SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Как закончить ремонт и не потратить лишнего
    Bu məqalə üçün tərçümə mövcud deyil.Если Вы первый раз в своей жизни решили облагородить свое жилище, знайте, найдется много строительных фирм, или...
  • Doğuşa hazırlıq. 1-ci hissə
    Doquş-vaxt etibarilə çox uzun müddət davam etməyən, amma qadının həyatında vacib və murəkkəb bir mərhələdir. Elə buna görə də doğuşa hazırlığa sərf olunan vaxt heç vaxt çox sayıla bilməz. Qadın doğuşa nə qədər...
  • Важней всего погода в доме
    Bu məqalə üçün tərçümə mövcud deyil.Когда последний раз вы были на природе? Аааа! Не помните! при нынешнем бешенном ритме жизни наше общение с...

Partnyorlar

Netty2009 Winner
 
Banner

2-ci həftə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Eyni zamanda orqanizmin işi davam edir. Artıq minlərlə yumurta huceyrənin arasında birini “lider” kimi ayırmaq olar. Adətən bu hüceyrə içərisi maye ilə dolu olan qovuqcuqda yerləşir.

Ikinci həftə.
QADIN

Ikinci həftənin sonuna doğru qovuqcuğuın (onu qraf qovuqcuğu adlandırırlar) ölculəri böyüdüyündən o, yumurtalığın divarından xaricə doğru qabarmağa başlayacaq. Bütün bunlar ovulyasiyaya - yetişmiş qraf qovuqcuğunun partlaması və yumurta hüceyrənin qarın boşluğuna çıxması üçün hazırlıq işləridir. Bundan sonra yumurta hüceyrə uşaqlıq borusuna – onun spermatozoidlə görüş - yerinə daxil olur. Qraf qovuqcuğunun yerində isə sarı cisim əmələ gəlir. Bu sözü yadda saxlayın. Çünki sonradan hamiləlik zamanı məhz bu cisim orqanizmin tam hormonal dəstəyini təmin edir və onun rolu çox böyükdür. Eyni zamanda sarı cisim hamilə qadınlarda tez-tez rastlanan erkən toksikozun səbəbi hesab edilir.
Yəqin ki, ovulyasiya gələn həftə baş verəcək. Bəzi qadınlar ovulyasiyanı hiss edirlər, beləki, bu proses onlarda qarnin bir nahiyyasində ağrı şəklində özünü göstərir. Bundan əlavə ovulyasiya vaxtını bazal temperaturu (düz bağırsaqda) ölçməklə də müəyyən etmək olar. Ən sadəsi, axırıncı aybaşının başlanma tarixindən saymaqla, ikinci həftənin sonu, üçüncü həftənin əvvəlinə düşən tarixin ovulyasiya günü olduğunu yadda saxlamaqdır.

Bununla əlaqədar olaraq bir neçə momenti dəqiqləşdirmək lazımdır:

Yaxşı olarki, bu günə 2-3 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girməyəsiniz. Bu, həyat yoldaşınızın kifayətqədər spermatozoid toplamasına kömək edə bilər. Halbuki, reallıq göstərir ki, bir çox ailə cütlərinə bu heç də gərək deyil.
Döllənmə “məqsədi daşıyan” cinsi əlaqədən əvvəl qadına cinsi orqanların tualetini, xüsusi ilə şırınqa aparmaq, vacib deyil, çünki, bu zaman istifadə olunan müxtəlif fasitələr uşaqlığın turşuluğunu dəyişə bilər. Bu isə döllənmə üçün arzuolunmazdır. Sadə gigiyena qaydalarını gözləmək kifayətdir. Çünki, aparılan təcrübələr göstərir ki, kişi cinsi hüceyrələri müxtəlif kimyəvi maddələrə, hətta ağız suyuna belə çox həssasdırlar.

Cinsi əlaqə zamanı döllənmə üçün ən yaxşı vəziyyət “missioner”vəziyyəti və gadının dirsək-diz vəziyyətində (kişi arxada) olmasıdır. Cinsi əlaqədən sonra qadin 20-30 dəq. müddətində arxası üstə uzanarsa, döllənmə şansı daha da artır (yaxşı olar ki, çanağı qaldırmaq məqsədi ilə bel nahiyyəsinə yastıq qoyulsun).

Birinci həftə həkim – genetikə baş çəkmək üçün münasıb vaxtdır. Sizin irsiyyətinizin və ailə anamnezinizin mükəmməl analizi dölə dəqiq diaqnozun qoyulmasına və yarana bilən inkişaf problemlərini vaxtı-vaxtında aşkar etməyə imkan verər.