SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Göyərti küküsü
    Yumurta – 2 əd., göy soğan – 25 q, keşniş – 15, şüyüd – 10 q, ispanaq – 30 q, ərinmiş yağ - 30 q, istiot, duz  
  • Дыхание рот в рот
    Bu məqalə üçün tərçümə mövcud deyil.Это один из самых главных приемов, используемых для спасения жизни. Положите пострадавшего на спину....
  • Домашние советы
    Bu məqalə üçün tərçümə mövcud deyil.Стирка вещей из натурального и исскуственного шелка Эти ткани стирают в мыльной пене или в растворе...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Göygöz Natəvanın dünyaya gəlişi

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Axşamki gəzintidən sonra həmişəki kimi yatmağa uzandım, daha bir sakit, tutmasız gün keçdi. Səhər saat 5- sidik ifrazı hissi ilə oyandım, saxlaya bilmirdim özümü. Fikirləşdim günə qalmışam. Ərimi oyadıb deyirəm, bax gör bu (yerini göstərirəm) sidikdir yoxsa yox? O – (yuxulu) başa düşə bilmirəm, elə bil iy gəlmir rəngsizdir deyir. Anamı oyatdım soruşdu ki, bir yerim ağrayır yoxsa yox? Mənyox. Odeməli yatağını islatmısan, get divanda yat. Getdim yatmağa.

Səhər saat 11- anam işdən zəng vurub deyirqulaq as, geyin get doğum evinə, mən bir azdan gəlirəm. Mənsə hələ yuxuluyamniyə? Omən burda həkimə zəng vurdum deyir ki, onun suyu çəkilib, təcili gəlsin doğum evinə. Tələsik duş qəbul edib ora getdim. Ərimə zəng vurub doğum evinə getdiyimi xəbər verdim, amma nigaran olmasın heç yerim ağramır dedim. Yəqin yenə yanlış vəziyyətdir. Axır gəlib çatdım, anam orda gözləyirdi məni. Həkimə yaxınlaşdıq. O açılışı yoxladı. Kisə hələ bütövdür uşaqlıq boynu hələ açılmamışdı. Məni USM-ə göndərdi. USM- su çəkilib, ancaq aşağılar salamatdır suyu isə demək olar ki yoxdur. Bugün doğuş olacaq. Əynimi dəyişdilər doğuşöncəyə göndərdilər. Ora daxil olanda çox xoşbəxt idim, nəhayət doğuram. Mən onasalam. Necədir? Onlarheç necə. Suyum çəkilib, amma ağrım yoxdur. Mənməndə . Oturub danışırıq. Həkim gəlib milyon dərman yazıb getdi. Hər 10 dəqiqədən bir məni iynələməyə başladılar. Reaksiya olmurdu. Biri gəldi. O da tutmasız. Ancaq onun patologiyası vardı. Sonra akuşerka gəldi (sonradan öyrəndim ki, oranın baş akuşeridir, çətin doğuşlarda iştirak edir həmin gün təsadüfən orda idi). Mən onaaa salam! Demək akuşersiniz? Şadam. Biz burda 3 nəfərik. Çatdıracaqsınız? Obaxarıq. Saat 3- həkim gəlib yenə yoxlayır. Uşaqlıq boynu bütövdür. Oonun iynələrin davam edin. Ərim qaçdınecədir? Mənheç necə. Hələ heç yoxdur. Mən yemək istəyirəm. Bu vaxt yenə birini tutmalarla gətirdilər. Sonra yenə birini yenə birini. Mən onların hamısını sakitləşdirirəmqızlar olub, mənə bir baxın, mən qışqırmıram heç. Onlarsənin axı tutmaların yoxdur!!! Mən , amma çox ac hirsliyəm ki məndə niyə başlamır. Hələ mənim yanım qollarım iynələrdən ağrayırdı. Gördüm bunlarla maraqlı deyil palatalarda gəzməyə başladım. Orda artıq analar yatırdı. Onlarla söhbət edirdim. Dəhşətli şeylərdən danışırdılar. Qayıtdım. Hamıya mənə kator yağı verdilər içməyə. İçdik. Ərim yemək gətirdi. Yedim. Saat 6-da həkim gəldiheç bir dəyişiklik yoxdur. Akuşerkaya dedi: Onda stimulyasiyanı başlayaq. Qısası orda qurdalandılar. İmalə etdilər. Yarım saatdan sonra yenə sular çəkilməyə başladı. Qalanı da töküldü 19.30-da tutmalar başladı. Lakin başlayan kimi 2 dəqiqədən bir oldu. Hələki dözümlü idi. Bir saatdan sonra dözülməz ağrılar oldu. Amma qışqırmıram. Daha bir saatdan sonra hamını dünyada olan hər şeyi lənətləyirdim. Bu vaxt ərim gəldi (indiyədək başa düşə bilmirəm ora necə keçə bilmişdi) deyirəzizim, döz, bir azdan mənə balaca körpə bəxş edəcəksən. Mənbu gici bura kim buraxıb? Rədd ol! Səndən zəhləm gedir uzun fit səsi. O yoxa çıxdı. Mən yenə qışqırmağa başladım.

