müxtəlif doğum evləri ilə sıx əlaqədə olurlar və hamilə qadınları bu doğum evlərinə qetməyi tövsiyə edirlər. Biz məsləhət qörərdik ki, hamilə qadınlar yalnız leksiyalar oxumaqla keçinən kursları deyil, yuxarıda qeyd etdiyimiz, hər şəraiti yaradan məktəbləri tərcih etsinlər.

Çox zaman doğuşa hazırlıq bu məktəblərdə daha geniş məqsədi əhatə edir. Hamiləlikdən qabaq burada cütlər, gələcək hamiləliyə hazırlığı da keçə bilərlər, uşağın doğulmasından sonra isə müxtəlif uşaq studiyalarında iştirak edə bilərlər.

Daha vacib bir detalı nəzərinizə çatdıraq. Bu doğuşunuzu qəbul edəcək həkimin axtarışı və doğuşunuzun kiminlə keçməsi ilə əlaqədardır.

Bu haqda həmişə mübahisələr doğur. Aydın məsələdir ki, hər bir qadın individualdır və hər bir qadının seçmək hüququ vardır. Amma necə olmağından asılı olmayaraq, seçim doğuşdan əvvəl olmalıdır. Hələ doğuşdan qabaq həkimlə tanış olmaq, və onun qadın üçün əsas nə olduğunu müəyyənləşdirmək lazımdır. Misal üçün: sancını ayaq üstə keçirmək və yaxud «asılmış» vəziyyətdə, doğulan körpənin zahının qarnının üstünə qoyulması, gələcək ata doğuşda iştirak edə bilərmi və s. bu kimi sualları ozü üçün aydın etməlidir.

Doğuşa hazırlıqdan danışarkən, onu da qeyd etmək lazımdır ki, bütün hamiəlik dövrü ərzində qadın mütəmadi olaraq həkimi ziyarət etməli, vaxtlı-vaxtında analizləri verməli və müəyyən müayinələri keçməlidir. Hamiləliyin 30-cu həftəsində artıq qadının əlində onun hamiləlik kartı olmalıdır, hansını ki qadın şəxsiyyət vəsiqəsini təsdiq edən və sığorta polisi ilə birgə özü ilə doğum evinə gətirməlidir.

Əgər hamiləlik dövrü qeyd etdiyimiz kimi keçərsə, əgər qadının hamiləliyi xüsusi məktəbləri ziyarət etməklə, və gələcək ananın akti, sağlam həyat tərzi ilə ilə vəhdət təşkil edərsə, onda qadın doğuşa kifayət qədər hazırlıqlı olmuş olur.

İndi artıq onun sağlam uşaq dünyaya gətirməyə, mürəkkəb olmayan doğuş prosesi keçməyə bütün şansları vardır. Həmçinin belə ailələrdə haradakı hələ doğulmamış körpəyə belə qayğı və diqqət varsa bu körpə həyata gələndən sonrada qayğı, nəvaziş və məhəbbətlə əhatə olunmuş olacaqdır.