SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Döşlə əmizdirməni necə bərpa etmək olar?
    Əgər siz bir neçə ay bundan əvvəl döşlə əmizdirməni kəsmişdinizsə, çox güman ki, döşünüzdən az da olsa maye sıxıb çıxara bilərsiniz. Sizin süd əmələ gətirmə mexanizminiz tam dayandırılmayıb. Döşlə əmizdirməni...
  • Hamilələr üçün qimnastika
    Hamilə qadına gimnastika nə üçün lazımdır? Məşğələləri yerinə yetirərkən, müxtəlif orqanların qan dövranı yaxşılaşır. Doğuş – qadın fiziologiyası üçün bir sınaqdır. Hazırlıqsız qadınlarda çox vaxt...
  • Hamiləlik dövründə bel ağrıları
    Hamiləlik zamanı demək olar ki, qadınların yrası bel ağrısından əziyyət çəkirlər. Əksər hallarda bu ağrılar onurğa sümüyünə düşən yük və qarın əzələlərinin dartılması nəticəsində olur. Ağrılar hamiləliyin...

Partnyorlar

Netty2009 Winner
 
Banner

1-ci həftə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Hazırki halınızı hamiləlik adlandırmaq olmaz, çünki, növbəti aybaşı qanaxması keçirirsiniz. Lakin orqanizminiz Sizin istəyinizdən asılı olmayaraq, yenidən hamilə olmağa hazırlaşır.

Birinci həftə.
QADIN

Beləliklə, birinci həftə... Artıq bu həftədən başlayaraq, mərkəzi sinir sisteminiz hormonal fonun aktiv şəkildə yenidən qurulmasına başlamışdır. Bu yenidən qurmanın məqsədi Sizin orqanizminizdə yetişməkdə olan 300 000 min (!) yumurta hüceyrəsindən birini mayalanmaya hazırlamaqdır. Bu prosesə 2 həftəyə yaxın vaxt sərf olunur. Ona görə də, bu həftə birinci sayılır: gələcək körpənin obrazı məhz bu dövrdə formalaşır!

Bu dövrdə orqanizmin yerinə yetirdiyi iş onun üçün adidir. Çünki, o həddibuluq dövründən başlayaraq, hər ay bu işi yerinə yetirir və ümid etmək olar ki, o, bu dəfə də işinin öhdəsindən gələcək. Yaxşısı budur, orqanizminizə Sizin edə biləcəyiniz yardım haqda söhbət edək.

Yolunuz açıq olsun!
GƏLƏCƏK UŞAQ
Hələki, Sizin gələcək körpəniz real orqanizm deyil, bir ideya halındadır. Bu ideyanın rüşeyminin bir yarısını isə öz “beşiyində” yerləşən minlərlə yumurta hüceyrələrindən biri təşkil edir. Ikinci yarısı isə (ata tərəfi), yetkin spermatozoid kimi hələ heç formalaşmamışdır (bu 2 həftədən sonra baş verəcək).

Bu şəklə diqqət yetirin. Sizin gələcək körpənizi təşkil edən 100 trilion huceyrənin “anası” olan yumurta huceyrə bu şəkildədir. Gözəldir, elə deyilmi?