SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Как закончить ремонт и не потратить лишнего
    Bu məqalə üçün tərçümə mövcud deyil.Если Вы первый раз в своей жизни решили облагородить свое жилище, знайте, найдется много строительных фирм, или...
  • Doğuşa hazırlıq. 1-ci hissə
    Doquş-vaxt etibarilə çox uzun müddət davam etməyən, amma qadının həyatında vacib və murəkkəb bir mərhələdir. Elə buna görə də doğuşa hazırlığa sərf olunan vaxt heç vaxt çox sayıla bilməz. Qadın doğuşa nə qədər...
  • Важней всего погода в доме
    Bu məqalə üçün tərçümə mövcud deyil.Когда последний раз вы были на природе? Аааа! Не помните! при нынешнем бешенном ритме жизни наше общение с...

Partnyorlar

Netty2009 Winner
 
Banner

5-ci həftə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Artıq rüşeymin baş və quyruq qütblərini ayırd etmək mümkündür. Tibb işçiləri Sizin körpəni indiki vəziyyətində rüşeym alandırırlar. QADIN

Sizin səhhətinizdə keçən həftə baş verən dəyişiklərə bu həftə yeniləri – baş ağrıları, tezləşmiş sidik ifrazı, yuxululuq, iştahın azalması, ürək bulanma və hətta qusma əlavə oluna bilər.

Siz özünüzdə əvvəl müşahidə etmədiyiniz istəklər, məsələn, daima duza və sirkəyə qoyulmuş şorapalara hədsiz hərislik aşkar edə bilərsiniz . Bütün bunlar erkən toksikoz. əlamətləridir. Bunların səbəbi Sizin orqanizminizdə davam edən hormonal yenidənqurmadır.

 

Elə qadinlar var ki, yuxarıda təsvir etdiyimiz əlamətlərdən heç biri onları narahat etmir. Belə qadınlar el arasında hamiləliyin ilkin əlamətləri hesab olunan ürək bulanma və qusmadan əziyyət çəkmədən erkən hamiləlik dövrünü rahat keçirəcəklər. Əgər Siz bu cür “kiçik sevinclərdən” məhrumsunuzsa, Sizə ancaq paxıllıq etmək olar. Yox əgər, urək bulanma və qusma Sizə əziyyət verirsə, dözümlü olun. 12-ci həftəyə bu “işgəncə” bitəcək. Erkən toksikoz Sizin üçün dözülməz hala çevrilərsə, o zaman həkimə müraciət edin, amma özübaşına müalıcə qəti surətdə qadağandır.

 

Birinci həftə üçün olan tövsiyyələr hələ də aktualdır.

GƏLƏCƏK UŞAQ

 

Bu həftə ərzində ruşeym əsaslı dəyişikliklərə məruz qalır. Əvvala, onun forması dəyişir-indi ruşeym daha çox 1,5-2 mm uzunluğunda silindri xatırladır. Həkimlər Sizin körpəni indiki vəziyyətində rüşeym adlandırırlar.

Bu həftə ərzində qara ciyərin və mədəaltı vəzin təməli yaranır. Eyni zamanda yuxarı tənəffüs yolları - qırtlaq və traxeya, həmçinin, ürək yaranmağa başlayır. Sinir borusunun hissəvi qapanması baş verir. Sinir borusu mərkəzi sinir sisteminin ruşeym formasıdır və buna görə onun vaxtında qapanması böyük əhəmiyyət kəsb edir. Bu prosesdə Sizin vitamin kompleksi şəklində və ya ayrıca olaraq qəbul etdiyiniz fol turşusu öz müsbət rolunu oynayır.

Daha bir əhəmiyyətli hadisə - rüşeymdə qonoblastların, yəni, gələcək spermatozoid və ya yumurta hüceyrin əsası qoyulur. Demək olar ki, bu proseslə Sizin gələcək nəvələrinizin dunyaya gəlmə şansı yaranır. Olduqca maraqlı, bəzən də inanılmaz kimi gəlir, deyilmi?