6-cı həftə
Erkən toksikoz… Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır.QADIN
Əgər iş elə gətirib ki, Siz erkən toksikozun “gözəlliklərinə” düçar olmusunuz, o zaman bu həftə ərzində ürək bulanma güclənə bilər. Bəzi qadınlara müəyyən qoxular pis təsir edir, onlarda ağız suyunun ifrazı güclənir. Döş vəzilərində bəzən sancma xarakterli hissiyat əmələ gələ bilər.
Sizi harahat edən bütün buəlamıtlırin səbəbi orqanizmdə baş verən hormonal dəyişikliklərdir. Bu dəyişikliklərin məqsədi isə Sizin körpənizin bətindaxili inkişafi üçün mümkün qədər hərtərəfli şərait yaratmaqdır.
Bu halı yaradan səbəbi aradan qaldırmaq mümkün olmadığı üçün bu vəziyyətə alışmaq lazımdır. Bu işdə aşağıda verdiyimiz məsləhətlər Sizin köməyinizə gələ bilər:
Vitaminli preparatların qəbulunu davam edin (və ya başlayın). Çalışın ki, vitaminlərin qəbulu qusmanın Sizi az narahat edən dövrünə təsadüf etsin. Bu preparatlar Sizi toksikozdan xilas etməyəcək, amma dölü lazımı vitaminlərlə təmin edəcək.
Az-az, lakin tez-tez (6-7 dəfə) yemək yeyin. Ilk yemək qəbulunu hələ yataqda ikən başlamaq olar. Son yemək qəbulu isə yuxulama vaxtına yaxın ola bilər. Eksperiment kimi gün boyu müxtəlif qida məhsulları – suxari, kreker, kişmiş və ya çipslər qəbul edə bilərsiniz. Kim bilir, bəlkə bu məhsullardan biri ürək bulanmanı azaldacaq?
Əhəmiyyət baxımından qida məhsullarından heç də geri qalmayan maye qəbulunu da unutmayın. Mayeni Siz mineral sular, meyvə şirələri, meyvələr (qarpız, yemiş. xurma, armud) şəklində qəbul edə bilərsiniz. Orqanizmin maye və duz itkisinə səbəb olan qusma halları varsa, maye qəbuluna xüsusi diqqət yetirməlisiniz.
Günün çox hissəsini dincəlməyə sərf edin. Tes-yatın, gec oyanın. Xüsusi ilə səhərlər gərgin əməklə məşğul olmayın.
Sizi qıcıqlandıran qoxularla (dezodorant, müxtəlif parfümeriya məhsulları, qida qoxuları), dadlarla təmasda olmayın. Sizinlə bərabər yaşayan ailə üzvləri də bu işdə yardımçı olmalıdırlar. Bəzi qadınların etirafına görə onlara qusmadan xilas olmağa yaxşı diş məcunu və saqqız kömək etmişdir. Sınayın, bəlkə Sizin də dadınıza çatdı?
Stres gərginliyini mümkün qədər məhdudlaşdırın. Əgər bunu etmək mümkün deyilsə (məsələn, iş yerinizlə əlaqədardırsa), o zaman psixoterapevtə müraciət edin. Onunla bərabər apardığınız iş nəticəsində psixo-emosional gərginliyinizi azalda, erkən toksikozu daha asan keçirmək məqsədi daşıyan autotreyninq üsullarına yiyələnə bilərsiniz.
Bəzən Şərq təbabəti metodlarından xidmətlərindən istifadə olunur. Bu halda iynə refleksoterapiyası, barmaq akkapunkturu vasitəsi ilə qusma, urək bulanma, baş ağrıları kimi əlamətləri aradan qaldırmağa cəhd göstərilir. Lakin bu üsullardan ancaq həmin metodun keyfiyyəti barəsində 100% əmin olduğunuz məlumatı aldıqdan sonra istifadə etmək olar. Bunun üçün yaxın və tanışlarınızdan informasiya əldə etməyi, həkiminizlə məsləhətləşməyi tövsiyyə edirik.
Amma heç bir vəchlə, dərmanla özübaşına müalicəyə yol verməyin. Yaxşı olar ki, əvvəl ixtisaslı həkimə müraciət edəsiniz.
Həkim hər zaman Sizin üçün və körpəniz üçün problemin optimal həllini tapa bilər.
