SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Döşlə əmizdirməni necə bərpa etmək olar?
    Əgər siz bir neçə ay bundan əvvəl döşlə əmizdirməni kəsmişdinizsə, çox güman ki, döşünüzdən az da olsa maye sıxıb çıxara bilərsiniz. Sizin süd əmələ gətirmə mexanizminiz tam dayandırılmayıb. Döşlə əmizdirməni...
  • Hamilələr üçün qimnastika
    Hamilə qadına gimnastika nə üçün lazımdır? Məşğələləri yerinə yetirərkən, müxtəlif orqanların qan dövranı yaxşılaşır. Doğuş – qadın fiziologiyası üçün bir sınaqdır. Hazırlıqsız qadınlarda çox vaxt...
  • Hamiləlik dövründə bel ağrıları
    Hamiləlik zamanı demək olar ki, qadınların yrası bel ağrısından əziyyət çəkirlər. Əksər hallarda bu ağrılar onurğa sümüyünə düşən yük və qarın əzələlərinin dartılması nəticəsində olur. Ağrılar hamiləliyin...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Kesar kəsiyi

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Bir sıra əsirlər boyunca kesar kəsiyi ancaq ananı xilas etmək mümkün olmadıqda, körpəni qurtarmaq üçün aparılmışdır. X1X əsrdən başlayaraq, uşaqlığa tikiş qoymaq mümkün olmuşdur və 50-ci illərdən etibarən, kesar kəsiyi müxtəlif tibbi göstərişlərlə aparılmışdır.

     

Yaddan çıxarmayın ki, kesar kəsiyi cərrahi əməliyyatdır və bu əməliyyat zamanı da bütün başqa əməliyyatlarda olduğu kimi ana üçün və eləcə də körpə üçün ağırlaşmalar yarana bilər. Fizioloci doğuş çətinliklər və diskomfortla əlaqədar olmasına baxmayaraq, belə doğuş zamanı körpə bütün proses boyunca tədricən yeni mühitə, çətinliklərə uyğunlaşır. Kesar kəsiyi ilə doğulan uşaqlarda isə adaptasiya daha çətin gedir.

      Kesar kəsiyinin aparılması üçün göstəriş ağır toksikoz, qanaxma, dar çanaq, dölün köndələn gəlişi də ola bilər. Bəzən fizioloci doğuş mümkün olduğu halda belə kesar kəsiyi aparılır. Buna əsas olaraq, çanaq gəlişi, zəif doğuş fəaliyyəti, iri döl, kəskin hipoksiya (oksigen çatmamazlığı), uzun sürən hamiləlik, 30 yaşdan yuxarı ilk doğuş götürülür.