Artıq 4,5 il bir yerdəyik və 3,5 il evliyik
09.04.2009 13:55
Məndə əvvəl belə olmuşdu: ərimin qardaşı ilə dostlarımız tanış etdi, çıxdıq şəhəri gəzdik, danışdıq və sonra anladıq ki, bir-birimizin xoşuna gəlmirik, mehribancasına sağollaşdıq. Rəfiqəm maraqlananda dedim ki, mənim zövqümdə deyil. Bir neçə ay keçəndən sonra rəfiqəm ikinci cəhd göstərmək istədi lakin mən imtina edirdim.
Lakin onun təkidi ilə yenə görüşdüm. Bir kafedə oturduq, telefonlarımızı öyrəndik və sonda onun qardaşı gəldi və mən özümü narahat hiss etdim ki mənim haqqımda nə fikirləşəcək. Ancaq ikinci dəfəki xoşuma gəlmişdi. Sms-ləşirdik, zəng edirdik, gizli görüşlər və başa düşdük ki, sevirik bir-birimizi. Düzü çox problemimiz oldu. Bizimkilər istəmirdilər, onun valideynləri də eynən ancaq hər şeyə qalib gəldik, artıq 4,5 ildir tanışıq və 3,5 ki evliyik.
İstifadəçi Selichka hekayəsi
