SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Hamiləlik zamanı Kandidoz
    Həkim-ginekoloqlar süd yarasını ciddi bir xəstəlik kimi qəbul edirlər – bu xəstəliyi tanınmış kandida göbələyi yaradır. Ancaq ifraz olma, yanma, qaşınma tək bu səbəbə görə olmur. Vaginal iltihab (kolpit) honoreya,...
  • Şəki pitisi
    Sümüksüz qoyun əti – 163 q, noxud – 30 q, quyruq – 20 q, baş soğan – 18 q, şabalıd – 30 q, quru gavalı – 20 q, zəfəran – 0,1, istiot, duz, sumaq.  
  • Qanı az olan qadınlar nə etməli?
    Xeyir. Qanı az olan qadınlar döşlə əmizdirə bilər, ancaq onların öz səhhəti üçün müalicə olunmaları xeyirli olar.Gida zamanı çay içmək əmirin mənimsənilməsini azaldır və buna görə çalışın çayı yeməkdən iki saat...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Zəhərlənmədə ilk yardım

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Zəhər orqanizmə mədə, dəri və ağ ciyərlər vasitəsilə daxil ola bilər. Çalışın zərərçəkmişin nə ilə zəhərləndiyini müəyyən edəsiniz ki, təcili tibbi yardım zamanı dərhal xüsusi antizəhər terapiyaları aparıla bilsin.

Zəhərlənmə zamanı təxirəsalınmaz tədbirlər

Əgər zəhərlənmə aşındırıcı maddələrdən baş veribsə (ağardıcı və s.), qusma halına gətirməyə cəhd göstərməyin. Əgər zərərçəkmişin dodaqları yanıbsa, və o huşunu itirməyibsə, ona zəhərin konsentrasiyasnı azaltmaq və mədəni müdafiə etmək üçün dərhal süd verin. Qusdurmaq üçün heç bir şey verməyin.
Əgər zəhər dəri vasitəsilə keçibsə (misal üçün kənd təsərrüfatında istiyadə edilən kimyəvi maddələrdən), dərhal paltarını çıxarıb, həmin yeri su ilə yuyun. Bu zaman yaxşı olardı ki, əlləri qorumaq üçün massaj üçün nəzərdə tutulmuş əlcəklərdən istifadə edəsiniz. Əgər zəhərli maddəni nəfəs alma ilə qəbul edibsə bu zaman onu təmiz havaya çıxarın.
Əgər zərərçəkmiş huşunu itiribsə, onun tənəfüsünə və nəbzinə nəzarət edin.
Dərhal Təcili yardım çağırın.