Dölün bətndaxili inkişafi
25.03.2009 00:42
![]() |
Qadın cinsi hüceyrəsi mayalandıqdan sonra körpənin anadan olmasına qədərki dövr bətndaxili dövr adlanır (hamiləliyin başlanğıcı). İnkişafın ilk mərhələsi uşaqlıq borusunda hərəkətlə başlayır. Mayalanmış toxum hüceyrəsi bölünməyə başlayır, bunun nəticəsində tuta oxşar morula yaranır. Bu mərhələdə 4-5-ci gün mayalanmış toxum hüceyrəsi uşaqlığa düşür və burda blastosistə çevrilir. Blastosist mərhələsində döllük yumurtaya daha böyük hüceyrələrin sonradan embrion yaradan embriobastın əmələ gətirməsi xasdır. Digər kiçik hüceyrələr isə döllük yumurtanın bayır tərəfində rüşeymi qidalandıran qişa formalaşır – trofoblast. |
7-8-ci günü təqribən 100 hüceyrədən ibarət olan blastosist uşaqlığın divarına yayılır (köçürülür). Trofoblast selikli qişanın (endometri) hüceyrələrini uşaqlıq divarına «hamarlama» fermentlərinə malikdir və tədricən funksional endometrinin qatına batır.
Rüşeymin uşaqlığın divarına implantasiyasından (calama) sonra məsuliyyətli dövrü başlayır - dölün əsas orqanlarının, sisteminin və eləcə də hamiləlik üçün vacib olan ciftin formalaşması. İmplantasiya 40 saat dairəsində başa çatır. İmplantasiyadan sonra uşaqlığın seliklik qişası desidual (qopma) qişa adlanır.
Mayalanmış yumurta tez böyüyür, bu zaman rüşeym və ətrafındakı qişa da inkişaf edir. Rüşeymi əhatə edən hüceyrənin daxili qatından amnionom adlanan qişa formalaşır.
Trofoblastdan mayalanmış yumurtanın xarici qişası inkişaf edir bu da xorionom (xovlu qişa) yaradır. Xorinun xovu əvvəl damarsız olur. Tədricən xorionun damarları əmələ gəlir: onun xovuna rüşeymin damarları kök salır. Bu onun və ananın orqanizmi arasında daha intensiv maddələr mübadiləsini təmin eləyir.
Hamiləliyin 2-3-cü ayında mayalanmış yumurtanın bir tərəfində xorion xovu azamağa başlayır, digər tərəfdə isə uşaqlığın selikli qişasına batmış xovlar çoxalırlar.
Beləliklə, xorion hamar və şaxəli hissələrə bölünür. Hamiləliyin 4-cü ayının əvvəlində xorionun şaxəli hissəsi ciftin döllü hissəsinə çevrilir. Xorionun xovlu hissəsindən başqa ciftin əsas hissəsini təşkil edən, formalaşmasında iştirak edən uşaqlığın desidual qişası (ciftin ana hissəsi) var.
Mayalanmanın 3-4-cü həftəsində əsəb sisteminin, daxili orqanların: ağciyər, mədə, böyrəklər, endokrin vəzilərinin təməli qoyulur, ürək işləməyə başlayır. Gözün və qulağın dəlikləri əmələ gəlir. Ciftin formalaşması başlayır. Körpəyə qida və oksigen daxil olacaq və həyat fəaliyyətinin qidasını isə kənar edəcək göbəkbağı formalaşır.
Rüşeymin inkişafı
Hamiləliyin 12-14-cü həftəsində cift kifayət qədər yaxşı formalaşır və dölün bütün orqan və sistemlərinin təməli qoyulur. Bu andan döllük dövru başlayır. Döl dölyanı maye və 2-si döl (amnion və xorion), 1-i ana (desidual) qişaları olan 3 qişa ilə əhatə olunub. Dölü ciftlə 2 arteriya (döldən ciftə qanla «tullantı» axır) və 1 vena keçən (vena ilə dölə qidalı maddələr və oksigenlə dolu qan axır) göbəkbağı birləşdirir.
Dölün lazımi qida maddələri ilə təmin edilməsi (qidalanma funksiyası), oksigenlə (nəfəs funksiyası) və lazımsız qidaların mübadiləsi (ifraz funksiyası) ciftlə mümkün olur və yaxud uşaq yeri ilə. Hamiləliyin sonunda ciftin diametri 15-18 sm, qalınlığı 2-3 sm, ağırlığı 500-600 q. olur.
Hamiləlik zamanı cift eləcə də özünə görə endokrin vəzi olur: o hamiləliyin düzgün inkişafı üçün kompleks hormon və bioloji aktik maddələr ifraz eləyir.
Cift həm də müdafiə (baryer) funksiyası daşıyır. O anadan dölə zərərli və eləcə də orqanizminə təsadüfən düşən qidaların mübadiləsini saxlama qabiliyyətinə malikdir. Lakin dölün ciftlə müdafiə olunmasının məhdudiyyətlidir. Ondan alkohol, narkotik, nikotin, bir sıra dərman preparatları, törədici infeksiyalar (qızılca, toksoplazma və s.) asanlıqla keçir.
Ciftin funksiyasının zəifləməsi, onun anomaliyasında döl zərər çəkir. Buna cift çatışmazlığı (fetoplasentar) deyirlər.
Amnion (və ya su qişası) dölə ən yaxın qişadır və hamiləliyin sonunda həcmi normada 1-1,5 litr olan dölyanı mayeni saxlayır. O müdafiə fuknsiyasını yerinə yetirir, dölün inkişafı və hərəkəti üçün mühitdir.
Dölün qişaları (amnion və xorion) ciftlə və göbəkbağı ilə birgə son əmələ gətirirlər.
Hamiləlik orta hesabla 280 gün yaxud 40 həftə davam edir. Bu müddət ərzində mayalanmış yumurtadan yetişkən və bətnxarici yaşaya bilən döl inkişaf edir.
Bəs ayrı-ayrı aylarda döldə necə inkişaf gedir? Bu suala cavabı aşağıdakı cədvəl verəcək.

