SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Zəhərlənmədə ilk yardım
    Zəhər orqanizmə mədə, dəri və ağ ciyərlər vasitəsilə daxil ola bilər. Çalışın zərərçəkmişin nə ilə zəhərləndiyini müəyyən edəsiniz ki, təcili tibbi yardım zamanı dərhal xüsusi antizəhər terapiyaları aparıla...
  • Həkimə baş çəkmə vaxtları
    Ilk baş çəkmə mümkün qədər tez – hamiləliyin ilk əlamətləri (aybaşının gecikməsi, ürəkbulanma, ağız suyunun ifrazının artması, qoxulara reaksiya, yuxululuq və s.) yaranan zaman olmalıdır. Bu vacibdir, beləki,...
  • Диета для ЭКО
    Bu məqalə üçün tərçümə mövcud deyil.Диета для ЭКО

Partnyorlar

Netty2009 Winner
 
Banner

Bax beləcə biz ilk dəfə görüşdük

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Yanvarın 30-u xalq təbabətindən doğuşun stimulyasiyası haqqında oxuduqdan sonra qərar verdim ki bununla məşğul olum. Hesabıma görə hamiləliyin artıq 41-ci həftəsi bitirdi. Nəhayət kastor yağını portağal şirəsi ilə qarışdırıb axşam 9.30-da içdim. Axşam saat 11-ə yaxın qarnım dartılmağa başladı.

Fikir vermədim çünki bir həftə idi ki məndə belə olurdu. Tıxac da çoxdan çıxmışdı, ona görə yatmağa qərara verdim. Gecə 1- dəhşətli tualetə getmək hissi oyandı, ona görə anlamadım bu sancılar idi ya bağırsağım. Bir saata yaxın tualetdə oturdum. Sonra yata bilmirdim ağrılarım artırdı. Allaha yalvarırdım ki, bu o olsun. Qonaq otağında dairəvi gəzməyə başladım, çünki uzana, otura bilirdim. Bu vaxt ərim isə yataq otağında uğurla yuxusunu alırdı. 2 həftə yalançı sancılardan sonra buna inanmırdı ki bu başlaya bilər. Bu vaxtda hər ehtimala qarşı çantalarımı yığdım.

Saat 3- ərim mənə qoşuldu. O divanda uzanıb mənim otaqda var-gəl eləməyimə baxırdı. Görünür bu mənzərə onu yordu təkli etdi ki, doğum evinə gedək. Artıq sancılarım hər 5 dəq-dən bir olurdu. Belim qarnım bərk ağrayırdı. Getməyə razılaşdım yalvarırdım ki, yenə növbəti yalan sancı olmasın. Çünki biz 2 dəfə doğum evinə gəlmişdik, ancaq onlar bizi yalan sancılar olduğuna görə hər dəfə evə geri göndərmişdilər.

Səhər saat 4- Şıxlinkaya gəldik. Klinika yatmış şahlığa oxşayırdı. Əvvəl hardasa yatmış keşikçini axtardıq, sonra hardansa sürünərək çıxan qeydiyyatçı qızı axtardıq. 15 dəqiqədən sonra mən qəbul şöbəsinə düşdüm. Gülya xanım növbətçi idi, çox kobud idi. Tutmalar vaxtı məndən baxışçun bir dəqiqə gözləməyi, sonra vaxtının olmadığını dedi, yəqin yatmaq istəyirmiş. Açılışı yoxladı, çox ağrıtdı. Deyir açılış bir barmaq, istədim deyəm ki, o bir barmaq hələ 1 həftə əvvəldən vardı. Susdum. Qəbul edirik, dedi. Xoşbəxtliyimin həddi hüdudu yox idi. Ərimə xəbər verməyə çantamı götürməyə qaçdım. Qeydiyyatda olan qız yəqin onu oyatdığımıza görə mənə 1 barmaq heç nədir demək olar, dedi. Sabah saat 12-dən tez doğmayacaqsınız. deyimoptimist insanlara hər yerdə rast gəlmək olarərimi evə yola saldım dedim ki, irəliləyiş olanda xəbərdarlıq edəcəm. Onsuz evdən ora 5-10 dəqiqəlik yol idi. Məni qəbul etdilər. Üstündə bir neçə düyməsi olan gic-gicə bir gecə köynəyi geyindirdilər. Qısası qorxuluğa oxşayırdım, amma fikrim onda deyildi. İmalə eləmək qərarına gəldilər, mənsə onlara supertəmizlik prosedurası keçib gəldiyimi dedim. Deyir yox eleməliyik. Mənə 2 litr su tökdülər, sonra ağrılı tutmalar vaxtı boş-boşuna tualetdə oturdum.

