SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Anna Qeddes-Körpələr
  • Kesar kəsiyi
    Bir sıra əsirlər boyunca kesar kəsiyi ancaq ananı xilas etmək mümkün olmadıqda, körpəni qurtarmaq üçün aparılmışdır. X1X əsrdən başlayaraq, uşaqlığa tikiş qoymaq mümkün olmuşdur və 50-ci illərdən etibarən, kesar...
  • Кровотечение
    Bu məqalə üçün tərçümə mövcud deyil.При ранениях, полученных во время несчастного случая, крови вытекает не так много, как кажется. Здоровый...

Partnyorlar

Netty2009 Winner
 
Banner

7-ci həftə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz?Əgər döş giləsi ətrafi nahiyyənin tündləşməsini aşkar edərsəniz, təəccüblənməyin. Bu hamiləlik zamanı yarana bilən əlamətlərdən biridir.

Siz artıq 2-3 həftədir ki, menstrual qanaxmanın baş verməsini gözləyirsiniz.

 

Əgər belə gecikmələr Sizin üçün adət şəklindədirsə və yuxarıda göstərilən hamiləlik əlamətləri yoxdursa, buna baxmayarq birinci həftə üçün verilmiş tövsiyyələri yerinə yetirməkdə davam edin. Sizi əmin edirik ki, bunların heç bir ziyanı yoxdur. Yox əgər, saydığımız əlamətləri özünüzdə hiss edirsinizsə, qadın məsləhətxanasına müraciət edin, həm də əvvəl söhbət açdığımız hamiləlik testlərini də yaddan çıxarmayın (4-cü həftəyə bax).

 

Körpə bir qədər böyümüşdür – onun uzunluğu artıq 7-9 mm-ə çatır.

 

Qida borusunun, nəfəs borusunun və qarının ön divarının inkişafında irəliləyiş əldə olunmuşdur. Döş sümüyünun və nazik bağırsağın formalaşması hələ yeni başlayır. Böyrəküstü vəzin qabıq maddəsinin əsası qoyulur – bu, ən çətin vəziyyətlərdə insan orqanizminin köməyinə çatan endokrin vəzidir.

 

Kəllə beyin intensiv olaraq, inkişaf edir. Kəllə və çanaq nahiyyələri aydın seçilir.

Bu həftədə bəzi “itkilər” də baş vermişdir – sağ göbək venası itmiş, sol isə hələ qalmışdır. Sizi arxayın etmək üçün deməliyik ki, bu “itki” heç bir qorxu doğurmamalıdır, bu normal əlamətdir.

 

Körpə hələ də insandan çox kosmosdan gəlmiş “qonağı” xatırladır. Lakin bu keçici vəziyyətdir. Bunu bilən halda yəqin ki, dölün “quyruğu” Sizi qorxutmayacaq. Sizi inandırırıq ki, bu dunyada vaxtı ilə belə bir “quyruğu” olmayan insan tapılmaz. Bu, hər birimizin başına gəlmiş bir haldır.

10-cu həfətədə “quyruq” mütləq itəcək.