Свадьба
Emil və Emiliya
07.05.2009 15:16
Gözəl bir gün idi, 9 mart günü. Mən icq proqramı ilə qeydiyyatdan keçdim və virtual canlı ünsiyyət mənə maraqlı gəlmişdir. Özüm bu formada ünsiyyətə ciddi baxmırdım, tanışlar da müxtəlif neqativ əhvalatlar danışmışdılar. Bu anda bir cavan oğlan mesaj göndərdi, çox mədəni tərzdə salamlaşaraq tanış olmağı təklif etdi (heş demə özü də bu proqramda yeni istifadəçi idi). Özünü təqdim etdi, dedi: - Adım Emildir. Cavabında dedim ki mənim adım Emiliyadır.
08.08.08 tarixində toyumuz oldu
07.05.2009 15:12
Çox yaxşı və mədəni bir cavan oğlanla görüşürdüm. Ciddi görüşürdük və artıq nişan haqqında söhbətlər də gedirdi. Lakin hiss edirdim ki, qismətim bu deyil anam da deyirdi: -Özün bilərsən ancaq qızın sənin yanında belə bir insanı təsəvvür etmirdim, görkəminizdən belə bir-birinizə yaraşmırsınız.
İlk vaxtlar soyuq idi.
20.04.2009 14:28
Bizim tanışlıq hekayəmiz adididr. İşdə tanış olduq, qonşu tepartamentlərdə işləyirik. Ancaq tanışlığımızın irəliləməsi maraqlıdır. Yoldaşım məndən sonra ora işə düzəlib. Onu görəndə fikirləşdim ki, qəşəng oğlandır və flirtlə məşğul oldum onunla. Onların idarələrinə surətçıxarmaya (onun kabinetinə), ya da başqa bəhanələrlə gedirdim və hər dəfə onunla söhbət etməyə jəhd edirdim. O isə ilk vaxtlar çox soyuq idi, ciddi diqqət ayırmırdı mənə. Beləcə də nəyimə gərək olduğunu düşündüm. Onu kursa göndərdilər.
13 il bir yerdə
20.04.2009 14:24
Rəfiqəmlə ONU mağazada gördüm, o saat xoşuma gəldi, elə bil üstümə qaynar su tökdülər. 2 dəqiqə bir-birimizə baxdıq, sonra gülümsədi və ...
Qız şaxı
09.04.2009 14:47
Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı “şax” qaldırır. Şaxqaldırma geniş yayılmış bir adətdir. Şax taxtadan düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş bir toy bəzəyidir. Onu bəzəməyə də xüsusi məharət lazımdır.
Хна
09.04.2009 14:46
Bu məqalə üçün tərçümə mövcud deyil.Девушки собираются вокруг невесты в одной из комнат. Одна из родственниц невесты берет чашу с заранее размоченной хной, танцует. Затем кладет 2 чаши перед одной из родственниц жениха - одну с хной, другую пустую. Родственница жениха кладет деньги в пустую чашу, а из другой берет немного хны.
Qız toyu
09.04.2009 14:43
Səhər saat on birdə, on ikinin yarısı “qara zurnanın” səsi ətrafa yayılar, kəndi ayağa qaldırardı. Toy başlanardı.
Yenə cavanlar yığılır qulluq etməyə. Dəstə - dəstə adamlar toy evinə gəlir. Yeyir, içir, şənlənirlər. Kimi xonça gətirir, kimi də nəmər atır.
Toy günü
09.04.2009 14:42
Kəntdə toy üç gün olur – cümə, şənbə və bazar günləri. Toyun birinci günü axşam üstü başlayır.
Toyu çalançılar aşıq, bir də toybaşı idarə edir. Kim hansı havanı oynamaq istəyirsə, toybaşıya sifariş verir.
Toyun ikinci günü toy əhli oynayır, şənlənirlər, müxtəlif oyunlar keçirirlər.
Səhifə 1 dən 4
