SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Как закончить ремонт и не потратить лишнего
    Bu məqalə üçün tərçümə mövcud deyil.Если Вы первый раз в своей жизни решили облагородить свое жилище, знайте, найдется много строительных фирм, или...
  • Doğuşa hazırlıq. 1-ci hissə
    Doquş-vaxt etibarilə çox uzun müddət davam etməyən, amma qadının həyatında vacib və murəkkəb bir mərhələdir. Elə buna görə də doğuşa hazırlığa sərf olunan vaxt heç vaxt çox sayıla bilməz. Qadın doğuşa nə qədər...
  • Важней всего погода в доме
    Bu məqalə üçün tərçümə mövcud deyil.Когда последний раз вы были на природе? Аааа! Не помните! при нынешнем бешенном ритме жизни наше общение с...

Partnyorlar

Netty2009 Winner
 
Banner

9-cu həftə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər. 

Hələ də yorğunluq, urəkbulanma, bəzən başgicəllənmə halları baş verə bilər. Sözsüz ki, hamiləlik keçirmək – ağır əməkdir. Döş nahiyəsinə diqqət yetirin: əgər Sizin dərialtı venalarınız daha nəzərə çarpan şəklə düşübsə (göy rəngli tor şəklində), bu o deməkdir ki, Sizin damarlarınızın divarları genişlənməyə meyllidir (adətən bu problem daha sonrakı dövrlərdə meydana çıxır).

 Ruhdan düşməyin - əksinə, damarların hədsiz genişlənməsinin qarşısını almaq üçün tədbirlər görün:

  • Döş vəzilərinizi yaxşı saxlayan alt paltarı seçin;
  • Ağır əşyaları qaldırmayın və qarin əzələlərini gücə salmayın;
  • Uzun müddət oturmaq və uzanmaq məsləhət deyil, yaxşı olar ki, daha çox piyada gəzəsiniz:
  • Əgər uzun müddət uzanmaq məcburiyyətindəsinizsə, heç olmazsa, ayaqlarınıza hündür vəiyyət verin;
  • Həkiminizlə məsləhətləşdikdən sonra, elastik corablardan istifadə edə bilərsiniz.

 

Bu tədbirlər aşağı ətraflarda qan dövranını yaxşılaşdırır. Bununla da dərialtı venaların işini asanlaşdırır. Vitamin preparatlarını da yaddan çıxarmayın – C və P vitaminləri damar divarlarını möhkəmləndirir, onların genişlənməsinin qarşısını alır.

 

Birinci həftə üçün olan tövsiyyələr əvvləki kimi aktualdır.

GƏLƏCƏK UŞAQ

 

Baş beyin intensiv olaraq, inkişaf edir – bu həftədə beyincik formalaşır (bu beynin müvazinət sistemi üzrə cavabdeh şöbəsidir). Böyrəküstü vəzin beyin maddəsinin əsası qoyulur. Yəqin ki, həyatınızda bir dəfə də olsun, “adrenalin” sözünü eşitmisiniz. Bu hormon məhz böyrəküstü vəzlərin beyin maddəsi tərəfindən ifraz olunur.

 

Artıq Sizin körpənin üz hissəsini ayırd etmək olar. Çənə hələ də döşə doğru əyilmişdir. ətraflar aktiv olaraq, formalaşır: sümüklər möhkəmlənir, oynaqlar, əl və ayaq barmaqları daha da formalaşır.

 

Bu həfətədə ilk qeyri-iradi hərəkətlər baş verı bilər!

 

Körpə bir qədər böyümüşdür: onun “təpə”dən “sağrı” nahiyyəsinə qədər olan uzunluğu 13-15 mm-dir. Çəkisi isə cəmi 1 qr – tək bir qram təşkil edir. Sizi təbrik edirik – bu Sizin varisinizin cəkisinin ilk qramıdır!