SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

  • Həkimə baş çəkmə vaxtları
    Ilk baş çəkmə mümkün qədər tez – hamiləliyin ilk əlamətləri (aybaşının gecikməsi, ürəkbulanma, ağız suyunun ifrazının artması, qoxulara reaksiya, yuxululuq və s.) yaranan zaman olmalıdır. Bu vacibdir, beləki,...
  • Hamiləlik zamani dəyərli qidalanma
        Sonrakı 9 ay müddətində ana öz orqanizminə ziyan vurmadan uşağın inkişafı üçün optimalı şərait yartmalıdır.     Qidalanma məhsulları elə seçilməlidir ki, bunlar gün ərzində ananın və uşağın qidalı...
  • SÜDƏMƏR UŞAQLARA ÇAY VƏ SU LAZIMDIRMI?
    Döş südü, eləcə də ağız südü, körpələr üçün ideal tarazlaşdırılmış qida və sudur. Birincİ altı ay ərzində onlara heç bir başqa əlavə qida və maye lazım deyil. Uşağın qəbul etdiyi döş südünün miqdarını adi...

Partnyorlar

Netty2009 Winner
 
Banner

Рассказы

Emil və Emiliya

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

07.05.2009 15:16

Gözəl bir gün idi, 9 mart günü. Mən icq proqramı ilə qeydiyyatdan keçdim və virtual canlı ünsiyyət mənə maraqlı gəlmişdir. Özüm bu formada ünsiyyətə ciddi baxmırdım, tanışlar da müxtəlif neqativ əhvalatlar danışmışdılar. Bu anda bir cavan oğlan mesaj göndərdi, çox mədəni tərzdə salamlaşaraq tanış olmağı təklif etdi (heş demə özü də bu proqramda yeni istifadəçi idi). Özünü təqdim etdi, dedi: - Adım Emildir. Cavabında dedim ki mənim adım Emiliyadır.

 

Ətraflı: Emil və Emiliya

 

08.08.08 tarixində toyumuz oldu

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

07.05.2009 15:12

Çox yaxşı və mədəni bir cavan oğlanla görüşürdüm. Ciddi görüşürdük və artıq nişan haqqında söhbətlər də gedirdi. Lakin hiss edirdim ki, qismətim bu deyil anam da deyirdi: -Özün bilərsən ancaq qızın sənin yanında belə bir insanı təsəvvür etmirdim, görkəminizdən belə bir-birinizə yaraşmırsınız.


Ətraflı: 08.08.08 tarixində toyumuz oldu

 

İlk vaxtlar soyuq idi.

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

20.04.2009 14:28

Bizim tanışlıq hekayəmiz adididr. İşdə tanış olduq, qonşu tepartamentlərdə işləyirik. Ancaq tanışlığımızın irəliləməsi maraqlıdır. Yoldaşım məndən sonra ora işə düzəlib. Onu görəndə fikirləşdim ki, qəşəng oğlandır flirtlə məşğul oldum onunla. Onların idarələrinə surətçıxarmaya (onun kabinetinə), ya da başqa bəhanələrlə gedirdim hər dəfə onunla söhbət etməyə jəhd edirdim. O isə ilk vaxtlar çox soyuq idi, ciddi diqqət ayırmırdı mənə. Beləcə nəyimə gərək olduğunu düşündüm. Onu kursa göndərdilər.

Ətraflı: İlk vaxtlar soyuq idi.

   

13 il bir yerdə

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

20.04.2009 14:24

Rəfiqəmlə ONU mağazada gördüm, o saat xoşuma gəldi, elə bil üstümə qaynar su tökdülər. 2 dəqiqə bir-birimizə baxdıq, sonra gülümsədi ... tanış olduq. Görüşməyə başladıq. Əlaqələrimiz elə coşğun idi ki, tez-tez dalaşırdıq, ayrılırdıq ... elə tez-tez birləşib, barışırdıq. Mən ona şer yazırdım, o isə mahnı bəstələyirdi. Axşamlar evə zəng eləyib gitara çalıb serenada oxuyurdu. Sonra onunla dava etdik, o 6 aylıq başqa şəhərə getdi. Xətrimə çox dəymişdi. Çox əzab çəkirdim... ümumilikdə bir il görüşmədik, danışmadıq.

Ətraflı: 13 il bir yerdə

 

O çox ürəyi yumşaq və başa düşəndir

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

09.04.2009 14:03

Biz ərimlə birlikdə institutda oxumuşuq. Birinci kursda o mənə işarə etmişdi ki, xoşuma gəlirsən, əgər istəyirsənsə anamgilə deyim gəlsinlər. Oğlan mənə maraqlı deyildi deyə ona yox cavabı verdim. Amma bir dost kimi əla idi, bütün qızlar ona pərəstiş edirdilər. Onun niyə sualına isə mənə hələ oumaq lazımdır dedim (onun xətrinə dəymək istəmirdim). Beləjə 3 il keçdi. Bu illər ərzində biz onunla dava etdik. Danışmırdıq. Dərslərə demək olar ki getmirdik, ya o, ya da mən. Ümumilikdə görüşmürdük.

Ətraflı: O çox ürəyi yumşaq və başa düşəndir

   

Səhifə 1 dən 3

  • «
  •  «« 
  •  « 
  •  1 
  •  2 
  •  3 
  •  » 
  •  »» 
  • »