Ulduz falı - Qoroskop
Həftəlik ulduz falı 10-16 avqust
17.08.2009 00:00
QOÇ (həftəlik ulduz falı) 10-16 avqust
Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 13-nə qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı günlərə saxlayasınız.
BUĞA (həftəlik ulduz falı) 10-16 avqust
Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr edin.
ƏKİZLƏR (həftəlik ulduz falı) 10-16 avqust
İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Ələlxüsus da böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.
XƏRÇƏNG (həftəlik ulduz falı) 10-16 avqust
Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmçinin əsəbi situasiyalar ovqatınızı korlasa da, özünüzü təmkinli aparmağa çalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və düşüncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi üçün müsbət rol oynayacaq. Ailə üzvlərinizlə xoş davranın.
ŞİR (həftəlik ulduz falı) 10-16 avqust
Təəssüf ki, "hakim" olsanız da, bu ərəfə bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. Heç olmasa, günlərinizin maraqlı olması üçün müəyyən tədbirlər görün. Ayın 13-dən sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın.
QIZ (həftəlik ulduz falı) 10-16 avqust
İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.
TƏRƏZİ (həftəlik ulduz falı) 10-16 avqust
Yaxşı olar ki, bütün vacib işlərinizi avqustun 12-nə qədər başa çatdırasınız. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın. Ümumiyyətlə, çox məsələlərə görə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür.
ƏQRƏB (həftəlik ulduz falı) 10-16 avqust
Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 14-15 avqust aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlarınız olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir.
OXATAN (həftəlik ulduz falı) 10-16 avqust
Bütün enerjinizi işə salıb qarşıda duran maneələri bir-bir dəf etməlisiniz. Düzdür, həmişə olduğu kimi, indi də yaxınlarınız, dostlarınız hər vəchlə sizə mane olmaq istəyəcəklər, buna baxmayaraq, belə hallar qlobal işlərinizin gedişatına pis təsir etməyəcək. Bu arada nüfuzlu və dəyərli insanlarla görüşmək, müqavilələr bağlamaq sizə böyük səmərə verəcək.
OĞLAQ (həftəlik ulduz falı) 10-16 avqust
Ümumi məziyyətlərinə görə, uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keçməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dönə-dönə ölçüb-biçmək lazım gələcək. Hətta ola bilər ki, buna görə aldığınız dəvətləri də təxirə salasınız. Avqustun 14-dən sonrakı müddət müəyyən gərginliklə müşahidə olunsa da, bu hal itkilərlə nəticələnməyəcək.
DOLÇA (həftəlik ulduz falı) 10-16 avqust
Bu zaman kəsiyini bir qədər süst şəkildə başa vuracaqsınız. Düzdür, ciddi probleminiz olmayacaq, amma maraqlı bir hadisənin də iştirakçısı olmayacaqsınız. Ulduzlar yeni əlaqələrə can atmamağı tövsiyə edir. Ən azı ona görə ki, bu cəhdlərin nəzərəçarpacaq perspektivləri olmayacaq. Sizə konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazım gələcək.
BALIQLAR (həftəlik ulduz falı) 10-16 avqust
Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir. Ən azı ona görə ki, bu qarışıq dünyamızda ən güclü himayədarınız yalnız məhəbbət ola bilər; növlərini isə özünüz təyin etməlisiniz. Əgər ixtiyarınızda olan bu müddətdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək.
