SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Döşlə əmizdirmənin üçüncü prinsipi - inam
    Yaşlı adamların, kasıb və əməkdən əziyyət çəkmiş qadınların öz uşaqlarını döşlə asanlıqla əmizdirmələri yadlarında olar. Özləri bunu dərk etmədən bu qadınlar döşlə əmizdirmənin əsas prinsiplərini bilirdilər...
  • SÜDƏMƏR UŞAQLARA ÇAY VƏ SU LAZIMDIRMI?
    Döş südü, eləcə də ağız südü, körpələr üçün ideal tarazlaşdırılmış qida və sudur. Birincİ altı ay ərzində onlara heç bir başqa əlavə qida və maye lazım deyil. Uşağın qəbul etdiyi döş südünün miqdarını adi...
  • Домашние советы
    Bu məqalə üçün tərçümə mövcud deyil.Стирка вещей из натурального и исскуственного шелка Эти ткани стирают в мыльной пене или в растворе...

Partnyorlar

Netty2009 Winner
 
Banner

4-cü həftə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Diaqnostika məqsədi daşıyan sidik testləri müsbətdir. Rüşeymdə əsas toxumaların və orqanların təməli qoyulmuşdur. Dördüncü həftə.Əgər Sizdə izahı olmayan sinirlilik, tez yorulma, süd vəzilərinin şişməsi və həssaslığının artması yaranıbsa, deməli sarı cisim durmadan çalışır. Deməli, Siz hamiləsiniz.

Lakin yaddan çıxarmayın ki, belə hallar həmçinin növbəti aybaşının başlamasına az qalmış da yarana bilər. O zaman sual meydana çıxır: bu hamiləlikdir, yoxsa yox? Xoşbəxtlikdən bu sualın cavabını vermək üçün üsul mövcuddur.

Bu həftədə Sizin orqanizminizdə yeni hormon – xorion (cift) qonadotropini əmələ gəlir. Bu hormonu sidikdə aşkar etməyə kömək edən testlər apteklərdə reseptsiz olaraq satılır. Ev şəraitində belə testləri aparmaq heç bir çətinlik təşkil etmir. Əgər test müsbət nəticə verərsə, demək olar ki, Siz hamiləsiniz. Amma yaxşı olar ki, bu testi o biri (beşinci) həftədə aparasınız, çünki, o zaman sidikdə xorion qonadotropininin səviyyəsi daha yüksək olur.

Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır. Yadda saxlayın ki, ilk 12 həftə Sizin gələcək körpənizin inkişafında ən kritik, ən məsuliyyətli dövrdür. Səhvə yol vermək olmaz – bu olduqca baha başa gələ bilər. Hər hansı bir sual meydana çıxarsa, ixtisaslı həkimə müraciət edin!


Gələcək uşaq

Bu həftə baş verənlər döl üçün olduqca əhəmiyyətlidir.
Bu dövrdə döldənkənar adlanan orqanlar inkişaf edir. Bu orqanların sayi üçdür: xorion, amnion, yumurta sarısı kisəsi. Bu adlar yəqin ki, Sizə tanış deyil. Buna baxmayaraq qeyd etməliyik ki, geniş insan kütləsinə çox da məlum olmayan bu orqanlar olmadan rüşeymin inkişafını təsəvvür etmək mümkün deyil. Ona görədə təbiət bu orqanların yaranmasına tam bir həftə sərf etməyi qərara almış və bu müddətdə hətta ruşeymin hüceyrələrinin inkişaf sürətini azaltmışdır. Döldənkənar orqanların yerinə yetirdiyi başlıca vəzifələr qidalanmanın təmin edilməsi, tənəffüs, biokimyəvi dəstək və körpənin hər tərəfli müdafiəsidir. Xorion sonradan plasentaya, amnion isə döl qovuqcuğuna çevrilir.
Maraqlı burasıdır ki, bu orqanların yaranmasına ata genləri ana genlərinə nisbətən daha çox qüvvə sərf edirlər. Hətta genetik səviyyədə belə, kişilərin əbədi vəzifəsi – onların məsuliyyəti altında olanların yaşamasını və müdafiəsini təmin etmək - belə özünəməxsus bir şəkildə yerinə yetirilir.
Körpəniz isə indiki dövrdə bir neçə qatdan ibarət olan diski xatırladır. Bu qatlardan hər biri sonradan yaranacaq hər bir orqanın əsasını təşkil edir. Lakin bütün bunlar hələ ki, uzaq gələcəkdədir.
Sol tərəfdəki şəkil ruşeymin həftənin əvvəlindəki halını əks etdirir, sağdakı isə 6-7 sutka ərzində baş vermiş dəyişiklikləri göstərir. Bu göy rəngli nazik zolağın sonradan körpəyə çevriləcəyinə inanmaq çətindir, elə deyilmi?