Narahat olma, hər şey normaldır
09.04.2009 13:43
Məndə kesar əməliyyatı olmalı idi. Tanış həkim və anestezioloq Sumqayıtda (bəlkə eşitmisiniz «Real» tibb mərkəzi) (demək olar ki bütün tanıdığım qızlar onun yanında olublar) bir ay əvvəldən gedib onlarla danışdım – özümlə nə gətirim (halbuki dedilər heç nə lazım deyil hər şeyi biz burda verəcəyik, mən ancaq üzr istəyirəm tuman, kitab, telefon üçün adapter götürdüm), pulu və s.
28 may 2007-ci ildə qarnım aşağıya düşüb və yellənirdi.
Mən artıq qorxmağa başladım, birdən tutmalar başlayar və əməliyyat üçün gec olar. Bakıdan ora isə yol 30 km-dir. Sonda ərimlə qərara gəldik ki, hamıdan xəbərsiz dokumentləri, pulu – əsası götürüb anamın dalyıca getdik. O yaxınlıqda yaşayır. Gedirik. 20 yanvar metrosunun yanında ərim deyir ki, zəng elə de ki, əməliyyata hazır olsunlar. Necə fikirləşirsiniz? Anestezioloqa zəng vurub xəbər verirəm ki, gəlirik. Soruşur ki, tutmaların başlayıb, deyirəm ki, yox, ancaq qarnım maraqlı durub, durmayıb yellənir elə bil, hiss edirəm ki nəsə olacaq. Mənə deyir ki, bugün bayram günüdür və hamı istirahətdədir. Sabah gələrsiniz. Həkimə birdən gecə başlasa, neyləyim çatdırmayacayıq axı, dedim. Məni sakitləşdirməyə başladı. Geri dönməyə qərara gəldik. Başqa çıxış yolumuz yox idi.
Sabahı gün yuxarıda yazdığım kimi elə də getdik. Körpəmi tez görsəydim fikri ilə yolda gedirdim. Nəhayət mən onu bugün görəcəm. Yoxsa USM həkimi onu mənə göstərib, ürək döyüntüsünü eşitdirmişdi. Elə hisslər keçiridim, elə bil həyatda mənim yanımdadır və onun üzünü görmüşəm. USM həkimi hər dəfə baxanda deyirdi ki, qəşəng uşağın olacaq. Deyir ki, mən gündə o qədər uşaq görürəm ki, artıq seçə də bilirəm. Düzdür o vaxt mən ona inanmadım. Tanınmış «Real»-ımıza gəlib çatdıq. Anamla ərimi gözləmə zalında saxladılar, məni isə içəri keçirtdilər. Əvvəl həkimlə görüşdük danışdıq, sonra qan analizi, imalə, bir də USM, EKQ və s. Mənlə birgə kabinetləri gəzib analiz verən başqa bir qız da vardı. Əlbətdə ki bizi tibb bacısı hər yerə ötürürdü. Müayinələri keçdik. Əməliyyatı əvvəl o qıza etdilər. Mənə isə gözləməyi dedilər (əgər səhv etmirəmsə o qızda açılış vardı, ancaq doğa bilmirdi). Məni 3 artıq əməliyyatla doğmuş analarla palatada gözləməyi dedilər. Mən onlarla danışmağa başladım ki, bilim necə olur. Kimsə razı idi, kimsə yox, kimsə ağlayırdı. Mən optimistik köklənmişdim. Birdən koridorda başqa bir tibb bacısının səsini eşitdim (sonra öyrəndim ki, əvvəlkinin növbəsi qurtarmışdı). Qonşu palataya girib məni soyadımla axtarırdı. Bu biri palatadan çıxıb «bu da mən, nəhayət mənim növbəmdir» )) o da gülümsündü və məni operasiya şöbəsinə apardı. Artıq bütün personal məni gözləyirdi. Anestezioloq (o bizim qızlarla tanışımız idi) mənlə danışmağa başladı ki, necəyəm, özümü necə hiss edirəm və s. hə bir də soruşdu ki, yazınlarına əməliyyat başladığını deyək? Yox cavab verdim, nigaran qalmasınlar deyə. Qoy elə bilsinlər ki, həkimləri gözləyirəm hələ. Sonradan öyrəndim ki, o tibb bacısına işarə verib ki, qız gedib bizimkilərə desin ki, hər şey başlayıb( indiyədək yadımdadır, əlimi stola necə bərkitdilərsə, heç fırlada bilmədim. Həkim əməliyyat kəsiyinin olacağı yeri yodlamağa başladı. Oranın tavanı yerdə olanları əks etdirirdi, güzgü kimi idi, həkimdən soruşuram, Almaz xanım, çox yuxarıdan götürmürsünüz? O isə, hardan görürsən ki, soruşur? Mən ona tavanı işarə etdim. «Narahat olma, hər şey normaldır» dedi o. Onlara uğurlar dilədim. Narkoz verdilər və mən yuxuya getdim. Yuxuda böyük bir kvadrat gördüm, içərisində balaca xanalar hərəkət edirdi və hər xanada həkimlər vardı, onlar nəyisə müzakirə edirdilər. Mənsə onların danışıqların eşidirəm. Kim bilir? Bəlkə məni əməliyyat eləyən personalın səsləri idi. Mən də orda kənardan durub baxır və kimisə gözləyirəm. Yuxuda qəfil elə bil ayılıram. Axı mənim büğun körpəm dünyaya gəlməlidir. Uzaqdan kiminsə məni çağırdığını eşitdim. O səs get-gedə yaxınlaşırdı. Bu mənim anestezioloqum idi – məni oyadırdı. Yəqin hamıda narkozdan sonra belə olur, adımı soruşdu. Sonra onu tanıdımmı? Və öz adını soruşdu. Mən elə asta yavaş verirdim ki, özüm utanırdım. Fikirləşdim ki, necə mədəniyyətsizlik oldu. Yelmar – anestezioloq başa düşdükdə ki, özümə gəlmişəm dedi: «Sənin yuşmur, qəşəng oğlun olub, 3 kq 500 qr, boyu 54 sm». Arxayınlaşdım və yenə yuxuya getdim. Məni reanimasiyaya keçirdilər. Bir müddət sonra oyandım. Saata baxdım, ancaq əqrəbləri görə bilmədim, bir də yatıb durandan sonra saata baxıb vaxtı gördüm. Anama və ərimə zəng vurdum. Onlar artıq Bakıya geri qayıdırdılar – qaynanamgilə xeyir xəbəri verməyə. Mən özümə gələnə kimi onlar nəticəni öyrənmişdilər. O gecə onlar yatmadılar ancaq oynayıb gülürdülər. Mənsə bunlarınm hamısına sonradan videoda baxdım.
Xəstəxanada məni heç kim narahat etmirdi, çünki heç kimi içəri büraxmırdılar. Körpəni isə yaxınlarına uşaq palatasından birbaşa yayımla gözləmə zalındakı monitorda göstərdilər. Prinsipcə hər şey istədiyim kimi oldu. Allah hamıya yüngül və istədiyi kimi doğuş qismət eləsin.
İstifadəçi Gutierranın hekayəsi
