8-ci həftə
Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşını başlanmasını gözləyirsiniz.; həkimə müraciət etməyin əsil vaxtıdır. Embrion öz-özünə hərəkət etməyə başlayır.
Beləliklə, Siz artıq bir aydır ki, nəticəsiz olaraq, növbəti aybaşının başlanmasını gözləyirsiniz.
Əgər indiyə qədər hələ həkimə müraciət etməmisinizsə, əsil vaxtıdır! Qadın məsləhətxanasına və həkim – genetikin qəbuluna gedin.
Həkim-ginekoloqun ilk məsləhəti zamanı Sizin hamiləliyin fərdi müşahidə planı tərtib olunacaq. Bu plana aşağıdakı laborator müayinələr daxil olacaq:
-
Sidiyin zülala, leykositlərə ə xroniki qonadotropinə görə analizi;
-
Bazal arterial təzyiqin ölçülməsi;
-
Çəkinin ölçülməsi (ilkin bədən çəkisi)
-
Çanağın ölçülməsi;
-
Qanın ümumi analizi, RV, VİÇ infeksiyalarına, Rh-faktora görə analızı və s.
-
Ifrazat yaxmalarının müayinəsi (bunların bəziləri daha gec müddətdə də aparıla bilər);
-
Ailə və mamalıq anamnezi.
Siz burada hazırki hamiləliyin gözlənilən qanunauyğun nəticəsi olacaq doğuş üçün psixoloci-profilaktik hazirlıq almaq üçün hara müraciət etməli olduğunuz haqqında ətraflı məlumat ala bilərsiniz.
Sizin sağlamlıq vəziyyətinizin və anamnezinizin xüsusiyyətləri nəzərə alınmaqla, başqa əlavə müayinə metodları da təyin oluna bilər.
Həkim –genetik tərəfindən Sizin irsiyyətiniz qiymətləndirələcək, əgər lazım olarsa, perinatal diaqnostika üçün tədbirlər planı hazırlanacaq (bu tibbi müayinələr döldə baş verən və əlilliyə səbəb ola bilən xəstəliklərin hələ doğuşdan əvvəl müəyyən etməyə imkan verir).
Sizin həkimlə olcaq sonrakı görüşlərinizin sayı və davam etmə müddəti hamiləliyinizin gedişindəm asılıdır.
Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır.
GƏLƏCƏK UŞAQ
“Ürək” yaranma prosesinin son “naxışları” yerinə yetirilir – ürək şöbələri arsında arakəsmələr tam təkmilləşdirilir. Ürəyin iri qan damarları ilə əlaqəsi genişlənir. Mədə aşağı doğru yerdəyişmə etməklə, qarın boşluğunda öz yerini tutur. Eyni zamanda, mədə divarının əzələ qatının sinir elementləri ilə təmin olunması prosesi başlanır, belə ki, bu proses sonralar qidanın mədədən düzgün keçməsi üçün böyük əhəmiyyət kəsb edir. Ağız suyu vəzlərinin əsası qoyulur.
Sümüklər və hətta oynaqlar aktiv inkişaf edir. Yuxarı dodaq formalaşır. Əgər doğulacaq uşaq oğlandırsa, bu dövrdə onun xayaları inkişaf etməyə başlayır.
Bu dövrdə aparılan ultrasəs skanlaşdırılması vasitəsi ilə təkcə baş və çanaq hissələrini deyil, həmçinin “kürək” və “qarın” nahiyyələrini, eyni zamanda “gözlərini” (tibbi dillə desək – göz qədəhlərini) ayırd etmək olar. Sizə elə gəlir ki, bunu etmək asandır? Heç də yanlış fikirlərə düşməyin. Nəzərə alın ki, bu canlının indiki dövrdə uzunluğu cəmi 8-11 mm-dir!
