10-cu həftə
Yorğunluq və ürəkbulanma ... daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək. Bel xəttiniz tədricən itməyə başlayır.
Yorğunluq və ürəkbulanma hələ də Sizi narahat edirsə, bütün səbrinizi toplayın! Daha bir neçə həftə tab gətirsəniz , əziyyətlər bitəcək (hər halda, hamilə qadınların əksəriyyətində belə olur). Süd vəzilərinin mərkəzi nahiyyəsində mərci dənəsi ölçüsündə düyünlər yarana bilər.
Bunlar “Mantqomeri düyünləri “ adlanır və tər vəzlərinin böyüməsindən başqa bir şey deyil. Bu Sizin orqanizminizdə hamiləlik nəticəsində yaranan daha bir dəyişiklikdir.
Birinci həftə üçün olan tövsiyyələri yaddan çıxarmayın.
GƏLƏCƏK UŞAQ
Sizin körpəniz inkişafının yeni mərhələsinə - fetal dövrə daxil olur. Indi o, döl adlanır. Bu an üçün o, artıq möhtəşəm nailiyyətlər əldə etmişdir!
Oynaqlar, əl və ayaq barmaqları, qulaq seyvanları, üst dodaq formalaşmışdır. Diafraqma – qarın boşluğu ilə döş qəfəsini ayıran pərdə demək olar ki, hazırdır. Xarici cinsi orqanların formalaşması başlanır. “Quyruq” itir. Süd dişlərinin əsası (onlar həyatın birinci ilində çıxacaq) inkişaf etməyə başlayır.
Körpə komfort bir şəkildə amnion mayesi (və ya dölyanı sular) ilə dolu olan döl qovuğunun içərisində yerləşir. Qovuqdakı mayenin miqdarı – 20 ml – dir. O demək olar ki, şəffafdır. Körpənin gözləri geniş açılmış vəziyyətdədir, lakin onun görmə qabiliyyətinin olub-olmaması haqqında heç bir mülahizə yürütmək mümkün deyil.
Dölün çəkisi 4 qrama qədərdir, “təpə”dən “sağrı” nahiyyəsinə qədər olan üzünlüğü 27-35 mm-dir. Əgər o, uşaqlıq divarına toxunursa, divardan təkanla aralana bilər! Lakin Siz hələ bunu hiss edə bilməzsiniz.
