SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Хна
    Bu məqalə üçün tərçümə mövcud deyil.Девушки собираются вокруг невесты в одной из комнат. Одна из родственниц невесты берет чашу с заранее...
  • Стоит ли нам заводить собаку
    Bu məqalə üçün tərçümə mövcud deyil.Стоит ли нам заводить собаку? Над этим вопросом нам стоит серьёзно подумать и взвесить все за и против, прежде...
  • Toy günü
    Kəntdə toy üç gün olur – cümə, şənbə və bazar günləri. Toyun birinci günü axşam üstü başlayır. Toyu çalançılar aşıq, bir də toybaşı idarə edir. Kim hansı havanı oynamaq istəyirsə, toybaşıya sifariş verir. Toyun...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Gəlin aparma

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Azərbaycan xalqının ən qədim havası olan “Vağzalı”nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya – oynaya, oxuya – oxuya deyirlər:

Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.

Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymazlar. Gəlin evdən çıxmamış ata – ana xeyir – dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini üç dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.
Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atırlar ki, aydınlıq olsun.
Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Gəlini qapıda əyləşdirib quvağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun.
Gəlin ayağı altında qoyun qurban kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanlı olsun, tez qaynayıb – qarışsın oğlan evinə.
Gəlinin qaynaması başına sığal çəkər ki, mehribançılıq olsun.
Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun.
Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdişlə, soldişin əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir.
Gəlin bəzədilmiş otağa aparılır. Hamı birağızdan “xoşbəxt olsun”, “oğullu – uşaqlı olsunlar” deyir.
Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlir.