SAYT ÜZRƏ NAVİQASİYA

Опрос

Подвергаются ли женщины в Азербайджанe бытовому насилию?


TƏSADÜFİ MƏQALƏLƏR

Partnyorlar

Netty2009 Winner
 
Banner

O çox ürəyi yumşaq və başa düşəndir

Diqqət, yeni pəncərədə açılacaq. PDF Array Çap Array

Biz ərimlə birlikdə institutda oxumuşuq. Birinci kursda o mənə işarə etmişdi ki, xoşuma gəlirsən, əgər istəyirsənsə anamgilə deyim gəlsinlər. Oğlan mənə maraqlı deyildi deyə ona yox cavabı verdim. Amma bir dost kimi əla idi, bütün qızlar ona pərəstiş edirdilər. Onun niyə sualına isə mənə hələ oumaq lazımdır dedim (onun xətrinə dəymək istəmirdim). Beləjə 3 il keçdi. Bu illər ərzində biz onunla dava etdik. Danışmırdıq. Dərslərə demək olar ki getmirdik, ya o, ya da mən. Ümumilikdə görüşmürdük.

O illərdə işləməyə başladım. Qısaca tamam itdik. 4- kursda evə zəng eləyib bayramlarda təbriklər edirdi. Sonradan zənglər çoxaldı. Mən artıq anama «deynən yoxdur evdə» deyirdim. Əlbətdə o bunların hamısını başa düşürdü ki, onunla danışmaq istəmirəm. 2002-ci il martın 8- rəfiqəmin toyuna hazırlaşırdım. Qəfil zəng oldu, telefona yaxın mən idim deyə javab verdim. Onun səsini o saat tanıdım. Məni anamı təbrik etdi. Dedim tələsirəm, dedi ki, elə mən . Dedi: «Bizdə toydu» fikirləşdim onun öz toyudur. Mənə pis gəldi. Başa düşdüm ki, ona qarşı hisslərim var (həm 5 ildir ki məni düşünüb). Demə qardaşının toyu imiş (mənim gələcək qaynımın). Sonra mənə zəng edib toy haqqında təəssüratların gülməli hadisələri danışdı. Beləcə bir neçə ay telefonda söhbətləşdik. Mayın 18- məndən bu il dondurma yemədiyimi öyrəndikdə, mənə «bu il ilk dondurmamızı bir yerdə yeməyi təkli edirəm» dedi. İmtina eləmədi çünki bilirdim ki, bu məni evdən çıxarmaq üçün bəhanə idi. Beləliklə ardı davam etdi. Bir ildən sonra nişan, bir 1 ildən sonra toyumuz oldu. Heç kimin onun axırda mənlə evlənə biləjəyi ağlına gəlmirdi. Toyumuz 27 sentyabr 2005-ci ildə oldu. Mən onu çox sevirəm xoşbəxtəm. O çox ürəyi yumşaq başa düşəndir. Məncə bu ən əsasdır.

Planetin bütün qadınlarına qadın xoşbəxtliyi arzu edirəm!

İstifadəçi Gutierranin hekayəsi