7 iyul

Gecə saat birdə həkim məni yoxlayır – 5 barmaq. Mənhələ çox var? Ohardasa 2 saat. Məndözə bilmirəm day. Ogözləməli olacaqsan. Həmin akuşer yaxınlaşır deyir. Bu qız zoşuma gəldi. Özüm onun doğuşunu qəbul edəcəm. Mən ağlayıb epidural xahiş etdim. Həkim-anestezioloq Novxanıda yaşayır. Yazıqdır onu oyatsaq. Mənonda kesar edin. Ogecdir. Mənsizin ürəyiniz var? O. Sonra sübut edərəm. 2 saatdan sonra yoxlayır. Hələdə 5 idi. Mən az qala dəli olacaqdım. Var gücümlə qışqırmağa başladım. Bütün analar yaxınlaşıb mənə uğurlar arzu edirlər. Mən artıq ölürəm. Bu vaxt partlayış oldu qan fəvvarə vurdu. Həkim ağappaq olub qaçdı yanıma. Sən neylədin, onun qanaxmasını dayandırın! Yenə iynələməyə başladılar. Damcısalan qoyun ona, onu süni açacayıq. Bir saatdan sonra tutmalar gücənməyə keçdi. Mən artıq qışqıra bilmirdim, gücüm yox idi. Məni stola qaldırdılar. Bir həkim gəldi. Yoxlayır deyir - deyəsən 8-dir. Akuşer deyirqalanını əlimlə açaram. O qan itirir gözləmək olmaz. 10 dəqiqədən sonra deyirvar gücünlə gücən. Mən edə bilmirəm. Bacarmıram deyib huşumu itirirəm. Həkimtez su gətirin! Tibb bacısı mənə su tökür. Mənimsə yuxum gəlir. Akuşergücən yoxsa uşağın ölər! Birdən anladım ki, əgər gücümü toplamasam uşağım ölə bilər. Bütün gücümü toplayıb 3 gücənmədən sonra körpəm gəlir. Sonra heç yadımda deyil. 3 saatdan sonra oyanıram. Görürəm anam başımın üstündə durub ağlayır. Heç başa düşə bilmədim. O deyirsənin elə gözəl qızın olub. İstəyirəm deyim ki, niyəancaq ağzımı aça bilmirəm. Sonra məni palataya keçirilər sistem qoşurlar. Günorta ayılıram.

Bütün bunlar qızımın yuxulu mənə baxıb gülməyinə dəyərdi. Mən onu necə sevirəm. Bizə köməklik edən bütün Əzizbəyov xəstəxanasına təşəkkürümü bildirirəm. Əla personaldır. Hamısı çox mehribandırlar. İndiyədək bir tibb bacısının ağlayaraq əlimi masaj edibdöz, hər şey yaxşı olacaq, deməyi yadımdadır. Artıq tikişlər məni narahat etmir.

İstifadəçi Arancinin hekayəsi