Çarpayıya uzandım kitabda oxuduğum kimi nəfəs almağa başladım. Birdən içimdə partlayış oldu, başa düşdüm ki, sudur. Suyun bir hissəsi qanla bir yerdə ayrıldı, qorxdum, sanitarkaya dedim həkimi çağırsın, bəlkə laylanmadır. Yenə çox narazı görsənir. Deyir ki, bu uşaqlıq boynunun açılışındandır. Prosesdə onun iştirakı məni sevindirirdi

Ağrı artdı, tutmalar artıq 2 dəqiqədən bir idi, dözməyə taqətim yoxdur, fikirləşdim ki, öləcəm. Anestezioloqlardan növbədə olanı soruşuram. Fikirləşdim fərqi nədir nədən öldüm: tutmadan ya epiduraldan. Dedilər ki, hansısa Fuad. Mən beləsi barədə heç eşitməmişdim, ancaq yenə razılaşıram. Yarım saat keçir, hələ yoxdur, ağrıdan ölürəm. Qışqırıram: «Anestezioloqunuz hardadır, yoxsa o da yatır?!» Nəhayət peyda olur. Mənə epidural edir, 15 dəqiqədən sonra ağrı keçir, tutmaları zəif hiss edirdim.

Beləcə daha bir saat uzanıram, açılışı yoxlayırlar, 3 barmaq. Yenə uzanıram, Xalidə xanımın vaxt gələcəyini gözləyirdim. 8.40-da zəif gücənmələr hiss etdim, saat 9-da yenə dözə bilməyib qışqırmağa başladım. Mənə hələ tezdir deyirlər. Dedim həkimimi çağırın. O 5 dəqiqədən sonra gəldi, mənə isə bu əbədilik kimi gəldi. Açılışa baxdı, bütöv idi. Ərimə zəng edib gəlməyini deyirəm. Anam artıq çoxdan idi ki, klinikada oturub həyəcandan ağlayırdı (soruşmayın nəyə görə). Məni doğuş zalına keçirdilər, hazırladılar, ərimi gözləyirik. Zəng edib dedim ki, artıq gözləyə bilmirəm artıq gücənirəm. Mənə bir az gözləməyimi deyir, baxmaq istəyərdim o necə gücənməni saxlaya bilərdi. Bir təhər gözləyə bildim. 9.30-da üzü yaşıl maskada doğuş zalına girir, əvvəl onu tanımamışdım. Gücənməyə başlayırıq 20 dəqiqədən sonra bizim xoşbəxtliyimiz dünyaya gəlir. Onu qarnımın üstünə qoyurlar, xoşbəxtlikdən ağlamağa başlayıram. Ərim onunla danışmağa başlayır. Mən sənin atanam, hər axşam sənə gecən xeyrə qalsın deyirdim. Qasası komediya. Mənə tikiş qoymalı idilər, məni isə heç narahat etmirdi bu, mən xoşbəxtəm. Endorfinlər işlərini görmüşdülər. Ancaq qızların tikiş qoymaqlarını yadıma saldıqda, anesteziya etmələrini xahiş etdim. Bax beləcə mənim doğuşlarım keçdi. Çoxlu pozitiv, ağrı isə xoşbətlik yumağımı qarnıma qoyandan sonra yadımdan çıxartdım. Bax beləcə biz ilk dəfə görüşdük, çoxlu xoşbəxtlif pozitivlik.

İstifadəçi Oriqaminin hekayəsi