Uşaqda badamcıqların kəskin iltihab (Angina) prosesinin səbəbləri.
14.02.2009 20:34
Uşaqlarda bir qayda olaraq anginanın səbəbləri stafillakoklar və streptokoklardır o cümlədən adenoviruslar. Bəs onların mənbəyi nədir? Ola bilsin ki, uşaq gəzinti zamanı soyuqlayanda nəfəs yollarının selikli qışası üzərində bir müddət süst qalan bakteriyalar aktivləşməsi nəticəsində baş versin.
Lakin onlar uşaq orqanizminə kənardan da daxil ola bilərdi, məsələn uşaqları küçədə və ya evdə böyüklər də yoluxdura bilərdi.
Uşaqlarda badamcıqların kəskin iltihabın (Anginanın) simptomları:
Angina bir qayda olaraq kəskin başlayır. Bədən hərarəti kəskin surətdə yüksək 39-41 C dərəcəyə qədər qalxa bilir. Boyun, çənə limfatik düyünləri şişir, bunu siz palpasiya ilə də müəyyən edə bilərsiniz. Uşaqda narahatçılıq hiss olunur, udqunanda ağrıya şikayətlənə bilər, bu səbəbdən uşaq yemək yeməkdən imtina da edə bilər. Badamcıqların böyüyür onların üzərində ağartılar müşahidə olunur.
Anginanın müalicəsi:
İlk simptomların müşahidə olunduğu andan başlayaraq mütləq qaydada həkim çağırın. Əgər hərarət 38,5 C dərəcədən qalxarsa həkimin gəlişinə qədər yalnız hərarət salan parasetamol və ya parasetamol tərkibli (panadol, eferaqlqan, kalpol və s) dərman verilə bilər. Yaxşı olar ki dərman ya sirop ya da şam şəklində olsun (Şamlar hərarəti daha tez salır). Digər medikament və dərmanları isə həkim yazmalıdır. Məsələn iltihablı proses zamanı antibakterial terapiya tətbiq edilməlidir.
Tədricən uşağa isti maye içirdin: limonlu, ballı və ya böyürtkənli çay (əgər uşaqda sadlananlara allergiya yoxdursa), quru meyvələrdən hazırlanmış kompot da verilə bilər. Qızdırması olmazsa gecə yuxusundan əvvəl isidilmiş bal, süd və kərə yağı qarışığını verə bilərsiniz (allergiya yoxdursa). Bu qarışıq angina ilə mübarizədə çox effektiv köməkçidir.
