3-cü həftə
Bu həftə ən əsas məsələ – hamiləliyin “olum və ya ölüm məsələsi” həll olunacaq.
Sizin orqanizminizdə növbəti ovulyasiya baş vermişdir, yumurta hüceyrə artıq uşaqlıq borusundadır və spermatozoidlə görüşməyin tam zamanıdır.
Əgər belə “görüş” baş veribsə, təbrikləri qəbul edə bilərsiniz, Siz artıq hamiləsiniz. Bu həftənin axırında mayalanmış yumurtanın uşaqlıq divarına bərkiməsi (implantasiya) baş verəcək. Bəzi qadınlarda bu dövrdə az miqdarda qanaxmlar baş verə bilər. Lakin bu heç bir problem yaratmamalıdır.
Birinci həftə üçün olan tövsiyyələr qüvvədə qalır.
Gələcək uşaq
Yumurta hüceyrə və spermatozoid uşaqlıq borusunda görüşdülər. Onların birləşməsi nəticəsində ziqot – gələcək körpənizin birinci və ən əsas hüceyrəsi əmələ gəldi. Bütün sonrakı 100 trilion huceyrələrin hamısı ziqotun “qızları” hesab edilir. Daha sonra mayalanmış yumurta hüceyrə bölünməklə yanaşı uşaqlığa doğru hərəkət edir. Mayalanmadan üç sutka sonra rüşeym 32 hüceyrədən ibarət olur və forma etibari ilə tut meyvəsini xatırladır. Bu həftənin sonuna doğru rüşeymi təşkil edən hüceyrələrin sayı 250-yə çatır, formaca 0,1-
Blastosid uşaqlıq divarının selikli qişasını və digər qatlarını “qazımaqla” orada sanki özü üçün “yuva” düzəldir. Bu “qazma” zamanı “yuva” ətrafında xırda qansızmalar baş verir və yuxarıda göstərdiyimiz az miqdarlı qanaxmaların səbəbi də məhz budur. Uşaqlıq divarına bərkinmə prosesi implantasiya adlanır. Implantasiya müvəffəqiyyətlə başa çatarsa, dölün inkişafının yeni mərhələsi başlayır. Indi artıq onun qidalanması Sizin orqan və sistemləriniz tərəfindən yerinə yetirələcək.
Döllənmədən implantasiyaya qədər olan müddətdə müxtəlif zədələnmələr nəticəsində rüşeym tamamilə dağıla bilər və hamiləlik pozula bilər. Lakin digər hallarda heç bir faktorun təsiri yeni yaranmış hamiləliyi pozmur və sonrakı inkişafda onlar öz təsirini heç cür göstərmirlər.
-
Spermatozoidlər yumurta hüceyrə üzərinə hücum edirlər. Olduqca fantastik bir mənzərənin şahidi olursunuz. Spermatozoidlər nazik quyruqları ilə yumurta hüceyrəyə vurmaqla, onu saat əqrəbinin əksi istiqamətində fırlanmağa məcbur edirlər.
-
Ziqot: spermatozoid DNT-si artıq yumurtanın daxilindədir. Tezliklə genetik proqramın ata və ana yarımhissələrinin birləşməsi və hüceyrənin birinci bölünməsi baş verəcək.
-
Mayalanmadan sonrakı birinci həftə. Yumurta hüceyrənin artıq iki qızı var.
-
Mayalanmadan sonrakı ikinci həftə. Bölünmə davam edir.
-
Mayalanmadan sonrakı ikinci həftənin sonu-üçüncü həftənin əvvəli. Artıq səkkiz blastomer var. Süni mayalanma zamanı (“sınaq şüşəsi” uşağı) qadının uşaqlığına məhz belə ruşeym qoyulur.
